Məhkəmə qərarları › İş №2-1(3-7)-195/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-195/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-195/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Tahir oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), HYPERLINK "https://courts.gov.az/az/ganjaappeal/judge/Mamedov-Rsad-Ziyaviddin-oglu_514" Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi (atası) X1 iştirakı ilə, “təhsil müddətinin həqiqi hərbi xidmət günü hesab edilməklə vaxtından əvvəl ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. İddiaçı Tahir oğlunun Polis Akademiyasında təhsil aldığı 04 il, 03 ay, 01 gün müddətin 4 günə 1 gün hesablanmaqla müddətli həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə edilmiş müraciətə sonuncu tərəfindən hər-hansı bir cavab verilməmişdir.

Işdə olan sənədlər:

2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasının: - ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2002-ci il təvəllüdlü İddiaçı Tahir oğlu Daxili Işlər Nazirliyinin ##.##.2020-ci il tarixli şəxsi heyət üzrə Ə****ş/h-***-** nömrəli əmri ilə Polis Akademiyasının əyani fakültəsinin kursantları sırasına və daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, DIN-in ##.##.2024-cü il tarixli şəxsi heyət üzrə 3- **/Ə(ş/h)****/**** nömrəli əmri ilə hüquq fakültəsinin kursantları sırasından və daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 04 il 03 ay 01 gün təşkil etmişdir. - ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili Işlər Nazirliyinin ##.##.2025-ci il tarixli şəxsi heyət üzrə ##.##.2020-ci il tarixli, Ə****(ş/h)-***-** nömrəli əmri ilə Polis Akademiyasının əyani fakültəsinin İ kurs kursantları sırasına və daxili işlər orqanlarında xidmətə qəbul olunmuş ##.##.2002-ci il təvəllüdlü İddiaçı Tahir oğlu DIN-in ## ###### 2024-cü il tarixli, 3- **/Ə(ş/h)****/**** nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (polis əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən və Akademiyanın Hüquq fakültəsinin kursantları sırasından xaric edilmişdir. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə - 04 il, 03 ay, 01 gün təşkil etmişdir. - ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili Işlər Nazirliyinin Polis Akademiyası - Azərbaycan Respublikası Prezidentinin 2010cu il ## ### tarixli *** nömrəli Fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisələri siyahısına daxil edilmiş, 2016-cı il # ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasının Nizamnamə”sinə əsasən ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. (“hüquqşünaslıq" (Ill qrup) və “informasiya təhlükəsizliyi” (İ qrup) ixtisasları üzrə əyani təhsil). Azərbaycan Respublikasının Prezidentinin ## ######## 2014-cü il tarixli *** nömrəli sərəncamı ilə DIN-in Polis Akademiyasında Hərbi kafedra yaradılmış, Akademiyanın tədris planına əsasən əyani təhsil alan kursantlara “Hərbi hazırlıq fənləri bloku”na daxil olan fənlərin tədris olunması nəzərə alınaraq Akademiyanı müvəffəqiyyətlə bitirmiş məzunlara xüsusi rütbə ilə yanaşı "Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü bəndinə əsasən ilkin zabit hərbi rütbəsi verilir.

3. N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli, *** nömrəli sərəncamına əsasən 1-ci sırada qeyd olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Tahir oğlu xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissələrdən gəldiyinə görə, ##.##.2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara qoyulmuş və 5-ci motoratıcı tabor 14-cü motoatıcı bölük 2-ci motoatıcı taqım 3-cü motoatıcı manqasının atıcı vəzifəsinə təyin edilmişdir.

4. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, N ********* nömrəli mədaxil qəbzinə əsasən, Tahir Bəylərov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məktub ünvanlanmışdır (№SS*********AZ).

5. “xxxx” MMC göndərişlərin izlənməsindən çıxarışa əsasən, SS*********AZ nömrəli göndəriş alıcıya ##.##.2025-ci il tarixdə çatdırılmışdır.

6. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2025-cI il tarixində AZ**** saylı Abşeron Müştəri Xidmətləri Şöbəsi vasitəsilə vətəndaş İddiaçı Tahir oğlu tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilən SS970611613AZ ştrix kodlu məktub, ##.##.2025-ci il tarixində AZ**** saylı poşt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səlimov soyadlı əməkdaşına təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı İddiaçı Tahir oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasında aldığı təhsil müddətinin (04 il, 03 ay, 01 gün) hər 04 günü həqiqi hərbi xidmətin 01 günü hesab edilməklə vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixindən həqiqi hərbi xidmətə çağırılmış və hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. Daxili Işlər Nazirliyinin ##.##.2020ci il tarixli şəxsi heyyət üzrə Ə****ş/h-***-** nömrəli əmri ilə Polis Akademiyasının əyani fakültəsinin kursantları sırasına və daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, DIN-in ##.##.2024-cü il tarixli şəxsi heyyət üzrə *-**/Ə(ş/h)****/**** nömrəli əmri ilə hüquq fakültəsinin kursantları sırasından və daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Onun daxili işlər orqanlarında xidmət müddəti təqvim hesablaması ilə 04 il 03 ay 01 gün təşkil etdir. Onun atası ##.##.2025-ci il tarixdə cavabdeh orqana müraciət edərək onun Polis Akademiyasında təhsil aldığı 04 il 03 ay 01 gün müddətinin 4 günə 1 gün hesablanmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması və onun xidmət müddəti başa çatdıqdan sonra ehtiyyata buraxılması barədə qərar qəbul edilməsini xahiş etmiş, hazırki tarixədək müraciətə cavab verilməmişdir.

9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işin mübahisəsiz halı iddiaçının ##.##.2020-ci ildən ##.##.2024-cü ilə kimi Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Polis Akademiyasının “Hüquq” fakültəsində kursant olaraq təhsil almasıdır. Hansı ki, iddiaçının əyani təhsil aldığı Polis Akademiyası xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir və həmin təhsil müəssisəsində Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli Sərəncamı ilə hərbi kafedra yaradılmış və fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.13-cü bəndinə müvafiq olaraq Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsinin verilməsi nəzərdə tutulmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia növünə aid olmasına baxmayaraq, cavabdeh orqanın imtinası iş materiallarında mövcud deyildir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən, bütün xüsusi təyinatlı ali təhsil müəssisələrindən deyil, yalnız hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilən kursantlara “təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması” müddəasının tətbiqi mümkündür.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh orqana hazırki tələblə bağlı dəfələrlə müraciət etsə də, müraciəti cavablandırılmamışdır.

16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

18. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. Rlərin və Rların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.

19. Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi haqqında Əsasnamə: 5.3. Azərbaycan Respublikasının Daxili Işlər naziri: 5.3.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir.

20. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Sərəncamı:

1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın.

21. Azərbaycan Respublikasının ##.##.2016-cı il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi: 1.1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. 9.2. Kursantlar - Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir.

22. Azərbaycan Respublikası Prezidentinin ##.##.2010-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı:

4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin strukturunda: 4.1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyası.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. Inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. Inzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. Inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

24. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Işin halları ilə müəyyən olunur ki, iddiaçı Daxili Işlər Nazirliyinin ##.##.2025-ci il tarixli şəxsi heyət üzrə ##.##.2020-ci il tarixli, Ə****(ş/h)-***-** nömrəli əmri ilə Polis Akademiyasının əyani fakültəsinin İ kurs kursantları sırasına və daxili işlər orqanlarında xidmətə qəbul olunmuş və DIN-in ## ###### 2024-cü il tarixli, *- **/Ə(ş/h)****/**** nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (polis əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən və Akademiyanın Hüquq fakültəsinin kursantları sırasından xaric edilmiş və hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir.

27. Iddiaçının Polis Akademiyasında təhsil aldığı 04 il, 03 ay, 01 gün müddətin 4 günə 1 gün hesablanmaqla müddətli həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə cavabdeh inzibati orqana müraciətinə sonuncu tərəfindən hər-hansı bir cavab verilməmiş, tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əyani təhsil aldığı Polis Akademiyasının xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olması və onun daxili işlər orqanlarında xidmət müddətinin təqvimi hesablama ilə 04 il, 03 ay, 01 gün təşkil etməsi işin mübahisəsiz halıdır.

29. Belə ki, hazırki qərarın 19 və 20-ci bəndlərində qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli Sərəncamı ilə Polis Akademiyasında hərbi kafedra yaradılmış və fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.13-cü bəndinə müvafiq olaraq Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsinin verilməsi nəzərdə tutulmuşdur.

30. DIN-in Polis Akademiyasının ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Daxili Işlər Nazirliyinin Polis Akademiyası - Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli *** nömrəli Fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisələri siyahısına daxil edilmiş, 2016-cı il # ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasının Nizamnamə”sinə əsasən ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. (“hüquqşünaslıq" (Ill qrup) və “informasiya təhlükəsizliyi” (İ qrup) ixtisasları üzrə əyani təhsil). Azərbaycan Respublikasının Prezidentinin ## ######## 2014-cü il tarixli *** nömrəli sərəncamı ilə DIN-in Polis Akademiyasında Hərbi kafedra yaradılmış, Akademiyanın tədris planına əsasən əyani təhsil alan kursantlara “Hərbi hazırlıq fənləri bloku”na daxil olan fənlərin tədris olunması nəzərə alınaraq Akademiyanı müvəffəqiyyətlə bitirmiş məzunlara xüsusi rütbə ilə yanaşı "Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü bəndinə əsasən ilkin zabit hərbi rütbəsi verilir.

31. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət həqiqi hərbi xidmət növüdür.

32. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafıq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.

33. “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə əsasən kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir.

34. Göründüyü kimi Polis Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsi olmaqla orada hərbi kafedra mövcuddur, tədris planına əsasən əyani təhsil alan kursantlara “Hərbi hazırlıq fənləri bloku”na daxil olan fənlərin tədris olunması nəzərə alınaraq Akademiyanı müvəffəqiyyətlə bitirmiş məzunlara xüsusi rütbə ilə yanaşı ilkin zabit hərbi rütbəsi verilir, həmin təhsil müəssisəsini bitirən şəxslər orduya müddətli xidmətə çağırılmırlar.

35. Belə olan halda, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi Polis Akademiyasında təhsil aldığı dövrün (04 il, 03 ay, 01 gün) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması qanunamüvafiqdir.

36. Bundan başqa Polis Akademiyasından xaric olunaraq həqiq hərbi xidmətə göndərilən şəxslərə münasibətdə yuxarıda qeyd olunan qaydada hesablanma aparılaraq şəxsin müddətli həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması hallarına cavabdeh inzibati orqan tərəfindən yol verilməsi praktikasının mövcudluğu təkzib edilmir. Belə ki, məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, Gəncə Inzibati Məhkəməsinin icraatında olmuş *-*(***)-****/**** nömrəli analoji (iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş) iş üzrə iddiaçı tələbinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xeyrinə həll olunduğunu və buna görə də işinə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

37. Hazırki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X3 ünvanlanan ##.##.2023-cü il tarixli, 3-25-14/2-1333/25 məktubda da qeyd edilmişdir ki, “Cavanşir Həsənovun xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilərək hərbi xidmətə göndərilməsi və təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması ilə əlaqədar müraciətinə Müdafiə Nazirliyinin Hüquq Idarəsində baxılmışdır... Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Polis Akademiyasında hərbi kafedranın mövcud olmasını, məzunlarına ilkin zabit hərbi rütbəsinin verilməsini və C.E.Həsənovun “Hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsədiyini nəzərə alaraq, onun təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması qanunamüvafiqdir.”

38. Göründüyü kimi qeyd olunan işin halları hazırki işin halları ilə eyni olmasına, belə ki, X3 da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmasına, habelə iddiaçı İddiaçı Tahir oğlunun Akademiyada “Hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsəməsini təkzib edən halların mövcud olmamasına baxmayaraq, cavabdeh orqan tərəfindən hazırki iş üzrə iddiaçıya münasibətdə fərqli praktika sərgilənmişdir.

39. Nəzərə alınsa ki, cavabdeh inzibati orqanın imtinasının (apellyasiya şikayətinin dəlillərinə əsasən) əsası Polis Akademiyasının hərbi qulluqçu hazırlayan təhsil müəssisəsi olmaması ilə bağlı olmuşdur, bu halda cavabdeh inzibati orqanın eyni xüsusi təyinatlı təhsil müəssisəsində təhsil almış və sonradan həmin təhsil müəssisəsindən xaric edilmiş şəxsin təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesabladığı halda, iddiaçıya münasibətdə bundan imtina etməsi “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, sözügedən maddəyə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.

40. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.

41. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).

42. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarı).

43. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

44. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

45. Apellyasiya şikayətinin “iddiaçının cavabdeh orqanın imtinası olmadan məhkəməyə müraciət etməsi” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, hazırki qərarın 4-6-cı bəndlərində göstərilən sənədlərdə iddiaçının nümayəndəsi (atası) tərəfindən iddia tələbi ilə eyni məzmunlu müraciətin ##.##.2025-ci il tarixdə cavabdeh orqana ünvanlanması, ##.##.2025-ci il tarixdə sonuncu tərəfindən qəbul edilməsi müəyyən edilmişdir.

46. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin tələblərinə əsasən, inzibati orqan ən çox 90 gün ərzində ərizəçinin müraciətinə cavab verməli və gecikmə barədə əsaslandırılmış məlumatı inzibati aktda əsaslandırılmalıdır (Bax: hazırki qərarın 23-cü bəndi).

47. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Rəşad Mamedov, Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar