Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-646/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbinə dair iş üzrə Açar sözlər: (əlilliyin bərpa edilməsi, inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçının əlillik vəziyyəti ilkin olaraq ##.##.2008-ci il tarixində qiymətləndirilmiş və “sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü” diaqnozun mətni ilə müddətsiz ikinci əlillik (2.2. sol büd sümyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti, sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü) təyin edilmişdir. Növbəti dəfə ##.##.2021-ci il tarixində “sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü” diaqnozun mətni ilə müddətsiz üçüncü dərəcə əllillik (2.3 Üçüncü dərəcə əlillik, 2.5.4. baldırın güdülü, pəncənin piroqov üzrə və ya şopar oynağından amputasiyası, hər iki pəncənin şarp üzrə amputasiyası) təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini ##.##.1962-ci il təvəllüdlü İddiaçı (FİN:*******) nəzarət qaydasında əyani müayinə edilməsi məqsədilə komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti AR ET Hematologiya və Transfuziologiya İnstitununun “Sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputyasiyadan sonraki güdülü” diaqnozu ilə rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2008-ci il tarixindən istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı və əmək qabiliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2021-ci il tarixindən istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə “təkrar” əlillik təyinatı və əmək qabiliyyətinin 30% (otuz faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Müayinəyə gələrkən, şikayətlərini sağ aşağı ətrafınnda olan ağrılardan və hərəkət məhdudiyətindən olduğunu bildirmişdir. Bu şikayətlərin ##.##.1984-cü il tarixində iş yerində hərəkətdə olan cihazı təmizlyərkən, müvazinətini itirdiyinə görə yıxılması nəticəsində aldığı xəsarətdən sonra müşahidə olunduğunu bildirmişdir. Bunu təsdiq edən ##.##.1986-cı il tarixində tərtib edilmiş ##.##.1984-cü il tarixində saat 12:00 radələrində bədbəxt hadisənin baş verməsi barədə Azərbaycan Respublikasının Yüngün Sənayəsinin V.İ.Lenin adına Tekstil Kombinatı tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt təqdim edilmişdir. Təqdim etdiyi tibbi sənədləri təhlil edərkən müəyyən edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Reabilitasiya Pansionatında “Sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputyasiyadan sonraki güdülü” diaqnozu ilə reabilitasion müalicə qəbul etmişdir. Arxiv sənədlərini təhlil edərkən vətəndaşın ##.##.1992-ci il tarixindən istehsalat zədəsi səbəbindən 1 (bir) il müddətinə ##.##.1993-cü il tarixinədək üçüncü dərəcə “təkrar” əlillik təyinatını və əmək qabiliyyətinin 40% (qırx faiz) itirilməsini əks etdirən TSEK arayışı aşkar edilmişdir. DTSERA-da ##.##.2024-cü il tarixində aparılmış həkimtravmatoloq mayinəsinin nəticəsi “Sağ ayağın İ daraq nahiyəsindən amputası,nisbi 1 sm, qısalıq, baldırda 1 sm atrofiya izlənilir” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental muayinələrin nəticəsində, istehsalat zədəsi səbəbindən aldığı xəsarətin hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntuları aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” və əmək qabiliyyətinin 25% (iyirmi beş faiz) itirilməsi barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsi barədə müvafiq qərarı ləğv edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi sənədi əsasında iddiaçıya “sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü” diaqnozu ilə müddətsiz olaraq orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-80 faiz arası) əlilliyin dayandırıldığı ##.##.2024-cü il tarixdən bərpa edilməklə əlillik təyin edilməsi öhdəliyi Agentliyin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə protokol qaydasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 1986-cı il tarixdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Tekstil Kombinatında işləyən zaman əmək funksiyasını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağ ayağından xəsarət almış və nəticədə barmağı amputasiya edilmişdir. Həmin ildən etibarən ona ikinci qrup əlillik statusu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi sənədi əsasında iddiaçıya “sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artrozaartriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü” diaqnozu ilə müddətsiz olaraq III dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası DSMF-nin məktubu əsasında ##.##.2024-cü il tarixdə qanunsuz olaraq iddiaçının əlilliyini yenidən qiymətləndirmiş və “diaqnoz əlillik təyin etmir” əsassız arqumenti irəli sürülməklə bu barədə qərar qəbul edib iddiaçıya təyin edilmiş əlillik statusunu ləğv etmiş, lakin ləğv barədə qərar və onun səbəbi barədə hər hansı bir arayış bu günə qədər iddiaçıya təqdim edilməmişdir. Hesab edirəm ki, aşağıda göstərilən əsaslar baxımından iddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən aldığı ##.##.2024-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməli və müddətsiz əlilliyi dayandırıldığı tarixdən bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan Reabilitasiya Pansionatı tərəfindən verilmiş **** saylı stasionar kartadan çıxarışla müəyyən olunmuşdur ki, TSEK-in göndərişi əsasında iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək qeyd edilən Pansionatda stasionar müalicədə olmuş, pansionata daxil olarkən şikayətləri - döş qəfəsində sancılar, təngənəfəslilik, aşağı ətraflarda keyimələr, dizlərdə ağrılar, əllərdə uyuşmalar, başgicəllənmələr, əsəbilik, yaddaş və yuxu pozğunluğu, mədə üzərində qıcqırma hissi, diskomfort, köp. Anamnestik və kliniki sosial vəziyyəti – 1986-cı ildə sağ ayağının 1-ci barmağı amputasiya olunub, (istehsalat zədəsi) 2001ci ildə avtomobil qəzası keçirib, sol bud sümüyünün sınığı olub, sol aşağı ətraf təxminən 2 sm qısadır. Yerişi ağsamaqla əsa ilədir. Artıq bədən çəkisi qeyd olunur (100 kq). Rileys Plus, Kardiomaqnil, Omez, Valerian dərmanları qəbul edir. Dəri və görünəsi selikli qişaları normaldır. Dəri örtüyü quru olur. Generik limfa düyünləri əllənmir. Ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. Qarın yumşaqdır, generik ödemlər yoxdur. Diurez tezləşmiş azalmışdır. Diaqnozu - sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputasiyadan sonrakı güdülü kimi qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının zaman keçdikcə xəstəliyi daha da kəskinləşmiş və müalicə ilə bərpa olunması mümkün olmamışdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi sənədi əsasında iddiaçıya müddətsiz olaraq III dərəcəli əlillik təyin edilən dövrdə ona qoyulan diaqnozla hazırkı diaqnozu eynidir, səhhətində heç bir dəyişiklik və irəliləyiş qeydə alınmamışdır. Belə olan halda, hər hansı tibbi və ya hüquqi əsas olmadan iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi və nəticədə əlillik statusunun ləğv edilməsi məntiqə və qanuna ziddir Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda eyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X4 və Transfuziya institutu ##.##.2008-cü il tarixli göndərişi əsasında baxılmış və X10: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S58 - Saidin travmatik amputasiyası => S58.9 - Saidin dəqiqləşdi... Diaqnozun mətni: Sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputyasiyadan sonraki güdülü. Bakı şəhər sakini ##.##.1962-ci il təvəllüdlü İddiaçı (FİN:*******) nəzarət qaydasında əyani müayinə edilməsi məqsədilə komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti AR ET Hematologiya və Transfuziologiya İnstitununun “Sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputyasiyadan sonraki güdülü” diaqnozu ilə rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2008-ci il tarixindən istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı və əmək qabiliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2021-ci il tarixindən istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə “təkrar” əlillik təyinatı və əmək qabiliyyətinin 30% (otuz faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Müayinəyə gələrkən, şikayətlərini sağ aşağı ətrafında olan ağrılardan və hərəkət məhdudiyətindən olduğunu bildirmişdir. Bu şikayətlərin ##.##.1984-cü il tarixində iş yerində hərəkətdə olan cihazı təmizlyərkən, müvazinətini itirdiyinə görə yıxılması nəticəsində aldığı xəsarətdən sonra müşahidə olunduğunu bildirmişdir. Bunu təsdiq edən ##.##.1986-cı il tarixində tərtib edilmiş ##.##.1984-cü il tarixində saat 12:00 radələrində bədbəxt hadisənin baş verməsi barədə Azərbaycan Respublikasının Yüngün Sənayəsinin V.İ.Lenin adına Tekstil Kombinatı tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt təqdim edilmişdir. Təqdim etdiyi tibbi sənədləri təhlil edərkən müəyyən edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X11 Reabilitasiya Pansionatında “Sol bud sümüyünün bitişmiş sınığı, diz oynağının artroza-artriti. Sağ pəncənin İ ayaq darağı nahiyyədən amputyasiyadan sonraki güdülü” diaqnozu ilə reabilitasion müalicə qəbul etmişdir. Arxiv sənədlərini təhlil edərkən vətəndaşın ##.##.1992- ci il tarixindən istehsalat zədəsi səbəbindən 1 (bir) il müddətinə ##.##.1993-cü il tarixinədək üçüncü dərəcə “təkrar” əlillik təyinatını və əmək qabiliyyətinin 40% (qırx faiz) itirilməsini əks etdirən TSEK arayışı aşkar edilmişdir. DTSERA-da ##.##.2024-cü il tarixində aparılmış həkimtravmatoloq mayinəsinin nəticəsi “Sağ ayağın İ daraq nahiyəsindən amputası,nisbi 1 sm, qısalıq, baldırda 1 sm atrofiya izlənilir” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental muayinələrin nəticəsində, istehsalat zədəsi səbəbindən aldığı xəsarətin hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntuları aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” və əmək qabiliyyətinin 25% (iyirmi beş faiz) itirilməsi barədə Qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarı ilə (Aydın Babayev) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı iddiaçı İddiaçı münasibətdə ləğv edilməklə əlilliyin dayandırıldığı ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən hal, yəni təyin edilən əllilik dərəcəsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları, S58 - Saidin travmatik amputasiyası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə) Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilməmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8- Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “... təyin edilən əllilik dərəcəsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları, S58 - Saidin travmatik amputasiyası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə) Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilməmişdir...”. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, mübahisləndirlən və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaradan TSEK-in ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının qəbul edilməsinin maddi hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi çıxış edir. Həmin normaya nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq normaları öz daxili məntiqi quruluşuna görə üç əsas elementlərdən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Bu elementlər hüquq normasının hüquqi mahiyyətini tam şəkildə ifadə etməyə, onun necə və nə zaman tətbiq ediləcəyini müəyyənləşdirməyə imkan verir. Hüquq normasının bu strukturu onun praktik fəaliyyətinə çevirilməsi baxımından da vacibdir. Hipoteza-hüquq normasının hansı şəraitdə və hansı hüquqi vəziyyətlərdə tətbiq ediləcəyini göstərir. O, hüquqi nəticənin yaranması üçün zəruri olan faktiki və hüquqi halları müəyyən edir. Dispozisiya-hüquq normasının əsas məzmun hissəsidir, yəni subyektlərin hüquq və öhdəliklərinin nədən ibarət olduğunu, hansı davranışın onlardan gözlənildiyini əks etdirir. Sanksiya isə normaya əməl olunmadığı təqdirdə tətbiq olunacaq hüquqi nəticəni məsuliyyət və cəza tədbirini göstərir. (bəzən də müvafiq davranışa görə mükafatı). Bu struktur normaya daxili məntiqilik verir: “əgər belə bir şərait mövcuddursa, o zaman bu cür davranmaq lazımdır, əks halda belə nəticə ilə qarşılaşacaqsan” modeli yaranır. Hüquq normasının bu cür quruluşu onun həm hüquqi texnika baxımından aydın və tətbiqedilən olmasını təmin edir, həm də hüquq müəyyənlik və proqnozlaşdırıla bilmə prinsiplərinin həyata keçməsinə şərait yaradır. Hipoteza-hüquq normasının tətbiq edilməsi üçün zəruri olan obyektiv və subyektiv şərtləri müəyyən edən hissədir. Yəni hipoteza göstərir ki, norma kimə və hansı hallarda şamil olunur. Bu, hüquq münasibətlərinin konkret şəraitdə hansı şəxslərə aid olduğunu və hüquq normasının hansı vəziyyətlərdə qüvvəyə mindiyini izah edir. Elmi ədəbiyyatda qeyd edilir ki, hüquq normasının hipotezası hüquq normasının əsas struktur elementlərindən biri kimi çıxış edir və onun funksiyası normanın tətbiq olunma şərtlərini müəyyənləşdirməkdir. Yəni hipoteza normanın hansı subyektlərə tətbiq olunacağı ilə yanaşı, hansı hüquqi və faktiki şəraitdə tətbiq olunduğunu da göstərir. Hüquq normasının hipotezası qanunverici orqan tərəfindən əvvəlcədən ehtimal edilən hallara (faktlara) əsaslanaraq müəyyən edilir. Hüquqi tənzimlənməsi zəruri hesab edilən münasibətlər, ilk növbədə, bu münasibətlərin yaranmasına səbəb ola biləcək halların aydın şəkildə müəyyən edilməsini tələb edir. Qeyd olunan normada “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” ifadəsi hipotezadır. Başqa sözlə, həmin faktın baş verməsi kifayət edir ki, hüquq normasında nəzərdə tutulmuş hüquqlar qüvvəyə minsin və ya müvafiq vəzifələr icra edilməyə başlasın. Hipotezada ifadə olunan hüquqi faktların müəyyənlik dərəcəsindən asılı olaraq mücərrəd və kazual hipotezalar fərqləndirilir. Kazual hipotezalar hüquq normasının tətbiqi üçün lazım olan hüquqi faktları konkret hadisələrin dəqiq təsvirinə əsasən ifadə edir. Mücərrəd hipotezalar isə hüquq normasının tətbiqi üçün tələb olunan hüquqi faktı dəqiq və konkret davranış modeli ilə deyil, ümumi və qeyri-müəyyən anlayışlarla ifadə edir. Məhkəmə tərkibi yuxarıda göstərilənləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindəki “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” müddəası bir neçə qeyri-müəyyən hüquqi anlayışın birlikdə işlədilməsi ilə formalaşan qiymətləndirmə formuludur. Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “düzgünlük”, “şübhə” və “əsaslı sübutlar” dedikdə nə başa düşülür? Başqa sözlə, “qərarın düzgünlüyü” inzibati aktın faktiki, yoxsa hüquqi hallarının səhv olmasıdır? “Şübhə” dedikdə bu zaman sadə ehtimal kifayətdir, yoxsa yüksək ehtimal tələb olunur? Hansı tələblərə cavab verən sübutlar cavabdeh orqan üçün “əsaslı” hesab edilməlidir? Məhkəmə tərkibi qeyd edir ki, inzibati hüquqda qeyri-müəyyən hüquqi anlayışlar dedikdə qanunda dəqiq təsbit edilməyən, məzmunu konkret iş üzrə şərh və qiymətləndirmə yolu ilə konkretləşdirilən anlayışlardır. Qanunverici bir sıra hallarda məqsədli şəkildə belə tənzimləmə qaydası müəyyən etməklə inzibati orqana işin faktiki və hüquqi vəziyyətini nəzərə alaraq qeyrimüəyyən hüquqi anlayışların məzmununu hər işdə ayrıca müəyyən etməyə imkan verir, bununla da, qaçılmaz olaraq ortaya çıxan müxtəlif həyat situasiyalarına fərqli və çevik münasibətə şərait yaradır. Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. İnzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarətinin olması hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati qanunverciliyin ümumi prinsip və tələbləri baxımından, eləcə də inzibati hüquq elmində formalaşmış yanaşmaya görə, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən tətbiqi, yəni qeyd olunan səlahiyyətin necə realizə edilməsi inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər. Mübahisələndirilən qərarda müvafiq Qaydaların 3.7-ci bəndindəki hipoteza şərtləri aşağıdakı kimi əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 4 (dörd) nəfər vətəndaş Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyası tərəfindən ##.##.2024-cü il tarixində əyani müayinə edilərək əlillik vəziyyət qiymətləndirilmişdir....” Məhkəmənin sorğusu əsasında qeyd olunan qərarla bağlı inzibati orqandan aşağıdakı məlumat və sənədlərin təqdim edilməsi xahiş olunmuşdur: 1) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ## ###### 2024cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarında müxtəlif səbəblərdən müraciət etmiş vətəndaşların müraciəti əsasında ##.##.2024-cü il tarixdə əyani müayinəsinin həyata keçirilməsi qeyd edilmişdir. Odur ki, iddiaçı İddiaçı müraciətinin təsdiq olunmuş surəti; 2) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ## ###### 2024cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı formalaşmış inzibati təcrübənizdə inzibati akt kimi qəbul edilirmi? 3) TSEK (Agentlik yox, məhz TSEK) tərəfindən iddiaçının ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb edilməsinin hüquqi əsası nədir? (konkret hüquqi akt və müvafiq norma göstərilsin); Cavabdehin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Məktubun 1-ci bəndində qeyd edilən sorğuya cavab olaraq bildirilir ki, İddiaçı ##.##.2024-cü il tarixli əyani müayinəsi Agentliyə şifahi müraciəti əsasında həyata keçirilmişdir. Müraciəti əsasında İddiaçı ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar inzibati akt hesab edilir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti Sizə təqdim olunur. Göründüyü kimi, cavabdeh müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya qoymadan iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul etmişdir. Nəzərələ alınmalıdır ki, yalnız qanunverciliklə müəyyən edilmiş tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Eyni zamanda, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçının yazılı müraciəti (şifahi müraciətinin olması da sübut edilmir) olmadan cavabdeh belə müraciətin olmasına əsaslanmaqla icraat aparmışdır. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqan mavafiq Qaydaların 3.7-ci bəndindəki qeyri-müəyyən hüquqi anlayışları obyektiv, məntiqi və hüquqi meyarlarla şərh edə bilməmişdir. Başqa sözlə, inzibati orqan həmin anlayışların məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməli olduğu halda qüsurlu qiymətləndirmə fəaliyyətinə yol verərək heç bir ciddi və aydın əsaslandırma aparmadan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanlar tərəfindən qeyrimüəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsiri əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadının 29-cu bəndində qeyd olunmuşdur ki, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışlarla bağlı inzibati orqanların fəaliyyəti inzibati məhkəmə icraatı qaydasında yoxlanılarkən bəzi digər prinsiplərə də əməl olunub-olunmaması yoxlanılır. Belə ki, bu zaman rəhbər tutulmalı prinsiplərdən ən vacibi “müəyyənlik” prinsipidir. Əslində bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Göründüyü kimi, inzibati hüquqda müəyyənlik prinsipi ona xidmət edir ki, fiziki və hüquqi şəxslər müxtəlif hüquqi vəziyyətləri əvvəlcədən qiymətləndirə və hərəkətlərini (fəaliyyətlərini) ona uyğun tənzimləyə bilsinlər. Yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqinə yönəlik inzibati fəaliyyət zamanı cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun prinsip və tələblərinə əməl edilməmişdir. Belə olan halda isə cavabdehin mübasiləndirilən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli inzibati aktı iddiaçıya aid hissədə səbəb ünsürü baxımından qüsurlu hesab edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz əlverişli inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı TSEK tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və barəsində müddətsiz üçüncü dərəcə əlillik qərarı verilmişdir. Cavabdehin mübahisləndirilən qərarı isə ##.##.2021-ci il tarixdən 1 il keçdikdən sonra qəbul edilmişdir. Cavabdeh mübasiləndirlən qərarları qəbul edərkən isə əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və yeni sübutlara əsaslanmamışdır. Eyni zamanda, mübahisləndirilən qərarlarda “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara da istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6-cı maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-646/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-646/2026
18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver