Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2519/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı X6 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X6 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası xxxxnin “xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostifikayasının) müəyyən edilməsi barədə” ## #### 2023-cü il tarixli, NA******** saylı qərarının tamamilə ləğv olunması və onun Ukrayna Respublikası, X1 və Ticarət Universiteti tərəfindən təsdiq edilmiş ## #### 2018-ci il tarixli, B18 № ****** nömrəli bakalavr diplomunun və ona əlavəsinin Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçının tələbi təmin edilməmişdir. Həmin qərarın özündə iddiaçının məhkəmə iclasında iştirak etdiyi, iddiasını müdafiə etdiyi və tələbin təmin olunmasını xahiş etdiyi göstərilmişdir. Bu hal iddiaçının iş üzrə məhkəmə icraatının aparılmasından və mübahisənin mahiyyəti üzrə məhkəmə baxışına çıxarılmasından məlumatlı olduğunu təsdiq edir. Bununla belə, iddiaçı yalnız ## #### 2026-cı il tarixdə qərarın qəbul edilməsindən təxminən bir il doqquz ay sonra - məhkəməyə müraciət edərək qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə isə ## #### 2026-cı ildə verilmişdir. Ərizəçi müddətin buraxılmasını sonuncu məhkəmə iclasında iştirak etməməsi, qərarın ona rəsmi qaydada təqdim olunmaması, habelə «ailə vəziyyəti və şəxsi problemləri ilə əlaqədar sonradan qərarla maraqlana bilməməsi» ilə izah etmiş və qərarı ## #### 2026-cı ildə əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, prosessual müddətin bərpasının əsas şərti həmin müddətin proses iştirakçısının təqsiri olmadan buraxılmasıdır. Inzibati Prosessual Məcəllənin 24.2-ci maddəsi müddətin buraxılmasına səbəb olmuş halların əsaslandırılmasını tələb edir. Başqa sözlə, müddətin bərpası üçün şəxsin sadəcə müəyyən səbəb göstərməsi kifayət etmir, həmin səbəb prosessual hərəkətin vaxtında edilməsini obyektiv surətdə mümkünsüz edən və şəxsin iradəsindən asılı olmayan maneə xarakteri daşımalıdır. Məcəllənin 24.4-cü maddəsində isə təbii fəlakət, digər qarşısıalınmaz hallar və qanunda ayrıca göstərilən hal istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra onun bərpasına dair ərizənin verilməsinə yol verilmədiyi təsbit edilmişdir. Hazırkı halda ərizəçinin istinad etdiyi «ailə vəziyyəti» və «şəxsi problemlər» ümumi xarakterli ifadələr olmaqla, təxminən iki ilə yaxın müddət ərzində məhkəmə işinin nəticəsi ilə maraqlanmağa obyektiv surətdə mane olan konkret halı ortaya qoymur. Bu halların mahiyyəti, davam etdiyi müddət və məhkəməyə müraciət etmək imkanını hansı səbəbdən tamamilə aradan qaldırdığı göstərilməmiş, onların mövcudluğunu və prosessual hərəkətin edilməsinə real maneə yaratdığını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Əksinə, ərizəçinin özünün «sonradan qərarla maraqlana bilmədiyi» barədə izahı onun qarşısında aradan qaldırılması mümkün olmayan obyektiv maneənin mövcudluğunu deyil, məlum məhkəmə icraatının nəticəsini uzun müddət izləməməsini ifadə edir. Belə passiv davranış isə prosessual müddətin şəxsin təqsiri olmadan buraxılması kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, söhbət iddiaçının ümumiyyətlə xəbərsiz olduğu hər hansı məhkəmə icraatından deyil, özünün təşəbbüsü ilə başlanmış, şəxsən iştirak etdiyi və iddia tələbini müdafiə etdiyi məhkəmə prosesindən gedir. Belə vəziyyətdə proses iştirakçısından işin nəticəsi ilə ağlabatan müddətdə maraqlanması gözləniləndir. Qərarın tam mətninin ona rəsmi qaydada təqdim edilib-edilməməsi (*iş materiallarında olan sənədlərdən görünür ki, qərar şəxsin özünün iddia ərizəsində qeyd etdiyi ünvan üzrə göndərilmiş, eyni zamanda şəxsin həmin vaxt aktiv elektron kabineti mövcud olmuş və qərar ##.##.2024-cü il tarixdə kabinetinə yüklənmişdir) faktı, şəxsin iş üzrə yekun məhkəmə aktının qəbul edildiyini bildiyi halda, qeyri-məhdud müddət ərzində hərəkətsiz qalmasına hüquqi əsas yaratmır. Əks yanaşma prosessual müddətlərin müəyyən edilməsinin məqsədini aradan qaldırar və şikayət müddətinin başlanmasını faktiki olaraq şəxsin istədiyi vaxt qərarın surətini tələb etməsindən asılı vəziyyətə salardı. Nəticədə məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi qeyri-müəyyən müddətə təxirə salınmış olardı. Bu baxımdan Inzibati Prosessual Məcəllənin 23.2-ci maddəsinin yanaşması da əhəmiyyətlidir. Qanunverici hətta hüquqi müdafiə vasitələri, onlardan istifadə qaydası və müddəti barədə məlumatın lazımi qaydada təqdim edilmədiyi hallarda belə məhkəmə aktının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsi imkanını nəzərdə tutmamış, belə vəziyyət üçün də bir illik son müddət müəyyən etmişdir. Bu normativ yanaşma onu göstərir ki, məhkəmə aktının tərəfə təqdim edilməsində yol verilmiş çatışmazlıq tərəfin özünə məlum olan məhkəmə icraatının taleyi ilə qeyri-məhdud müddətdə maraqlanmamaq hüququ yaratmır. Beləliklə, ərizəçi ## ######## 2024-cü ildə qəbul edilmiş qərarla nəticələnən məhkəmə icraatından məlumatlı olduğu halda, ## #### 2026-cı ilədək qərarın taleyi ilə bağlı hər hansı prosessual fəallıq göstərməməsinin səbəbini obyektiv və öz iradəsindən asılı olmayan hallarla əsaslandıra bilməmişdir. Qərarın surətinin (*iddiaçının sözlərinə görə) yalnız ## #### 2026-cı il tarixdə əldə edilməsi bundan əvvəlki uzunmüddətli hərəkətsizliyi üzrlü etmir. Ərizəçinin göstərdiyi hallar Inzibati Prosessual Məcəllənin 24cü maddəsinin mənasında buraxılmış müddətin bərpasını şərtləndirən əsaslar kimi qəbul edilə bilməz. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22-24, 80, 85.1, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDI: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-2519/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2519/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver