Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-424/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və X11 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA seriyalı ******* nömrəlili şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
2. İddiaçı İddiaçı məxsus ИТ-* nömrəli ******* nömrəli əmək kitabçasında (notariat qaydasında tərcümə və təsdiq edilmiş surəti) olan məlumatlara əsasən o,;
3. Mədəni -məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə zavodda: ##.##.1985-ci ildə üç ay müddətinə * saylı sahəyə tələbə olaraq qəbul edilib; ##.##.1989-cu ildə Mədəni -məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə zavod yenidən təşkil edilərək, xxxx İstaehsalat birliyi olmuşdur; ##.##.1989-cu ildə tarif dəyişiklikləri ilə əlaqədar olaraq 1-ci dərəcəli qablaşdırıcıdüzücü peşəsi verilmişdir; ##.##.1991-ci ildə xxxx İstaehsalat birliyi yenidən qururlaraq Azərbaycan Dövlət Sənaye -Ticarət Kompleksi olmuş, xxxx İstehsalat birliyinin adı isə dəyişdirilərək, X2 zavodu olmuşdur. ##.##.1997-ci ildə AR DƏK-nin ##.##.1997-ci il tarixli *** saylı sərəncamına əsasən X2 zavodunun bazasında X3 yaradılmışdır. ##.##.2006-cı ildə tutduğui vəzifədən azad edilmişdir.
##.##.1982-ci il tarixdə Ordubad Baramaaçan fabrikində baramaçan peşəsini öyrənmək üçün dabrikə işləməyə qəbul edilmişdir. ##.##.1989-cu ildə Baramaçan peşəsinə işləməyə keçirilmişdir. ##.##.1983-cü ildə işdən azad edilmişdir.
##.##.2005-ci il tarixdən ##.##.2008-ci il tarixədək “xxxx” MMC şadlıq evində aşbaz vəzifəsində işləmişdir. ##.##.2019-cu ildən ##.##.2020-ci ilədək “Dinger və Çaşıoğlu” BM-də xadimə vəzifəsinə qəbul edilmişdir.
4. “xxxx"xxxx” MMC tərəfindən verilmiş 01-K №-li, ##.##.2025-ci il tarixli, arayışın surətindən müəyyyən olunur ki, Mirzəyeva(Rəsulova) Elmira Müzəffər qızı həqiqətən ##.##.1999-cu il tarixdən (29-K №-li Əmr ##.##.1999-cu ildən) ##.##.2005-ci il tarixinədək (409-K №-li əmr ##.##.2005-ci ildən) “xxxx" LTD MMC-dən arax süzmə sexində qablaşdırıcı peşəsində işləmişdir. Arayışa Mirzəyeva(Rəsulova) Elmira Müzəffər qızına 1999-cu ildən 2005-ci ilədək ödəniləm əmək haqqlarına dair ##.##.2025-ci il tarixli arayış əlavə olunmuşdur. Həmçinin məhkəməyə xxxx" LTD müştərək müəssisəsinin iddiaçının işə daxilolma və işdən çıxma barədə əmrlərinin surətləri təqdim olunmuşdur.
5. ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən fərdi şəxs hesab haqqında e-sosial arayışda olan məlumatlarına əsasən, iddiaçı ##.##.2013-cü il tarixdən ##.##.2015-ci il tarixədək fərdi sahibkar kimi fəaliyyət göstərən X4 məxsus 1700991802 VÖEN-lə işləmişdir.
6. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq cavabdeh Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-H-*****/**** nömrəli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyalar: haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı aid “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli arayışında ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985- ##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. Bundan başqa, “xxxx”xxxx” MMC-nin Elmira Mirzəyevaya dair arayışında ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəblərdən də ##.##.1985- ##.##.2006-cı il tarixləri arasındakı dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (5 il 1 ay 24 gün (##.##.1982-##.##.1983-cü il tarixləri arasındakı dövr və # ###### 2006-cı il tarixindən sonra 4 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşdan, yəni hüququnun yarandığı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı İddiaçı qız ##.##.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 52 yaşdan, yəni hüququnun yarandığı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın cavabdehə müraciət etdiyi ##.##.2025-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni ##.##.2022-ci il tarixdən hesablanaraq, ona ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ## ###### 2025-ci il tarixdə rəsmi ərizə ilə cavabdeh Filiala müraciət etmiş, sonuncu isə hazırki vaxtadək ərizəyə cavab verməmişdir. Müraciətin üstündən 35 gün keçdiyinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Cavabdeh Filialın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir.
11. Cavabdeh Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən (## ##.2017-cı il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) ##.##.2017-ci il tarixədək tələb olunan yaş həddinə çatdıqda (52 yaş), 2) azı 20 il ümumi ış stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı İddiaçı hazırki tələbi ilə bağlı mübahisəli məqam iddiaçının həm ümumi iş stajı, həm də güzəştli iş stajı ilə bağlıdır: Məlumat üçün bildiririk ki, İddiaçı aid “xxxx” ASC-nin ## ###### 2025- ci il tarixli arayışında ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, ##.##.2006- ##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçının sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. Bundan başqa, “xxxx”xxxx” MMC-nin İddiaçı dair arayışında ##.##.1999- ##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəblərdən də ##.##.1985- ##.##.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Həmçinin iddiaçının “xxxx”xxxx” MMC-də əmək fəaliyyəti dövrü barədə əmək kitabçasında heç bir qeydin olmaması, üzərində sadəcə möhür və imza olan, blanksız formada təqdim edilən arayışın isə mötəbərliyi şübhə altına alındığından sözügedən dövrün ümumiyyətlə staja hesablanması mümkün deyildir. Buna görə də İddiaçı ümumi iş stajı 20 ildən az (5 il 1 ay 24 gün (##.##.1982- ##.##.1983-cü il tarixləri arasındakı dövr və # ###### 2006-cı il tarixindən sonra 4 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya qanunvericiliyin tələbləri nəzərə alınmaqla tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İddiaçı cavabdehə qarşı “52 yaşının tamam olduğu ##.##.2017-ci ıl tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair *-*(***)-*****/**** nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985- ##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. Bundan başqa, “xxxx”xxxx” MMC-nin Elmira Mirzəyevaya dair arayışında ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəblərdən də ##.##.1985- ##.##.2006-cı il tarixləri arasındakı dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (5 il 1 ay 24 gün (##.##.1982-##.##.1983-cü il tarixləri arasındakı dövr və # ###### 2006-cı il tarixindən sonra 4 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.
14. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
15. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarı)
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı İddiaçı##.##.2025-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmiş və Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli imtina məktubu ilə ona tələbinin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. Sözügedən imtina məktubu və tərəfilərindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli 3-17-1/2- ******/**** nömrəli etirazın məzmunundan aydın olur ki, iddiaçı İddiaçı hazırki tələbi ilə bağlı mübahisəli məqam iddiaçının həm ümumi, həm də güzəştli iş stajı ilə bağlıdır, belə ki ##.##.2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (9 ay 24 gün (##.##.1982- ##.##.1983-cü il tarixləri arasındakı dövr) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bildirirlər ki, iddiaçının mübahisələndirilən ümumi və güzəştli iş stajı aşağıdakı dövrləri təşkil edir:
1. ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövrdə “xxxx” ASC-də işlədiyi dövr;
2. ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr “xxxx”xxxx” MMC-də işlədiyi dövr. İ dövrə münasibətdə araşdırma zamanı, ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985- ##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçının sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. II dövrə münasibətdə isə bildirirlər ki, sözügedən dövr əmək iddiaçıya məxsus əmək kitabçasında ümumiyyətlə qeyd olunmamış, əlavə olaraq “xxxx”xxxx” MMC-nin İddiaçı dair arayışında ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı Mərkəzi Filiala sözügedən dövrlə bağlı təqdim etdiyi blanksız, tarix və nömrəsiz arayışında iddiaçının yuxarıda göstərilən tarixlərdə işə girmə, işə çıxma əmrləri qeyd edilsə də, sözügedən əmrlər qoşma şəklində əlavə edilmədiyindən həmin arayışın da mötəbərliyi şübhə doğuran hal kimi qiymətləndirilməlidir. Əlavə olaraq məhkəmənin istinad etdiyi “xxxx”xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışında İddiaçı ##.##.1999-cu il tarixində işə girmə əmri göstərilsə də, əməkhaqqı arayışında iddiaçının 1999-cu ilin yanvar ayından etibarən əmək haqqı aldığı əks olunmuşdur. Ziddiyyətli məqamların sayının çoxluğu və sözügedən halların məhkəmə tərəfindən aydınlaşdırılmaması müəssisənin adıçəkilən sənədləri saxtakarlıqla təqdim etməsinə əsaslı şübhələr yaratmışdır. Bu səbəblərdən də ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Məhkəmə ##.##.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək qeyd etmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə mübahisələndirilən dövrlər barədə əmək kitabçasında heç bir qeydin olmamasına baxmayaraq qərarının əsaslandırma hissəsində “iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır” müddəasına istinad etmişdir. ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr isə iddiaçı İddiaçı əmək kitabçasında öz əksini tapmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinasının, iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (5 il 1 ay 24 gün (##.##.1982- 18.##.##.1983-cü il tarixləri arasındakı dövr və ##.##.2006-cı il tarixindən sonra 4 il 4 ay)), güzəştli iş stajı isə yoxdur. Cavabdehin apellyasiya şikayətinə etiraz olaraq bildirilir ki, iddiaçı ##.##.1965-ci il tarixdə anadan oldu, ##.##.2017-ci il tarixdə 52 yaşına çatdı, həmin tarixədək ümumi iş stajı 26 il 5 ay. * nömrəli siyahı üzrə güzəştli iş stajı isə 14 il 5 ay 11 gün gün təşkil etdi. İddiaçının işlədiyi peşə və vəzifələrin * nömrəli siyahıya aid olubolmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırıldı, güzəştli arayışla və analoji iş üzrə Ali Məhkəmənin *-l(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin yuxanda qeyd edilən normalanna əsasən, qadınların ən azı 20 il ümumi, 10 il isə güzəştli iş stajı olanda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandı. İddiaçı ##.##.1965ci il tarixdə anadan oldu, ##.##.2017-ci il tarixdə 52 yaşına çatdı. İddiaçının 52 yaşının tamam olduğu ##.##.2017-ci il tarixədək ümumi iş stajı 26 il 5 ay, güzəştli iş stajı isə 14 il 5 ay 11 gün təşkil etdi. Bu da yuxarıda qeyd edilən qanununda nəzərdə tutulan yaş, ümumi və güzəştli iş stajına dair şərtləri ödədi.
d) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinetə ərizə yerləşdirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
##.##.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər ##.##.1997-ci il tarixədək qüvvədə olan redaksiyada: 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarına * nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarına * nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri # ###### 1997-ci ildən, qalan maddələri isə # ###### 1998-ci ildən qüvvəyə minmişdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Daha sonra məhkəmə Kollegiyası işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
27. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) * nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) * nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı ##.##.2006-cı il tarixədək mövcud olmalıdır.
28. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, ##.##.1965-ci il təvəllüdlü iddiaçının ##.##.2017-ci il tarixində, yəni 52 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.
29. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985- ##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib.
30. Bundan başqa, “xxxx”xxxx” MMC-nin Elmira Mirzəyevaya dair arayışında ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəblərdən də ##.##.1985- ##.##.2006-cı il tarixləri arasındakı dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (5 il 1 ay 24 gün (##.##.1982-##.##.1983-cü il tarixləri arasındakı dövr və # ###### 2006-cı il tarixindən sonra 4 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.
31. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
32. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarı)
33. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
34. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
35. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı həmçinin qeyd edir ki, 0# ###### 2006cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (Pensiya Alt Sisteminə) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
38. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir.
39. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən və təqdim olunmuş arayışlardan görünür ki, iddiaçının ümumi iş stajı 20 ildın çox təşkil edir.
40. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə Kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, ## ###### 2017- 41. ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli Əlavənin 2.4.1cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
42. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
43. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki; “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr zərərli peşələr kimi nəzərdə tutulmuşdur: 22400000 XXİİ. Yeyinti sənayesi, 2241100a—19293 “Həna” və “Basma” kimi bitki boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcılarbükücülər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
45. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
46. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, pensiya hüququ yaranan ##.##.2017-ci il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çox təşkil edir.
47. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. ##.##.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il ## #### tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, ##.##.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), ##.##.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
50. Məhkəmə Kollegiyası, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, # #### 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
51. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il # ####### tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il # #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
53. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır.
54. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il və ## ####### 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il ## #### tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il # #### tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il # #### tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
55. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il # #### tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
56. İş materiallarında olan DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana ##.##.2025-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya ##.##.2022ci il tarixdən hesablanaraq, ödənilməlidir.
57. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilən ümumi və güzəştli iş stajı aşağıdakı dövrləri təşkil edir: 1. ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövrdə “xxxx” ASCdə işlədiyi dövr; 2. ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr “xxxx”xxxx” MMC-də işlədiyi dövr.İ dövrə münasibətdə araşdırma zamanı, ##.##.2006-##.##.2006cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı ##.##.1985-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə işləməyinə də əsaslı şübhələr yaranıb. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçının sözügedən müəssisədə işləməyinə dair hər hansı sənəd təqdim edilməyib, həmçinin ona dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı, müəssisənin arxiv sənədlərinin saxlanılmadığı aşkar edilib. Bu fakt “xxxx” ASC tərəfindən # #### 2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. II dövrə münasibətdə isə bildirirlər ki, sözügedən dövr əmək iddiaçıya məxsus əmək kitabçasında ümumiyyətlə qeyd olunmamış, əlavə olaraq “xxxx”xxxx” MMC-nin İddiaçı dair arayışında ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin də Dövlət Sosial Müdafiə Fondunda ## ###### 2004-cü il tarixindən sığortaedən kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı Mərkəzi Filiala sözügedən dövrlə bağlı təqdim etdiyi blanksız, tarix və nömrəsiz arayışında iddiaçının yuxarıda göstərilən tarixlərdə işə girmə, işə çıxma əmrləri qeyd edilsə də, sözügedən əmrlər qoşma şəklində əlavə edilmədiyindən həmin arayışın da mötəbərliyi şübhə doğuran hal kimi qiymətləndirilməlidir. Əlavə olaraq məhkəmənin istinad etdiyi “xxxx”xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışında İddiaçı ##.##.1999-cu il tarixində işə girmə əmri göstərilsə də, əməkhaqqı arayışında iddiaçının 1999-cu ilin yanvar ayından etibarən əmək haqqı aldığı əks olunmuşdur. Ziddiyyətli məqamların sayının çoxluğu və sözügedən halların məhkəmə tərəfindən aydınlaşdırılmaması müəssisənin adıçəkilən sənədləri saxtakarlıqla təqdim etməsinə əsaslı şübhələr yaratmışdır. Bu səbəblərdən də ##.##.1985-##.##.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Məhkəmə ##.##.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək qeyd etmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
58. Apellyasiya şikayətinin İ dövrə münasibətdə dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, 0# ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
60. Apellyasiya şikayətinin II dövrə münasibətdə dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi ##.##.2026-cı il tarixli məktubla "xxxxxxxx" MMC-nin təsis sənədlərinin surətini məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, "xxxxxxxx" MMC ##.##.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır.
61. Apellyasiya şikayətinin “məhkəmə mübahisələndirilən dövrlər barədə əmək kitabçasında heç bir qeydin olmamasına baxmayaraq qərarının əsaslandırma hissəsində iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır müddəasına istinad etmişdir.##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr isə iddiaçı İddiaçı əmək kitabçasında öz əksini tapmamışdır” dəlili ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, “xxxx"xxxx” MMC tərəfindən verilmiş 01-K №-li, ##.##.2025-ci il tarixli, arayışın surətindən müəyyyən olunur ki, Mirzəyeva(Rəsulova) Elmira Müzəffər qızı həqiqətən ##.##.1999-cu il tarixdən (29-K №-li Əmr ##.##.1999-cu ildən) ##.##.2005-ci il tarixinədək (409-K №-li əmr ##.##.2005-ci ildən) “xxxx" LTD MMC-dən arax süzmə sexində qablaşdırıcı peşəsində işləmişdir.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
63. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.