Məhkəmə qərarları › İş №2-1(3-6)-40/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-40/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-40/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına səbəb kimi 2021-ci il üzrə ixrac əməliyyatlarından yaranmış 18422821,70 manat debitor borc satışdankənar gəlirə cəlb edilməli olduğu halda, 2022ci il hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 216-cı sətir məlumatları boş göstərilməsi qeyd edilmişdir. Bu barədə qeyd etmək lazımdır ki, MMC tərəfindən 2022-ci il ərzində hər hansı bir əməliyyat aparılmamışdır. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. 2022-ci il ərzində hər hansı əməliyyatın aparılmaması həmin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsinə əsas verir. Iddiaçı tərəfindən 2022-ci il ərzində hər hansı əməliyyat aparılmamışdır, yəni 2022-ci il mənfəət vergisi üzrə hesablanmış bu qərarın hansı əsaslarla hesablanması məlum deyildir. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi iddiaçıya məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. Bu kimi hallar vergi orqanının qanunsuz əməllərindən ibarətdir. Çünki iddiaçı tərəfindən 2022-ci il ərzində hər hansı əməliyyatın aparılmaması həmin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsinə əsas verir. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, 2021-ci il ərzində kassa metodu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ixrac əməliyyatına əsasən 18422821,70 debitor borc qalığının olduğu, həmin il üzrə xərc bazasının tam qaydada bəyannamədə əks etdirildiyi, nəticədə kreditor qalığın olmadığı müəyyən edilmiş, lakin Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi uçotunun dəyişməsindən yaranan satışdankənar gəlir məbləği əks etdirilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 3684564,34 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul olunmuşdur. Eyni zamanda ##.##.2022-ci il tarixdə aparılan kameral vergi yoxlaması zamanı Nazirlər Kabinetinin ** saylı qərarı tətbiq edilməklə gəlirə əsasən 15352351.41 manat (18422821,70/6*5) xərc müəyyən edilərək 614094.06 manat (18422821,70- 15352351.41)x20%) vergi məbləği hesablanmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 618094.05 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul olunmuşdur. Iddia ərizəsində qeyd edilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatlarına əsasən 2021-ci üzrə iddiaçı tərəfindən 19867821.7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin * nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. Qeyd edilənləri və vergi ödəyicisi tərəfindən bəyannamənin hesablama metodu ilə təqdim edildiyini nəzərə alaraq (19,867,821.7-1,445,000.0)=18,422,821.7 manat məbləğ vergi ödəyicisinin gəlirləri kimi qiymətləndirilməlidir. Buna əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli */**** №-li ekspert rəyinə istinadən iddianı təmin etmiş və qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının 2022-ci il üzrə xərcinin əldə etdiyi gəlirindən çox olması, nəticədə mənfəət əldə etməməsi müəyyən olunmuşdur. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliiyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur (ümumi gəlir 19.857.824,85 manat; ümumi xərclər 20.647.929,52 manat). Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının yeganə dəlili kimi istinad edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli */**** №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, 2021-ci il üzrə iddiaçı tərəfindən 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş və 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən 1.445.000,0 manat məbləğində gəlir, gəlirdən çıxılan xərci isə 1440139,00 manat məbləğində göstərilmişdir.Yəni kassa metoduna uyğun olaraq daxil olmuş pul vəsaitinə görə gəlir və həmin gəlirə görə çəkilmiş xərclər nəzərə alınmışdır. Vergi orqanının dəqiqləşdirilmiş kameral mənfəət bəyannaməsində isə gəlirdən çıxılan xərc 1415003,93 manat məbləğində göstərilmişdir.19.867.821,7 manat dəyərində ixrac əməliyyatlarının 18,181,321.9 manatı isə debitor borc kimi göstərilərək növbəti ilə keçirilmişdir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında da vergi ödəyicisinə ixrac olunmuş mallara görə 2021-ci ildə pul vəsaitinin daxil olması ilə bağlı sənədlər mövcud deyildir. Iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2022- ci il üzrə Vergi Məcəlləsinin 134-cü və 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən 18422821,70 manat gəlir müəyyən olunmuş lakin xərc sənədləri olmadığından gəlirinə Nazirlər Kabinetinin ** saylı qərarı tətbiq edilməklə 15352351,41 manat (18422821,70/6*5) xərc müəyyən edilmiş və 614094.06 manat (18422821,70-15352351,41)x20%) vergi məbləği hesablanmışdır. Bununla bağlı bildirilir ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliyyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur, o cümlədən: Ümumi gəlir - 19857824,85 manat, Ümumi xərclər - 20647929,52 manat. Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, 2021-ci il üzrə daxil olmuş pul vəsaiti – 1500 manat məbləğində (hesabın möhkəmləndirilməsi və təsisçidən daxil olmuş pul vəsaiti), 2022-ci il üzrə daxil olmuş pul vəsaiti isə 19857824,85 manat məbləğində olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci il və 2022-ci illər üçün MMC-nin xərcləri isə yuxarıda da göstərildiyi kimi 20647929,52 manat məbləğində olmuşdur. Ekspert rəyinə nəzər saldıqda görünür ki, cavabdehin etirazı olduğu kimi rəyə köçürülmüş və qanunvericiliyinin maddələri sadəcə qeyd edilmişdir. Eyni zamanda ekspert rəyində sadəcə olaraq bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəlir və xərclər üzrə sənədlər öz əksini tapmışdır. Tədqiqata təqdim edilmiş sənədlər nəzərə alınmaqla 2022-ci il üzrə mənfəət vergisi müəyyən edilmişdir. Ümumi gəlirlər 19857824,85 manat, xərclər isə 20647929,52 manat qeyd edilsə də, xərclərin nə cür formalaşmasının hər hansı birr riyazi formulu qeyd edilməmiş, sadəcə rəqəmlər ifadə edilmişdir. Ümumiyyətlə, xərci təsdiq edən sənədlər nə vergi orqanına, nə də ki məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən xərc sənədlərinin sonradan müəyyən edilməsi həmin sənədləri şübhə altına alır. Bunlarla yanaşı ekspert rəydə pul vəsaitlərinin daxil olması və xərcin çəkilməsi ilə gəlir və xərci müəyyən etmişdir və hesablama metodunun tələblərinə ziddir. Belə ki vergi ödəyicisi bəyannaməni kassa metodu ilə deyil, hesablama metodu ilə təqdim etdiyindən gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtı Vergi Məcəlləsinin 135 və 136-cı maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılmalı idi. Odur ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, şikayətdə qeyd edilən əsaslar cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim olunmuş etirazda qeyd edilənlərlə demək olar ki, eynilik təşkil edir və formal tələblərə əsaslanır. Cavabdeh vergi orqanı öz kassasiya şikayətində hər hansı yeni bir sənəd, mötəbər sübut təqdim etmədən apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına səbəb kimi 2021-ci il üzrə ixrac əməliyyatlarından yaranmış 18422821,70 manat debitor borc satışdankənar gəlirə cəlb edilməli olduğu halda, 2022-ci il hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 216-cı sətir məlumatları boş göstərilməsi qeyd edilmişdir. Lakin qeyd etmək lazımdır ki, MMC tərəfindən 2022-ci il ərzində hər hansı bir əməliyyat aparılmamışdır. Həmçinin 2022-ci il üzrə sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ##.##.2022-ci il tarixində təqdim edilmiş, 65 iş günü sonra ##.##.2023 - cü il tarixində mənfəət vergisi bəyannaməsinə kameral hesablanmışdır. 2022-ci il mənfəət vergisinə kameral münasibət bildirilməsinə baxmayaraq, 94 iş günü keçdikdən sonra ##.##.2023 - cü il tarixində yenidən kameral hesablama aparılmışdır. Bu müddət ərzində fəaliyyət mövcud olmamış və bəyannamə göndərilməmişdir. Inzibati icraat haqqında qanun və Vergi Məcəlləsinin 37- ci maddəsində göstərilən tələblər pozularaq **************** saylı qərarla 614 094.06 manat məbləğində vergi hesablanmışdır. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. Cavabdehin ekspert rəyinin əsaslılığı ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi xüsusatlara əsasən isə qeyd edilməlidir ki, bununla bağlı birinci instansiya məhkəməsində icraatda cavabdeh vergi orqanı tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına münasibət qarşı münasibət bildirilmişdir. Belə ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırması nəticəsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Nəticədə 2021 və 2022-ci illər üzrə müəssisəyə daxil olan pul vəsaitləri, müəssisənin gəlir və xərcləri, mənfəəti, o cümlədən 2022-ci il üçün mənfəət vergisinin məbləği və düzgünlüyü barədə suallar ekspert qarşına qoyulmuş, təqdim edilmiş iş materialları isə araşdırılaraq ## ######## 2024-cü il tarixli, */**** saylı ekspert rəyi ilə də məhkəmə tərəfindən suallar cavablandırılmışdır. Inzibati Prosessual Məcəllənin 29-1 və Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi, iş materiallarına əsasən aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının 2022ci il üzrə xərcinin əldə etdiyi gəlirindən çox olmasa, nəticədə mənfəət əldə etməməsi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar da müəyyən edilməmişdir. Məhkəmə cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspertiza tətqiqatı zamanı hər iki tərəfin nümayəndələrinin ekspertiza aparılmasında iştirakı təmin edilmiş, hər iki tərəfə sübutların ekspertə təqdim edilməsinə şərait yaradılmışdır. O cümlədən, birinci instansiya məhkəməsi ekspert rəyini qiymətləndirərək bildirmişdir ki, ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Odur ki, hazırda cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə apellyasiya şikayətində qeyd edilmiş dəlillərin əsası yoxdur; cavabdeh tərəfindən yalnız formal mülahizələr verilmiş, */**** saylı rəydə qeyd olunanların əksini əsaslandıracaq heç bir dəlil isə təqdim edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, K.Əkbərov və G.Abbasova) *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.Bədəlov/sədrlik edən və məruzəçi/, E.Vəliyeva və S.Vəliyev) *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, əgər iddiaçının həqiqətən alış aktları olsa idi, bu zaman həmin sənədlər məhkəməyə qədər uyğunsuzluq məktubuna cavab olaraq vergi orqanına təqdim edilərdi. Alış aktları sonradan tərtib edilmişdir. 2021-ci ildə qanunda dəyişilik edilməsi ilə əlaqədar olaraq MMC məcburi olaraq hesablama metoduna keçmişdir. Hesablama metoduna keçən zaman əldə edilməli olan gəlir 2022-ci ildə debitor borclara düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında onun mühasibi ilə İddiaçı MMC arasında meyvə-tərəvəzlərin alınıb-satılmasına görə bağlanan alqı-satqı müqaviləsinin olması, o zaman Qazax rayonu, Yuxarı Salahlı kəndində ona məxsus 4-5 hektar torpaq sahəsindən, həmçinin qohumlarının, kənddə yaşayan şəxslərin kənd məhsullarını əldə edərək, həmçinin qonşu rayonlardan da meyvə-tərəvəz alıb MMC-yə satdığını bildirdi. Sədrlik edənin sualına cavab olaraq təhvil-təslim aktında qeyd olunan bəzi məhsulların – məsələn, mandarin, feyxoa Qazaxda yetişmədiyindən, satmadığını, o cümlədən dekorativ yarpaq satmadığını qeyd etdi. Həmçinin izahatında ona MMC tərəfindən 1 il sonra malların dəyəri olaraq nağd qaydada hissə-hissə iyirmi milyon manata yaxın pul verildiyini bildirdi. Mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: “25. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən, gəlirin və xərcin uçotu qaydasını dəyişmək vergi ödəyicisinin hüququdur. Lakin burada nəzərə alınmalı müddəa Vergi Məcəlləsinin 130.5-ci maddəsidir. Belə ki, həmin normaya əsasən, vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.

26. Başqa sözlə, iddiaçı 2021-ci ildə kassa metodu ilə uçotu apardığından, 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları çərçivəsində cəmi 1.445.000 manat malların təqdim edilməsindən faktiki gəliri bəyan etməkdə haqlı olmuş və düzgün olaraq qalan məbləğ debitor borclara aid edilmişdir. Lakin, iddiaçı 2022-ci ildə uçot qaydasını dəyişdirdiyindən - hesablama metoduna keçdiyindən, keçən ildən qalan debitor borcu gəlir kimi bəyan etməli idi. Belə ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

27. Odur ki, vergi orqanının 2021-ci ildə debitor borca aid edilmiş məbləği Vergi Məcəlləsinin 130.5-ci maddəsinin tələbinə əsasən hesablama metoduna uyğun olaraq 2022-ci ilin gəlirinə aid etməsi qanunvericiliyə uyğun olmuşdur.

28. Digər tərəfdən, malların təqdim edilməsindən gəlir mövcud olduğundan, buna müvafiq xərc də nəzərə alınmalıdır.

29. Cavabdeh vergi orqanı iddiaçının ixrac etdiyi mallara dair xərc sənədlərinin olmadığını bildirir. Işə baxan aşağı instansiya məhkəmələri isə ekspert rəyin istinadən iddiaçının 2022-ci il üzrə 20.647.929,52 manat xərci olduğunu bildirmişdir. Lakin iş materiallarından görünür ki, xərc kimi nəzərə alınmış sənədlər 2022-ci ildə tərtib edilmişdir.

30. Başqa sözlə, 2021-ci ildə ixrac edilmiş (əməliyyat baş tutmuş) malların gəliri hesablama metodu ilə 2022-ci ilə aid edilsə də, 2022-ci ildə tərtib edilmiş alış aktları həmin əməliyyatların xərc sənədi kimi məntiqi olaraq qəbul edilə bilməz. 2022-ci ildə tərtib edilmiş alış aktları 2022-ci ildə və ondan sonra təqdim ediləcək mallara aid xərc sənədləridir.” Kassasiya instansiya məhkəməsi qərarındakı göstərişlər ondan ibarət olmuşdur ki, yuxarıda göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, işin hallarına qiymət verilməli, 2021-ci ildə baş tutmuş əməliyyatlar çərçivəsində təqdim edilmiş malların xərc sənədlərinin olub-olmaması istiqamətində araşdırma aparılmalı və bundan sonra mübahisələndirilən qərarın qanuniliyinə qiymət verilməlidir. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:

Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. Iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız iddiadır.

Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :

Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Işin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2022- ci il üzrə Vergi Məcəlləsinin 134-cü və 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən 18422821,70 manat gəlir müəyyən olunmuş lakin xərc sənədləri olmadığından vergi ödəyicisinin gəlirinə Nazirlər Kabinetinin ** saylı qərarı tətbiq edilməklə 15352351,41 manat (18422821,70/6*5) xərc müəyyən edilmiş və 614094.06 manat (18422821,70-15352351,41)x20%) vergi məbləği hesablanmışdır. Iddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını mübahisələndirir. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini isə əsaslı hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir: - ##.##.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən MMC-nin təsisçisi X2 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı - X3 müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak MMC-də olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik), nizamnamə kapitalındakı faizi 100 % olan paydan ibarətdir. Hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi ilə bağlı dövlət reyestrində qeydiyyat aparılmışdır. - Vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. - Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin * nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. - ##.##.2021-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** saylı Qərarına əsasən aparılan kameral vergi yoxlaması zamanı 49.672,56 manat vergi məbləği hesablanmışdır. - ##.##.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 972,20 manat, aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 49.672,56 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 48.700,36 manat müəyyən edilmişdir. - ##.##.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 49.672,56 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 49.672,56 manat, aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 5.999,21 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı -43.673,35 manat müəyyən edilmişdir. - ##.##.2023-cü il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** saylı Qərarına əsasən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.684.564,34 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 3.684.564,34 manat müəyyən edilmişdir. - ##.##.2023-cü il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 3.684.564,34 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.684.564,34 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı - 3.070.470,28 manat, aparılan kameral vergi yoxlaması zamanı 614094.06 manat vergi məbləği hesablanmışdır. - Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan ## ######## 2024-cü il tarixli */**** №-li ekspert rəyində qeyd edilmişdir ki, “ ... təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə ixrac olunmuş mallara görə 2021-ci ildə pul vəsaitinin daxil olması ilə bağlı sənədlər mövcud deyildir. Təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliiyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur, o cümlədən: Ümumi gəlir---------------19857824,85 manat; Ümumi xərclər------------20647929,52 manat; Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, 2021-ci il üzrə daxil olmuş pul vəsaiti---1500,00 manat məbləğində (hesabın möhkəmləndirilməsi və təsisçidən daxil olmuş pul vəsaiti), 2022-ci il üzrə daxil olmuş pul vəsaiti isə 19857824,85 manat məbləğində olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci il və 2022-ci illər üçün İddiaçı MMC-nin xərcləri isə yuxarıda da göstərildiyi kimi 20647929,52 manat məbləğində olmuşdur. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında qeyd olunan bütün göstərişlər üzrə araşdırma həyata keçirildi. Hazırkı inzibati iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında mübahisənin yaranmasına əsas iddiaçı tərəfindən uçot metodunun dəyişdirilməsi ilə bağlı olmuşdur. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, 2021-ci il üzrə iddiaçı tərəfindən 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş, habelə həmin il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1.445.000 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və 18.422.821,7 manat məbləğ (19.867.821,7-1.445.000) kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı 2022-ci ildə uçot metodunu dəyişərək hesablama metoduna keçmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, vergi qanunvericiliyinin tələbinə əsasən, gəlirin və xərcin uçotu qaydasını dəyişmək vergi ödəyicisinin hüququdur. Lakin Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili 2021-ci il üzrə mənfəət vergi bəyannaməsində cəmiyyətin debitor borcunun göstərilmədiyini belə olan halda necə olur ki, 2022-ci il üzrə debitor borc gəlir kimi qeyd edildiyinin aydın olmadığı iddiasını irəli sürmüş və apellyasiya araşdırması zamanı da cavabdeh inzibati orqana müvafiq məhkəmə sorğusu ünvanlanmışdır: “...iş materiallarında olan 2021-ci il üzrə mənfəət vergi bəyannaməsindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin debitor borcu göstərilməmişdir. Lakin 2022ci il üzrə Tərəfinizdən debitor borcu gəlir kimi nəzərə alınmışdır. Odur ki, göstərilən işin obyektiv araşdırılması məqsədilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il üzrə mənfəət vergi bəyannaməsində debitor borcu göstərilməməsinə baxmayaraq, 2022ci ildə debitor borcunun gəlir kimi nəzərə alınmasının əsasları barədə ətraflı (izahedici) məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunur.” Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan *-**-*-*/*-*******/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, vergi ödəyicisi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı kassa metodu ilə təqdim edilmiş bəyannamənin müvafiq gəlir sətirlərində göstərilmiş cəmi 1 445 000.00 manat gəlir məbləğinin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), ixrac edilmiş ( 19 867 821.70 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 19 867 821.70 manat məbləğdən bəyannamənin * №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 19 867 821.70 manat məbləğdən 18 422 821.70 manat az əks etdirilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılmaması səbəbindən kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin * nömrəli Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin "Dövr ərzində daxil olmuşdur" sütununa müvafiq düzəliş edilərək, 18 422 821.70 manat məbləğ mədaxil edilmiş və nəticədə bəyannamənin həmin sətrinin "Dövrün sonuna qalıq" sütununda 18 422 821.70 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi hesablama metodu ilə təqdim edilməsinə baxmayaraq, dövrün əvvəlinə (2021-ci il üzrə dövrün sonuna) göstərilmiş 18 422 821.70 manat məbləğin Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən gəlirlərə aid edilməməsi səbəbindən kənarlaşma yaranmış və müvafiq kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılmaması səbəbindən kameral vergi yoxlaması ilə əlavə hesablamanın aparılması təmin edilmişdir. Beləliklə, kassasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı 2021-ci ildə kassa metodu ilə uçotu apardığından, 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları çərçivəsində cəmi 1.445.000 manat malların təqdim edilməsindən faktiki gəliri bəyan etməkdə haqlı olmuş və düzgün olaraq qalan məbləğ debitor borclara aid edilmişdir. Lakin, iddiaçı 2022-ci ildə uçot qaydasını dəyişdirdiyindən - hesablama metoduna keçdiyindən, keçən ildən qalan debitor borcu gəlir kimi bəyan etməli idi. Belə ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Odur ki, vergi orqanının 2021-ci ildə debitor borca aid edilmiş məbləği Vergi Məcəlləsinin 130.5-ci maddəsinin tələbinə əsasən hesablama metoduna uyğun olaraq 2022-ci ilin gəlirinə aid etməsi qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, malların təqdim edilməsindən gəlir mövcud olduğundan, buna müvafiq xərc də araçdırılmalıdır. Hazırkı halda cavabdeh inzibati orqan iddiaçının ixrac etdiyi mallara dair xərc sənədlərinin olmadığını bildirir. Inzibati iş materiallarından görünür ki, xərc kimi nəzərə alınmış sənədlər 2022-ci ildə tərtib edilmişdir. Başqa sözlə, 2021-ci ildə ixrac edilmiş (əməliyyat baş tutmuş) malların gəliri hesablama metodu ilə 2022-ci ilə aid edilsə də, 2022ci ildə tərtib edilmiş alış aktları həmin əməliyyatların xərc sənədi kimi məntiqi olaraq qəbul edilə bilməz. Kassasiya instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi 2022-ci ildə tərtib edilmiş alış aktları 2022-ci ildə və ondan sonra təqdim ediləcək mallara aid xərc sənədləridir. Apellyasiya baxışı zamanı bu yöndə də araşdırma aparılmış və iddiaçı tərəfindən müvafiq sübutlar tələb olunmuşdur. Iş materiallarına əlavə edilmiş 2021-ci ilə aid təhviltəslim aktlarından görünür ki, həmin alış aktları elektron deyil, fiziki imza ilə imza edilmiş və möhürlənmişdir. Apellyasiya baxışı zamanı məhsulları təhvil verən (satıcı) İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində inzibati icraata cəlb olunmuş və məhkəməyə dəvət edilmişdir. Videokonfrans vasitəsilə məhkəmə iclasına qoşulan üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə kollegiyasının sualına cavab olaraq təhviltəslim aktında qeyd olunan bəzi məhsulların – məsələn, mandarin, feyxoa Qazaxda yetişmədiyini, onun tərəfindən bu məhsulların və həmçinin dekorativ yarpaq satılmadığını, ona MMC tərəfindən 1 ildən sonra malların dəyəri olaraq nağd qaydada hissə-hissə iyirmi milyon manata yaxın pul verildiyini, lakin pulun verilməsi ilə bağlı sənədinin olmadığını bildirdi. Göründüyü kimi, iddiaçının 2021-ci il tarixli təhvil-təslim aktlarının alış aktları kimi xərc sənədi hesab edilməsi barədə mövqeyi əsaslı sayıla bilməz. Əvvəla qanunvericilikdə qeyd edilir ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Iddiaçı isə 2021-ci il təhvil alınan mallarla bağlı 2022-ci ilin müxtəlif ayları üzrə elektron alış aktı tərtib etdiyini iddia edir. Digər bir tərəfdən isə 2021-ci il tarixli təhvil-təslim aktlarının məzmunu da kollegiyada şübhə yaratmışdır. Belə ki, bütün alış aktlarında təhvil verən (satan) eyni şəxs olmuş və həmin şəxsin məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, göstərilən müxtəlif adda məhsulların bəzilərini ümumiyyətlə satmadığını dolayısı ilə etiraf etmişdir. Bundan başqa satılan mallara görə nağd qaydada ödənişlərlə bağlı heç bir sənədin olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə əvvəlki məhkəmə araşdırmaları zamanı alınmış ekspert rəyini də mötəbər sübut qismində qəbul etmir. Belə ki, ekspert rəyinin məzmunundan da aydın olur ki, iddiaçının 2021-ci il üzrə dövrə dair xərc sənədləri kimi məhz sözügedən alış aktları qeyd edilmişdir. Bununla da məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən xərc sənədləri təqdim edilmədiyindən mövcud dövr üzrə vergi orqanı tərəfindən qanunvericiliyin yol verdiyi qaydada vergi borcunun hesablanma qaydası əsası olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Iddia tələbi təmin edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manat iddiaçının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar