Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-379/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3, Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli *-**-*-*/*- ******/**** saylı Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 17.627,00 manat əlavə vergi məbləği hesablanmışdır. Iddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin, vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 105.762,00 manat, xərclərini 0.00 manat, vergiyə cəlb olunan gəliri 105.762,00 manat, gəlir vergisini isə 21.152,40 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ##.##.2001-ci il tarixli, ** saylı Qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001- ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1:(100 + R) x R burada: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstur əsasında hesablayır. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Qeyd edilənlərə əsasən, 2022-ci ilin gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M = G : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - şərti rentabellik norması (20 faiz) 2022 - ci il: Vergiyə cəlb edilən gəlir = 105.762,00:(100 + 20) x 20 = 17.627,00 manat Mənfəət vergisi: 17.627,00 * 20% = 3.525,40. Göründüyü kimi vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin, vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 3.525,40 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 17.627,00 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, iddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin, vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 105.762,00 manat, xərclərini 0.00 manat, vergiyə cəlb olunan gəliri 105.762,00 manat, gəlir vergisini isə 21.152,40 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ##.##.2001-ci il tarixli, ** saylı Qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Bildirirlər ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, (105762 manat məbləğində alış aktı ilə mal təqdim edildiyi) 2022-ci ilin mənfəət (gəlir) bəyannaməsinin (hesabatının) vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Tərəflərindən bununla bağlı ##.##.2023-cü il tarixdə **************** saylı Avisdənkənar uyğunsuzluq məktubu, ##.##.2023-cü il tarixli **************** saylı kameral hesablama barədə Qərar göndərilmişdir. Vergi ödəyicisi ##.##.2024-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edərək 88135.00 məbləğində sənədlərlə təsdiqini tapmayan xərc məbləği əks etdirmişdir ki, həmin məbləğ uçot baza məlumatlarında öz əksini tapmamışdır. Bundan əlavə, vergi ödəyicisi gəlir və xərclərin uçotunu aparmadığı nəzərə alınaraq, Vergi məcəlləsinin 102.1.30-cü maddəsi üzrə gəlir və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərinin 75 faiz həcmində güzəşt hüququ verilməmişdir ki, nəticədə vergi ödəyicisinə 17627 manat əlavə vergi məbləği hesablanmış, ##.##.2025-ci il tarixli **************** saylı Elektron kameral hesablama barədə Qərar göndərilmişdir. Həmçinin bildirirlər ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Göründüyü kimi, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisinin əldə etdiyi gəlirlər öz təsdiqini tapmış və təqdim edilmiş bəyannamələrdə vergi ödəyicisinin gəliri kimi vergi orqanı tərəfindən qəbul edilmişdir. Lakin, xərci təsdiq edən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilə bilməmişdir. Beləliklə, iddiaçı hüquqdan sui istifadə etməyə çalışmışdır. Başqa sözlə deyilsə, iddiaçı bəyannaməsində qəsdən sənədlərlə təsdiq edilməyən böyük məbləğli xərclər əks etdirmişdir ki, yekunda ona verginin şərti rentabellik metodu ilə hesablamasını iddia etsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” ## ###### 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2011-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uçot baza məlumatlarına əsasən, İddiaçı ##.##.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyət növü “taksi fəaliyyəti” olmuşdur. Aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin 2022ci il ərzində fəaliyyət göstərdiyi, 105762,00 manat məbləğində malları alış aktı ilə təqdim edildiyi barədə məlumatlar aşkar edilsə də, 2022-ci il üzrə vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Yaranmış halla bağlı vergi ödəyicisinə ##.##.2023-cü il tarixli, **************** saylı uyğunsuzluq məktubu göndərilmiş, müvafiq bəyannamə təqdim edilmədiyindən dövr üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı Qərar qəbul edilmişdir. Daha sonra vergi ödəyicisi ##.##.2024-cü il tarixdə cari bəyannamə təqdim etmiş, dövr üzrə 3687,40 manat vergi öhdəliyi bəyan etmişdir. Lakin vergi ödəyicisinin alışında, idxalında heç bir mal müəyyən edilməmişdir. Eləcə də, vergi ödəyicisinin istehsalı da olmamışdır. Bu səbəbdən, bəyannamədə göstərilən 88135,00 manat məbləğində xərclər sənədlərlə təsdiqini tapmamış və vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** saylı uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, müvafiq sənədlər təqdim edilmədiyindən ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, vergi ödəyicisi ##.##.2024-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edərək, vergi öhdəliyini 0,00 manat göstərmişdir. Son olaraq, ##.##.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşmiş bəyannamə ilə dövr üzrə 3525,40 manat vergi öhdəliyi bəyan etmişdir. Yaranmış halla bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı məktub göndərilmiş, lakin uyğunsuzluq aradan qaldırılmadığından 17627,00 manat əlavə vergi məbləği hesablanmış, ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi orqanı təqdim edilmiş bəyannamə üzrə yaranmış uyğunsuzluqla bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərmiş, qanunvericiliklə müəyyən olunmuş müddətdə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir. ... Iddiaçının xərclərini təsdiq edən heç bir sənədi olmamışdır və bu səbəbdən təqdim etdiyi bəyannamədə gəlirlərinə münasibətdə şərti rentabellik norması tətbiq edərək, həqiqətdə mövcud olmayan xərc məbləğləri əks etdirmişdir. Bununla yanaşı, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrin təhlili göstərir ki, o, müxtəlif tarixlərdə eyni dövr üzrə birbirindən fərqlənən və qarşılıqlı ziddiyyət təşkil edən məlumatlar təqdim etmişdir. Bu cür davranışlar sistemli xarakter daşımaqla və vergi öhdəliklərinin düzgün müəyyən edilməsinə mane olmaqla, vergi ödəyicisinin faktiki olaraq vergidən yayınma niyyətinin mövcud olduğunu göstərir. Təqdim edilən məlumatların ardıcıl olmaması, sənədlərlə təsdiqlənməməsi və davamlı şəkildə dəyişdirilməsi vergi qanunvericiliyinin tələblərinin pozulmasına və dövlət büdcəsinə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, iddiaçıda xərc sənədləri olmamışdır. Bu o deməkdir ki, onun tərəfindən uçot aparılmamışdır. Vergi Məcəlləsində isə vergi ödəyicisinin vəzifələri konkret olaraq öz təsdiqini tapmışdır. Həmin qanunvericilikdə qeyd olunub ki, xərclərin uçotunu aparmaq birbaşa vergi ödəyicisinin vəzifəsidir. Kənd təsərrüfatı məhsulların əkib-becərilməsi dövlət əhəmiyyətlidir və onların alqı-satqısının reyestri aparılır. Nağdsız hesablamalar haqqında qanuna əsasən alış aktı ilə kimlər ala bilər - digər tərəf vergi ödəyisici deyildirsə. Indiki halda vergi ödəyicisi tərəfindən əməliyyatların alış aktın ilə aparılması vergi qanunvericiliyin pozulması deməkdir. Ona görə də cavabdeh inzibati orqan haqlı olaraq alış aktını ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinə etiraz və nümunə olaraq Ali Məhkəmənin qərarları sistemə yüklənmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, vergi ödəyicisi öz vəzifələrini yerinə yetirməmiş, uçot aparmamış, ona görə inzibati orqan olaraq xərci hesabamaq məcburiyyətində deyil. Lakin Ali Məhkəmənin hazırkı təcrübəsi ondan ibarətdir ki, vergi ödəyici tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi cavabdeh inzibati orqanı onun gəlirini hesablayarkən xərcləri nəzərə almaqdan-hesablamaqdan azad etmir. Yəni vergi orqanı ona verilmiş imkanlardan istifadə edərək vergi qanunvericiliyinə əsaslanaraq şəxsin xərcini hesablamağa çalışmalı idi. Lakin vergi orqanı isə qeyd edir ki, bu onun hüququdur və o da hüquqlarından istifadə etmək istəməmişdir. Ali Məhkəmə isə bildirir ki, inzibati orqan “Inzibati icraat haqqında” Qanuna əsasən vətəndaşın təşəbbüsü və yaxud öz təşəbbüsü ilə ona verilmiş diskression səlahiyyətlərdən istifadə etməyə məcburdur. Bu məsələdə iddiaçı tərəfindən edilmiş 105 min manat dəyərində olan satışı qəbul edirlər, lakin həmin malın əldə edilməsində iddiaçı tərəfindən çəkilmiş xərc hesablanmır - nəzərə alınmır. Iddiaçı tərəfdə xərc ilə bağlı sənədlər olmadığından vergi orqanına müraciət edilib ki, analoji vergi ödəyicilərin məlumatlarına əsasən xərci hesablasınlar. Cavabdeh inzibati orqan isə müraciətə heç bir cavab verməmişdir. Nəticədə iddiaçı tərəfindən xərc hesablanaraq bəyannamə verilmişdir. Cavabdeh qurum isə yenidə xərci nəzərə almadan iddiaçıya gəlir vergisini hesablamışdır. ... Iddiaçı kənddən özünün qohumlarının kartoflarını gətirib marketlərdə alış aktı ilə satır. Yəni iddiaçının vergi ödəyicisi kimi uçot aparmaq niyyətində olmamışdır. Şəxsin əsas fəaliyyəti taksi fəaliyyətidir və VÖEN-i də həmin fəaliyyət üzrə açmışdır. ... Iddiaçının narazılığı hazırda inzibati orqan tərəfindən alış aktının ləğv edilməsindən yox, iddiaçı tərəfindən daha sonra verilmiş xərclərin siyahısı əks olunmuş bəyannamənin nəzərə alınmadan gəlir vergisinin hesablanmasına barədədir. Həmçinin iddiaçı-vergi ödəyicisi tərəfindən öz vəzifəsinin yerinə yetirilməməsi inzibati orqanı olan vergi orqanını da öz vəzifələrini düzgün yerinə yetirməkdən azad etmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2022-ci il üzrə ##.##.2024-cü il tarixdə son dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, həmin bəyannamədə malların topdansatış qaydasında təqdim edilməsindən əldə edilmiş gəliri 105.762,00 manat, malların dəyərini 88.135,00 manat, vergiyə cəlb olunan gəliri 17.627,00 manat və gəlir vergisini 3.525,40 manat göstərmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli uyğunsuzluq məktubunda 88.135,00 manat xərcin vergi orqanının informasiya bazasında olan elektron qaimə-faktura, alış aktı, idxal və digər uçot məlumatları ilə təsdiqlənmədiyi, eyni zamanda bəyannamənin * nömrəli əlavəsində 105.762,00 manat məbləğində ehtiyatın daxil olması ilə vergi orqanındakı alış məlumatları arasında kənarlaşma yarandığı göstərilmişdir. Iddiaçıdan dəqiqləşdirilmiş bəyannamə və əsaslandırıcı sənədlər tələb olunmuşdur. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarla iddiaçının bəyan etdiyi 3.525,40 manat vergini qəbul etməmiş, 88.135,00 manat məbləğində malın dəyərini sıfırlaşdırmış, 105.762,00 manat dövriyyənin hamısını vergiyə cəlb olunan gəlir kimi götürərək 21.152,40 manat vergi müəyyən etmiş və fərq kimi 17.627,00 manat əlavə gəlir vergisi hesablamışdır. Hesablamanın riyazi quruluşu mübahisənin həqiqi predmetini birmənalı göstərir: 105.762,00 manatın 20 faizi 21.152,40 manat, 17.627,00 manatın 20 faizi isə 3.525,40 manatdır, bu iki vergi məbləği arasındakı fərq məhz 17.627,00 manat təşkil edir. Beləliklə, əlavə hesablama hər hansı güzəştin ləğvindən deyil, 88.135,00 manat məbləğində mal dəyərinin tamamilə nəzərə alınmamasından və ümumi dövriyyənin xalis gəlir kimi qəbul edilməsindən yaranmışdır. Iş materialındakı son bəyannamə cavabdehin 75 faiz vergi güzəştinə dair dəlilini də təkzib edir. Bəyannamənin vergidən azad edilən gəlirlər sətrində sıfır göstərilmiş, vergiyə cəlb olunan gəlirlər üzrə güzəştlər sətri boş saxlanılmış, güzəşt çıxılmadan 17.627,00 manatın tam məbləğinə 20 faiz dərəcə tətbiq edilərək 3.525,40 manat vergi hesablanmışdır. Mübahisəli qərarın düzəlişin səbəblərinə dair hissəsində də Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi deyil, yalnız 88.135,00 manat xərcin sənədlərlə təsdiqlənməməsi göstərilmişdir. Buna görə 75 faiz güzəşt hazırkı hesablama mübahisəsinin tərkib hissəsi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur; eyni zamanda heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergi ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.7, 3.8 və 3.11-ci maddələri də verginin yalnız Məcəllədə müəyyən edilmiş qaydada hesablanmasını, Məcəllədə nəzərdə tutulmayan və ya oradakı qaydalardan fərqli öhdəlik yaradılmamasını tələb edir. Fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlir vergisinin obyekti dövriyyə deyil, ümumi gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı qanunla çıxılmasına yol verilən xərclər çıxıldıqdan sonra yaranan vergiyə cəlb olunan gəlirdir. Vergi Məcəlləsinin 101.3cü maddəsində nəzərdə tutulan 20 faiz dərəcə də ümumi satış məbləğinə deyil, məhz vergiyə cəlb olunan gəlirə tətbiq olunur. Buna görə fiziki malın satışından əldə edilən ümumi hasilatın heç bir hüquqi və faktiki araşdırma aparılmadan xalis gəlirlə eyniləşdirilməsi verginin obyektini dəyişir. Mübahisəli vergi dövründə qüvvədə olmuş Vergi Məcəlləsinin 67.1-ci maddəsi sənədlər təqdim edilmədikdə, uçot aparılmadıqda və ya vergitutma obyektini başqa səbəbdən müəyyən etmək mümkün olmadıqda, ödənilməli verginin vergi ödəyicisinə aid əlaqəli məlumatlardan istifadə edilməklə hesablanmasını nəzərdə tuturdu. Həmin maddədə əvvəlki bəyannamələr, gəlir və xərclər barədə rəsmi məlumatlar, təqdim edilmiş malların fiziki həcmi, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlərin hərəkəti və mənbəyi bəlli olan digər məlumatlar mümkün informasiya mənbələri kimi sadalanmışdı. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 67.2–67.4-cü maddələrinə əsasən, əlaqəli məlumatlar yetərli olmadıqda eyni xüsusiyyətli və ya eyni cinsli malları təqdim edən və eyni ərazidə fəaliyyət göstərən analoji vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə edilməli idi. Məcəllənin 67.14-cü maddəsi 67.1-ci maddədəki hallarda gəlir və ya xərc göstəricilərindən birinin müəyyən edilməsinin mümkün olduğu vəziyyətdə gəlir vergisinin 83.9-cu maddəyə əsasən hesablanmasını, 83.9-cu maddə isə mənfəətin və ya gəlirin birbaşa müəyyən edilə bilmədiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tətbiqini nəzərdə tuturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 6.1 və 6.1.1-ci bəndlərinə görə, mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda və gəlir məlum olduqda mənfəət şərti rentabellik norması əsasında M = G : (100 + R) × R düsturu ilə müəyyən edilirdi. Qaydaların 6.1.3cü bəndinə əsasən, R göstəricisi 20 faiz götürülürdü. 105.762,00 manat gəlirə bu düsturun tətbiqi 17.627,00 manat vergiyə cəlb olunan gəlir verir. Bu riyazi nəticə məhkəmənin vergi orqanını əvəz etməklə ödənilməli verginin yekun məbləğini özü müəyyən etməsi kimi başa düşülməməlidir. Hesablama yalnız iddiaçının son bəyannaməsindəki rəqəmlərin mənbəyini və mübahisəli əlavə hesablamanın necə yarandığını göstərir. Hazırkı işdə məhkəmə nəzarətinin predmeti cavabdehin qəbul etdiyi konkret inzibati aktın qanuniliyidir. Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sonradan qüvvədən düşməsi, eləcə də ** nömrəli Qaydaların ##.##.2024-cü il tarixdə ləğv edilməsi 2022-ci il vergi münasibətinə həmin dövrdə qüvvədə olmuş maddi hüququn tətbiqini aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarının 30–36-cı bəndlərində Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin məzmununu və vergitutma bazasının müəyyən edilməsini tənzimləyən maddi hüquq norması olduğunu, buna görə vergi münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyanın tətbiq edilməli olduğunu müəyyən etmişdir. Vergi Məcəlləsinin 24.1.1 və 24.1.2-ci maddələri vergi orqanının üzərinə vergilərin düzgün hesablanmasına nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək, vergi ödəyicisinin hüquqlarını və qanuni mənafelərini qorumaq vəzifələri qoyur. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, yoxlama zamanı düzgün qərar üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli hallar aydınlaşdırılmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsi tətbiq edilməli hüquq normasının maraqlı şəxsin vəsatətindən asılı olmayaraq inzibati orqan tərəfindən xidməti vəzifəyə görə tətbiqini tələb edir. Həmin Qanunun 24.1–24.4-cü maddələrinə əsasən, işin əhəmiyyətli faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından imtina edilməməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda əlavə sübutlar inzibati orqanın təşəbbüsü ilə toplanmalıdır. Qanunun 61.1 və 61.2-ci maddələri yazılı inzibati aktda faktiki və hüquqi əsasların, onları təsdiq və ya rədd edən sübutların göstərilməsini tələb edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində “hüququ vardır” ifadəsi işlədildiyinə görə əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin göstəricilərindən və ya şərti rentabellik normasından istifadə vergi orqanının vəzifəsi sayıla bilməz. Bu dəlil normanın yalnız bir ifadəsini onun məqsədindən və vergi orqanının digər qanuni vəzifələrindən təcrid etməklə şərh edilməsinə əsaslanır. Vergi Məcəlləsinin 67.1-ci maddəsi vergi orqanına sənədlərin olmadığı şəraitdə vergitutma obyektini dolayı məlumatlarla müəyyən etmək səlahiyyəti verir. Lakin vergi orqanı həmin səlahiyyətdən istifadə edərək əlavə vergi hesablayırsa, hesablamanı qanunun müəyyən etdiyi vasitələrlə aparmalıdır; qanunda olmayan “sənəd yoxdur, deməli xərc sıfırdır” üsulunu seçə bilməz. Başqa sözlə, səlahiyyətin mövcudluğu vergi orqanına hesablamanın qanuni metodunu sərbəst şəkildə kənara qoymaq imkanı vermir. Verginin düzgün hesablanması vəzifəsi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsindən, tətbiq edilməli normanı xidməti vəzifəyə görə tətbiq etmək öhdəliyi isə “Inzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının 24-28-ci bəndlərində məhz bu məsələ üzrə göstərilmişdir ki, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın alış sənədinin olmaması vergi orqanını 67-ci maddədə nəzərdə tutulan üsulları tətbiq etməkdən azad etmir, əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin göstəricilərindən və son zərurət kimi şərti rentabellik normasından istifadə etməklə xərci müəyyən etmək vergi orqanının vəzifəsidir. Həmin qərarda yalnız gəlir əsasında vergi hesablanması qanunazidd sayılmışdır. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)-1724/2025 və ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarlarında ardıcıl şəkildə ifadə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı qərardadında da 2-1(102)- 2643/2024 və digər qərarlarda formalaşmış bu yanaşmanın aydın, sabit və əlçatan məhkəmə təcrübəsi olduğu qeyd edilmişdir. Apellyasiya şikayəti həmin hüquqi mövqeyin dəyişdirilməsini əsaslandıra biləcək yeni normativ və ya hüquqi arqument irəli sürmür. Cavabdehin iddiaçının 88.135,00 manat xərcini sənədlə təsdiq etmədiyinə dair dəlili faktiki cəhətdən mübahisəsizdir, lakin həmin faktın hüquqi nəticəsi apellyasiya şikayətində yanlış müəyyən edilmişdir. Təsdiqedici sənədin olmaması iddiaçının həmin məbləği birbaşa sənədləşdirilmiş xərc kimi qəbul etdirmək imkanını aradan qaldıra bilər; bu hal malın əldə edilməsinə ümumiyyətlə heç bir xərc çəkilmədiyini və satış dövriyyəsinin bütövlükdə xalis gəlir olduğunu sübut etmir. Vergi Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan gəlir və xərclərin düzgün, vaxtında və sənədləşdirilmiş uçotunun aparılması vəzifəsi vergi ödəyicisinə aiddir. Həmin vəzifənin pozulması qanunda nəzərdə tutulan nəzarət və məsuliyyət tədbirlərinə səbəb ola bilər. Lakin uçot öhdəliyinin pozulması ilə vergitutma bazasının müəyyən edilməsi ayrı hüquqi məsələlərdir. Birinci pozuntu ikinci məsələ üzrə qanunda göstərilməyən hesablamanın tətbiqini legitimləşdirmir. Hazırkı işdə cavabdeh 105.762,00 manat məbləğində fiziki malın - məhkəmə iclasında verilmiş izahata görə kartofun - “Oba Market”ə təqdim edildiyini qəbul edir və satış gəlirini vergitutma üçün etibarlı məlumat sayır. Mal satışının gerçəkliyini qəbul edib həmin malın əldə edilməsinə çəkilən dəyəri heç bir araşdırma aparmadan sıfır saymaq daxili ziddiyyət yaradır. Alışın elektron qaimə-faktura, idxal və ya istehsal məlumatlarında görünməməsi satışın mövcud olmadığını və ya malın əvəzsiz əldə edildiyini öz-özlüyündə sübut etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı qərarının 25-ci bəndində də malın satıcının idxalında və elektron qaimə-faktura üzrə alışında müəyyən edilməməsinin əməliyyatın əmtəəsiz olmasını birmənalı təsdiq etmədiyi, vergi orqanının faktiki təchizatı əlavə nəzarət tədbirləri ilə araşdırmalı olduğu göstərilmişdir. Cavabdeh hazırkı işdə alıcının sənədləri, ödəniş axını, bazar qiymətləri, malların fiziki həcmi, eyni fəaliyyət üzrə analoji vergi ödəyicilərinin göstəriciləri və Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan digər məlumat mənbələri üzrə nəticə ortaya qoymamışdır. Iddiaçının vergi uçotunda əsas fəaliyyət növünün “taksi fəaliyyəti” kimi göstərilməsi ilə 2022-ci ildə kartof satışı etməsi arasındakı uyğunsuzluq cavabdehin araşdırma aparması üçün əsaslı siqnal sayıla bilər. Bununla belə, həmin uyğunsuzluq satışın özünü cavabdehin qəbul etdiyi, alış aktı və alıcı barədə məlumatın mövcud olduğu şəraitdə malın maya dəyərinin sıfır olması barədə sübut deyil. Fəaliyyət növünə dair uçot və qeydiyyat öhdəliyinin mümkün pozuntusu da əlavə gəlir vergisinin qanunda nəzərdə tutulmayan baza üzrə hesablanmasını əsaslandırmır. Cavabdehin “iddiaçı şərti rentabellik normasını özü tətbiq etmək səlahiyyətinə malik deyil” dəlili də mübahisələndirilən aktın qanuniliyini təsdiq etmir. Iddiaçının bəyannaməni hansı hüquqi üsulla doldurmasının düzgünlüyü ayrıca qiymətləndirilə bilər. Lakin iddiaçının öz hesablamasında səhvə yol verməsi ehtimalı vergi orqanına öz növbəsində qanuna zidd üsulla hesab aparmaq hüququ vermir. Məhkəmə qarşısında həll edilən məsələ iddiaçının hesablamasının inzibati aktla əvəz edilməsi deyil, cavabdehin ##.##.2025-ci il tarixli konkret qərarının qanuniliyidir. Birinci instansiya məhkəməsi vergi orqanının yerinə yeni vergi məbləği müəyyən etməmiş, yalnız mübahisələndirilən inzibati aktı ləğv etmişdir. Bu yanaşma Ali Məhkəmənin *-*(***)-****/**** saylı qərarının 42-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə uyğundur: məhkəmə şərti rentabellik tətbiq etməklə vergi orqanının əvəzinə yeni vergi hesablamamalı, qəbul edilmiş konkret vergi qərarının qanuniliyinə qiymət verməlidir. Buna görə iddiaçının bəyan etdiyi 3.525,40 manatın mütləq düzgün vergi məbləği olubolmaması hazırkı mübahisənin həlli üçün müəyyənedici deyil, müəyyənedici olan cavabdehin 21.152,40 manatlıq hesablamasının qanuni metodla aparılmamasıdır. Apellyasiya şikayətində iddiaçının ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə fərqli göstəricilərlə bəyannamələr təqdim etməsi vergidən yayınma niyyətinin sübutu kimi qiymətləndirilir. Dəqiqləşdirilmiş bəyannamələrin bir-birindən fərqlənməsi yoxlama aparılmasını və izahat tələb edilməsini əsaslandıra bilər. Lakin qanunvericiliyin nəzərdə tutduğu dəqiqləşdirmə mexanizmindən istifadə, əlavə obyektiv sübutlar olmadan, qəsdən vergidən yayınma niyyətini təsdiq etmir. Vergi öhdəliyinin müəyyən edilməsi obyektiv vergitutma elementlərinə əsaslanır. Şəxsin ehtimal edilən niyyəti, onun davranışına mənfi qiymət verilməsi və ya uçot intizamına əməl etməməsi qanunda nəzərdə tutulmuş vergitutma bazasını dəyişmir. Buna görə “hüquqdan sui-istifadə” və “vergidən yayınma niyyəti” barədə ümumi ifadələr əlaqəli məlumatlar, analoji göstəricilər və ya şərti rentabellik əsasında aparılmalı olan hesablamanı əvəz edə bilməz. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 76.1 və 88.1-ci maddələrinə istinad da birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, inzibati mübahisədə sübutetmə yükünü, məhkəmənin xidməti vəzifəyə görə araşdırma prinsipini və inzibati aktın faktiki əsaslarının sübutunu ilk növbədə Inzibati Prosessual Məcəllənin 12, 14, 58 və 68-ci maddələri tənzimləyir. Mülki Prosessual Məcəllənin ümumi sübut qaydaları mötəbər araşdırma aparılmadan qəbul edilmiş inzibati aktın çatışmazlığını aradan qaldırmır. Cavabdehin uyğunsuzluq məktubu göndərməsi və sənəd tələb etməsi inzibati araşdırmanın yalnız başlanğıc mərhələsidir. Vergi ödəyicisinin tələb olunan sənədləri təqdim etməməsi 67-ci maddənin tətbiq şərtini yaratsa da, həmin maddədəki hesablamanın yerinə yetirildiyini göstərmir. Iş materiallarında əlaqəli məlumatlar üzrə aparılmış konkret hesablama, analoji kartof və ya kənd təsərrüfatı məhsulları satıcılarının rentabellik göstəricisi, alıcıdan alınmış məlumatların təhlili və ya bu vasitələrin niyə mümkün olmadığına dair əsaslandırma yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-379/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-379/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver