Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-229/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” iddia tələbinə dair işi üzrə Açar sözlər: (nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Cəlilova Aytən İsa qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ″ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ## ######## 2022-ci il tarixli, **** nömrəli payçı müqaviləsinin surətindən görünür ki, Üçüncü şəxs MTK ünvan 1 ünvanında tikilməkdə olan “xxxx Park” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, * nömrəli 1 otaqlı mənzili tikib və İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyri ƏDV daxil olmaqla 76506 manat təşkil edir. “Avnt-514” nömrəli ilkin ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mənzilin alınmasına görə Üçüncü şəxs MTK-ya ##.##.2022-ci il tarixdə 40006,00 manat ödəniş edilmişdir. ## ####### 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən “xxxx Park” layihəsinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, * nömrəli 1 otaqlı, 45.27 kv.m. mənzil Üçüncü şəxs MTK- ya məxsusdur. 30 senyabr 2022 tarixli, **** saylı Payçı müqaviləsinə əsasən 5-ci bina, 5-ci blok, 8-ci mərtəbə, * nömrəli 1 otaqlı mənzilin pay dəyəri tam olaraq X3 Anatoli qızı tərəfindən ödənilmişdir. X3 MTK-ya hər hansı borcu yoxdur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ## ###### 2025-ci il tarixli, **************** nömrəli qərarına əsasən vətəndaş X4 nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş ##.##.2025-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri- yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və Üçüncü şəxs Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 241 (5-ci bina, 5-ci blok, 8-ci mərtəbə * saylı mənzil) 1 otaqlı – 45.27 kv m.) ünvanında yerləşən daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılmasını cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xitmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ##.##.2022-ci il tarixində Üçüncü şəxs MTKin “xxxx Park” layihəsindən xxxx (payçı müqaviləsi: ##.##.2022-ci) vasitəsilə nağdsız qaydada məbləğin tam ödənilməsi yolu ilə mənzil almaq üçün alqı-satqı müqaviləsi bağlamışdır. (Alqısatqı müqaviləsi № ****; Bakı şəh, Yasamal r-nu, A.M.Şərifzadə küçəsi 241 (5-ci bina, 5-ci blok, 8-ci mərtəbə .* saylı mənzil) 1 otaqlı - 45.27 kv m). Müqavilənin ümumi dəyəri ƏDV daxil 76506,0 (əsas məbləğ: 64835.06, ƏDV məbləğ: 11670,94) manat məbləğində vəsait təşkil edir. Həmin mənzilin 40006 (qırx min altı) manat ödənişini dərhal ödəmişdir, qalan 36500 (otuz altı min beş yüz) manat məbləğ isə həmin müqaviləyə * saylı əlavə olaraq ödəniş cədvəlinə əsasən 1520, 83 olaraq 24 aya bölünmüşdür. Həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV vasitəsi ilə geri qaytarıldığını bildikdən sonra ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə əlaqədar müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən imtina cavabı verilmişdir. İmtinada qeyd olunmuşdur ki, X4 tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Bundan başqa İddiaçı ona heç olmazsa ##.##.2022-ci il tarixli ödənişə görə ƏDVnin geri qaytarılmasında köməklik göstərilməsi barədə xahişinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin ## ### 2022-ci il tarixli Fərmani ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nin 6.1-ci bəndi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) qaytarilması şərtlərini müəyənləşdirir”. Birmənalı şəkildə təqdim edilmiş imtina qərarlarının məzmununda ödənilən məbləğin satıcının bank hesabına ödənilməsi səbəbindən əlavə dəyər vergisinin ödənilməyəcəyi qeyd edilmişdir. Üçüncü şəxs MTK-dan mənzil əldə etmiş bəzi alıcı vətəndaşların ƏDV-si şirkət ilə Dövlət Vergi Xidməti arasında gedən hansısa anlaşma əsasında qaytarılmamışdır. Bu vətəndaşlar arasında ayrı seçkilik, konstitusion hüquqların məhdudlaşdırılması və pozulmasıdır. Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Üçüncü şəxs MTK cavabdehlər sırasından çıxarılmış və üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuş və digər cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, iddia tələbi “ünvan 2 ünvanında yerləşən “xxxx Park” yaşayış kompleksinin 5-ci bina, 5-ci blok, 8-ci mərtəbə, * nömrəli 1 otaqlı olan mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-nin baş ofisi (Müştəri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli vəsatətində qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar iddiaçının ƏDV-nin geri qaytarılması üçün yaratdığı portala “ASANDOC” elektron imzası vasitəsilə imzalanaraq göndərilmişdir və iddiaçı tərəfindən verilmiş iddia ərizısi məhkəməyə müvafiq qərardan 03 (üç) aya yaxın vaxt keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixində daxil olmuş, İPMnin 38-ci müddəasına əsasən qərarın mübahisələndirilə biləcəyi prosessual müddəti ötürülmüşdür. Cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli etirazında qeyd etmişdir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ##.##.2024-cü il tarixli, **************** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzlərini əlavə etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının müraciəti “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) 5.1.2-ci bəndinin tələblərinə uyğun sayılmadığından “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. İddiaçının mövqeyi: İddiaçı iddia ərizəsində tələbin təmin olunması üçün konkret hüquqi əsas göstərməmiş, yalnız cavabdehin formal tələblərə stinad edərək imtina etdiyini bildirmişdir. O, mənzilin dəyərini ödəyərkən ƏDV məbləğini də tam həcmdə ödəmiş olduğunu, həmin ƏDV-nin hazırda dövlət büdcəsinə “xxxx” MTK tərəfindən ödənildiyini, sadəcə qanunvericilikdə nəzərdə tutulmuş iki ayrı hesaba deyil, bir hesaba köçürülməsi səbəbilə imtinanın əsassız olduğunu əsas kimi göstərmişdir. Cavabdehin münasibəti: Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: 1. Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni ##.##.2022-ci ilə kimi) 2. Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni ##.##.2022-ci ildən sonra). ##.##.2022 – ##.##.2022 dövründə: Cəmi məbləğ: 44 568,83 AZN (4 ödəniş) ##.##.2023 – ##.##.2023 dövründə: Cəmi məbləğ: 18 251,83 AZN (12 ödəniş) ##.##.2024 – ##.##.2024 dövründə: Cəmi məbləğ: 13 688,85 AZN (9 ödəniş) Ödəniş tarixlərindən də göründüyü kimi iddiaçı tərəfindən bütün ödənişlər Qayda qüvvəyə mindikdən yəni ##.##.2022-ci ildən sonra edilmiş və heç bir ödənişinin ƏDV məbləği ayrıca satıcının depozit hesabına ödənilməmişdir. Bu isə vergi orqanının verdiyi imtinanın tam əsaslı olduğunu təsdiqləyir. Qeyd olunmalıdır ki, göstərilən məhkəmə işlərində alıcılar tərəfindən edilən ödənişlər həm Qaydanın qüvvəyə mindiyi ##.##.2022-ci ildən, həm də müraciətlərin qeydiyyata alınması üçün nəzərdə tutulan portalın fəaliyyətə başladığı ##.##.2022-ci ildən sonrakı dövrə təsadüf edir. Hazırkı iş üzrə iddiaçının ödənişləri hətta Qayda qüvvəyə mindikdən sonrakı dövrü əhatə etdiyindən, bu mübahisəni də analoji xarakterli məhkəmə işlərinə aid etmək olar. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025 -ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Samir Quliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, iş № *-*(***)-****/**** saylı qərarını ləğv edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “xxxx Park” yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 8 №li, bir otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləğindən güzəşt məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin CavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyətı üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətinin təşkil edilib, edilməməsini, həmçinin Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin operator vəzifəsini tam düzgün icra edib-etməməsini, proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasının və idarə edilməsinin, Alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi öhdəliyinin Cavabdeh tərəfindən icra edilib-edilməməsini İnzibati məhkəmə instansiyası araşdırmadığı üçün mövcud işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İşin faktiki hallarını tam araşdırmamışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) müddəalarına qərarnın giriş və təsviredici hissələrində, hətta məhkəmənin mövqeyini əks etditən əsaslandırıcı hissədə ümumi müddəaların tələbləri üzərindən qiymət verilməyə başlanılmış, daha sonra isə Qaydanın keçid müddəalarına istinad edilməklə, ziddiyyət yaranmışdır ki, nəticə etibarilə əsaslı qanuni iddia rədd edilmişdir. Məhkəmə qərarında ilk növbədə Qaydanın 2.0.4.-cü bəndi üzrə operatorun anlayışını verib, Cavabdehin operator kimi ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkili və idarə edilməsi vəzifələrini əks etdirsə də Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək qeyd olunan vəzifələrinin tam icra olunmasını və ya qismən icra olunmasını araşdırmamış, bir tək sadəcə portalın işlək vəziyyətdə olmasını deyil, sadəcə ##.##.2022-ci il tarixdə elan edilməsini formal olaraq nəzərə almışdır. Amma tam əksinə İddiaçının hüquqlarının gerçəkləşməsi səbəbilə Qaydanın cari məbləğin cari hesaba, ƏDV məbləğinin isə ƏDV deposit hesabına ödənilməsi müddəasını formal olaraq qəbul edib, “İnzibati İcraat” haqqında qanunun 15-ci maddəsinin tələblərini tətbiq etməli idi. Qaydanın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödənilir.”tələbi formal tələbdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçının təqsiri ucbatından olmamaqla, iddiaçı İddiaçı iradəsindən asılı olmayan halları nəzərə almamış və məhkəmə qərarında yanlış qənaətə gələrək, qanunvericiliyin tələblərinin pozulması kimi qənaətə gəlmişdir. Məhkəmə prosesi zamanı müxtəlif alıcılara məxsus rəsmi yazışmalar ilə sadəcə ##.##.2022-ci il tarixdə portalın Cavabdeh tərəfindən xətalı istifadəyə verilməsi, Portalın proqram təminatı ilə vəhdətdə işlək halda olmaması təsbit olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsi Qərarında hazırki iş üzrə iddiaçı bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödəməsinin qeyrimümkünlüyü ilə bağlı olmuşdur deyə bildirilir. Bu zaman Alıcıya hər hansı şəraitin yaradılıb, yaradılmaması, ümumiyyətlə işin faktiki halları araşdırılmamışdır. Ümumiyyətlə, Qaydanın imperativ tələblərinə riayyət edib, ##.##.2024-cü il tarixində müqavilə üzrə son hissəvi ödənişin edilməsinə baxmayaraq, Qərarın əsaslandırıcı hissəsində portalın ##.##.2022-ci il tarixində elan edilməsi və həmin dövrdən yanlış olaraq 90 gün hesablamaqla, 90 gün ərzində Cavabdehə müraciət müddətinin buraxılması qənaətinə gəlinmişdir. Halbuki, Cavabdeh sonuncu ödənişdən 90 gün ərzində Cavabdehə müraciət etməlidir və həmin müddət ötürülməyərək, ##.##.2024-cü il tarixində Cavabdehə müraciət edilmişdir. Hətta Cavabdeh öz imtina qərarında da bu müddətin ötürülməsi barədə nəticəyə gəlməmişdir. Bakı İnzibati Məhkəməsi Qərarında yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği Satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasının “yolverilməz” olduğunu bildirir. Bununla da bu istiqamətdə normativ-hüquqi aktın guya imperativ mahiyyət təşkil edildiyi yamlış qeyd edilməklə, Qaydanın tam mahiyyətində maddi hüquq normasının pozuntusuna yol verilmişdir.Qaydada sadəcə Qaydanın 5.3-cü maddəsinə əsasən “dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra (yəni 90 gün müddətindən sonra) müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir” Buradan tam aydın olur ki, imperativ yolverilməzlik prinsipi bir tək Cavabdehə müəyyən edilmiş 90 gün müddət keçdikdən sonra müraciət etdikdə baş tutmuş olur. Qaydanın 3.1.-ci maddəsi cavabdehin Operator olaraq dəqiq vəzifə və səalahiyyətlərini müəyyən etmiş və aşağıdakı hallara cavabdehin məsuliyyət daşıdığını müəyyən etmişdir: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi. 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portaldayerləşdirir Məhkəmə qaydanın tam mahiyyəti üzrə 5.1.2-ni maddəsini tətbiq edərkən, cavabdehin 3.1-ci maddəsi üzrə vəzifələrini yerinə yetirməsini müəyyən edən maddi normaya qiymət verməmiş, maddi hüquqi normanın tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, Məhkəmə qərarda Qaydanın 5.1.2-ci maddəsinin tam mahiyyətini ehtiva edən 3-cü ödənişin təyinatı bəndini sadəcə 5.2.-ci bənddə olan açıqlamasını vermədən kifayətlənmiş, maddənin əsl mahiyyətini ört basdır etmişdir. Nəticə etibarilə də Məhkəmə qərarının İddiaçının ödənişinin yanlış olaraq 5.1.2-ci bəndinin tələblərinə uyğun olmaması bildirilmişdir. Halbuki, Qaydanın 5.2.ci bəndinə əsasən Qaydanın 5.1.2ci bəndində olan ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1.elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) Qeyd olunan Qaydanın 5.1-ci bəndi 5.2-ci bəndi ilə vəhdətdə hüquqi qiyməti verilməmişdir. Həmçinin Ali Məhkəmənin anoloji dövr 2022-ci il ilə əlaqədar 8 ədəd yekun aktının Bakı İnzibati Məhkəməsinə təqdim edilməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi tərəfindən həmin qərarlar diqqətə alınmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, şikayətin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il ## ###### tarixli ****-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur). ...
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: ... 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDVnin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisənin həlli baxımından ilk növbədə müəyyən edilməli olan məsələ iddiaçının yaşayış sahəsinin alınmasına görə ödədiyi ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş şərtləri yerinə yetirib-yetirməməsindən ibarətdir. Vergi Məcəlləsinin 165.6-cı maddəsi fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin geri qaytarılması imkanını nəzərdə tutur. Bununla belə, həmin hüququn həyata keçirilməsi şərtləri və proseduru normanın özündə deyil, müvafiq qaydada təsdiq olunmuş xüsusi normativ aktla müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 5.1.2-ci bəndinə əsasən, ƏDV-nin geri qaytarılması üçün alıcı tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsinin ƏDV-siz dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Qayda eyni zamanda həmin ödənişlərin müvafiq bank sənədi ilə təsdiq edilməsini tələb edir. Beləliklə, qanunverici ƏDV-nin geri qaytarılması hüququnu yalnız yaşayış sahəsinin dəyərinin nağdsız ödənilməsi faktı ilə əlaqələndirməmiş, ödənişin müəyyən edilmiş qaydada və ayrı-ayrı hesablara yönəldilməsini də bu hüququn həyata keçirilməsinin şərti kimi müəyyən etmişdir. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən həm ilkin ödəniş, həm də sonrakı hissəvi ödənişlər ƏDV məbləği ayrıca ƏDV depozit hesabına köçürülmədən, bütövlükdə Üçüncü şəxs MTK-nın adi bank hesabına ödənilmişdir. Cavabdehin imtinasının əsasını da məhz bu hal təşkil etmişdir. Kollegiya hesab edir ki, bu hal Qaydanın 5.1.2-ci bəndində müəyyən edilmiş şərtin yerinə yetirilmədiyini göstərir. İddiaçı apellyasiya şikayətində həmin tələbin formal xarakter daşıdığını və buna görə “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən onun pozulmasının ƏDV-nin geri qaytarılmasından imtina üçün əsas ola bilməyəcəyini irəli sürmüşdür. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Qaydanın 5.1.2-ci bəndində müəyyən edilmiş tələb sadəcə ərizənin forması, təqdim edilən sənədin texniki xüsusiyyəti və ya müraciətin rəsmiləşdirilməsi ilə bağlı prosedur xarakterli tələb deyildir. Həmin norma ƏDV-nin geri qaytarılması mexanizminin özünün həyata keçirilməsi üsulunu müəyyən edir və ödənişin hansı hissəsinin hansı hesaba yönəldilməli olduğunu birbaşa təsbit edir. Buna görə də ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələbi hüququn həyata keçirilməsinə dair maddi şərt kimi çıxış edir və onun yerinə yetirilməməsi sadəcə aradan qaldırıla bilən formal qüsur kimi qiymətləndirilə bilməz. Başqa sözlə, alıcının müqavilə üzrə ümumi məbləği tam ödəməsi ilə ƏDV-nin Qaydada nəzərdə tutulmuş qaydada ödənilməsi eyni hüquqi fakt deyildir. İddiaçının ƏDV məbləğini iqtisadi baxımdan satıcıya ödəmiş olması, həmin məbləğin normativ qaydada müəyyən edilmiş ƏDV depozit hesabına ödənilməsi şərtini əvəz etmir. Bu baxımdan, iddiaçının ƏDV məbləğinin son nəticədə satıcı tərəfindən dövlət büdcəsinə ödənildiyinə istinad etməsi də mübahisənin nəticəsini dəyişmir. Hazırkı mübahisədə müəyyən edilməli olan məsələ satıcının vergi öhdəliyini yerinə yetirib-yetirməməsi deyil, məhz alıcının ƏDV-nin geri qaytarılması üçün nəzərdə tutulmuş xüsusi mexanizmin şərtlərinə əməl edib-etməməsidir. Bu iki hüquqi münasibət eyniləşdirilə bilməz. İddiaçı digər dəlil kimi Qaydanın qüvvəyə mindiyi dövrdə portalın və müvafiq proqram təminatının lazımi qaydada fəaliyyət göstərmədiyini və bu səbəbdən ödənişin Qaydanın tələb etdiyi formada həyata keçirilməsinin onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığını göstərmişdir. Apellyasiya şikayətində xüsusilə operatorun Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəzifələrini lazımi qaydada yerinə yetirib-yetirmədiyinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığı bildirilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, X2 Xidmətinə proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və fəaliyyətinin təmin edilməsini həvalə etsə də, bu vəzifələrin mövcudluğu alıcının 5.1.2-ci bəndlə müəyyən edilmiş ödəniş qaydasına riayət etmək öhdəliyini aradan qaldırmır. Qaydanın 3.1-ci bəndi operatorun təşkilati və texniki funksiyalarını, 5.1.2-ci bəndi isə ƏDV-nin geri qaytarılması üçün alıcının yerinə yetirməli olduğu şərtləri müəyyən edir. Bu normalar bir-birini istisna etmir, əksinə, eyni mexanizmin müxtəlif elementlərini tənzimləyir. Bununla yanaşı, işin faktiki hallarına görə iddiaçının ödənişləri bir dəfəyə deyil, 2022–2024-cü illər ərzində hissə-hissə həyata keçirilmişdir. Cavabdehin təqdim etdiyi məlumatlara əsasən 2023-cü və 2024-cü illərdə də çoxsaylı ödənişlər edilmiş, lakin həmin ödənişlər zamanı da ƏDV məbləği ayrıca ƏDV depozit hesabına yönəldilməmişdir. Bu səbəbdən ilkin mərhələdə portalın fəaliyyəti ilə bağlı hər hansı texniki çətinliyin mövcud olduğu qəbul edilsə belə, həmin hal sonrakı dövrdə edilmiş bütün ödənişlərin də Qaydanın 5.1.2-ci bəndindən fərqli qaydada həyata keçirilməsinə hüquqi əsas yaratmır. Kollegiya, eyni zamanda, birinci instansiya məhkəməsinin 90 günlük müraciət müddətinin hesablanması ilə bağlı əsaslandırmasına münasibət bildirilməsini zəruri hesab edir. Qaydanın 5.1-ci bəndinin məzmununa görə 90 günlük müddət portalın istifadəyə verildiyi tarixdən deyil, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyərinin satıcıya tam şəkildə ödənildiyi tarixdən hesablanır. Qaydanın 5.3-cü bəndi də məhz dəyəri tam ödənilmiş yaşayış və qeyriyaşayış sahəsinə görə həmin müddətdən sonra müraciət edildiyi halda ƏDV-nin geri qaytarılmasına yol verilmədiyini müəyyən edir. İş materiallarından görünür ki, iddiaçının müqavilə üzrə son ödənişi ## ######## 2024cü il tarixində edilmiş, ƏDV-nin geri qaytarılması üçün müraciət isə # ###### 2024-cü ildə təqdim olunmuşdur. Buna görə də iddiaçının müraciətinin portalın istifadəyə verildiyi tarixdən 90 gün keçdikdən sonra təqdim olunmasına istinad etməklə müddətin ötürüldüyü nəticəsinə gəlmək Qaydanın 5.1-ci bəndinin məzmununa uyğun deyildir. Lakin birinci instansiya məhkəməsinin bu məsələ üzrə əsaslandırmasının düzgün olmaması onun iddianın təmin edilməməsi barədə gəldiyi yekun nəticənin dəyişdirilməsi üçün özlüyündə əsas yaratmır. Çünki cavabdehin imtinasının digər müstəqil əsası – ƏDV məbləğinin Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulduğu kimi satıcının ƏDV depozit hesabına ödənilməməsi – iş materialları ilə təsdiq edilir və iddianın təmin edilməməsi üçün yetərlidir. Bu mənada apellyasiya instansiyası məhkəməsinin vəzifəsi birinci instansiya məhkəməsinin qərarında göstərilən hər bir hüquqi arqumenti dəyişməz şəkildə təsdiq etmək deyil, həmin qərarın nəticəsinin işin müəyyən olunmuş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Nəticə etibarilə, iddiaçı yaşayış sahəsinin dəyərini nağdsız qaydada tam ödəsə də, ƏDV məbləğinin ayrıca satıcının ƏDV depozit hesabına ödənilməsinə dair Qaydanın 5.1.2-ci bəndində müəyyən edilmiş şərtə əməl etməmişdir. Bu şərt ƏDV-nin geri qaytarılması hüququnun həyata keçirilməsinin maddi şərtlərindən biri olduğundan, cavabdehin ƏDV-nin geri qaytarılmasından imtina etməsi qanunazidd hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin 90 günlük müddətin hesablanmasına dair əsaslandırması ilə razılaşılmasa da, iddianın təmin edilməməsi barədə gəldiyi yekun nəticə qanunidir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər həmin nəticənin dəyişdirilməsinə əsas vermədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı nəticə etibarilə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.