Məhkəmə qərarları › İş №2-1(3-8)-1098/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1098/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1098/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi) Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunverici və icraedici orqanlar qarşısında məsələ qaldırmaq və müvafiq təklif hazırlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət ünvanlayaraq, təcili tibbi yardım həkimlərinin xidməti silah daşımasına icazə verilməsi ilə bağlı Səhiyyə Nazirliyinin qanunverici və icraedici orqanlar qarşısında məsələ qaldırılması üçün təşəbbüs göstərməsi, bu icazənin verilməsini təmin edən qanunvericilik dəyişikliklərinin hazırlanmasına dəstək olmasını xahiş etmişdir. Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-Ş-****-**-****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, xidməti silah əldə etmək hüququ olan subyektlərin siyahısı “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyd olunan Qanunda təcili tibbi yardım xidmətinin işçilərinə xidməti silah daşımaq hüququnun verilməsi nəzərdə tutulmamışdır. Tibbi personalın təhlükəsizliyinin təmin edilməsi və mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi məqsədəmüvafiq hesab edilir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunverici və icraedici orqanlar qarşısında məsələ qaldırmaq və müvafiq təklif hazırlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş təcili və təxirəsalınmaz tibbi yardım həkimi olaraq, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciət də təcili tibbi yardım həkimlərinin xidməti fəaliyyət zamanı qarşılaşdıqları təhlükələr nəzərə alınaraq, onların xidməti silah daşımasına icazə verilməsini təmin edən qanunvericilik təşəbbüsünün qaldırılması barədə Nazirliyin müvafiq tədbir görməsini xahiş etmişdir. Səhiyyə Nazirliyi ##.##.2025-ci il tarixli 3-28/2-Ş-8896-31- ****/**** nömrəli məktubu ilə müraciətə cavab vermişdir. Lakin cavab məktubunda yalnız "Xidməti və mülki silah haqqında" Qanunun mövcud müddəaları sadalanmış, Nazirliyin bu məsələni qanunverici və icraedici orqanlar qarşısında qaldırmaq öhdəliyinə və təşəbbüs imkanlarına münasibət bildirilməmişdir. Beləliklə, cavab formal xarakter daşıyır və inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. Iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına heç bir sorğu göndərməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin edə bilməmişdir. Məhkəmənin bu barədə göndərdiyi ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubuna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan əlavə, iddia Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mümkün iddiadır. Buna görə də məhkəmə iddianın mümkünlüyünü deyil, işin mahiyyətini araşdırmalı və mahiyyəti üzrə əsaslandırılmış qərar qəbul etməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Iddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iclasa video-konfrans formatında qoşula bilməsi üçün müvafiq şəraitin yaradılmasını xahiş etmişdir. Lakin üzürlü səbəbdən məhkəmə iclasına gəlməməsinə dair sübutları əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini, təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunverici və icraedici orqanlar qarşısında məsələ qaldırmaq və müvafiq təklif hazırlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun pozulması halının olmaması əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə müəyyən hərəkətlərin edilməsinə dair öhdəlik qoyulması barədə tələbinin mümkünlüyünü araşdırarkən haqlı olaraq ilk növbədə iddiaçının həmin tələb üzrə subyektiv hüququnun mövcud olub-olmamasını qiymətləndirmişdir. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təcili tibbi yardım həkimlərinin xidməti fəaliyyətləri zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara xidməti silah daşımaq hüququnun verilməsini təmin edən qanunvericilik təşəbbüsünün irəli sürülməsi ilə bağlı müraciət edilmiş, cavabdeh tərəfindən isə müraciətə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilməklə cavab verilmişdir. Həmin cavabda təcili tibbi yardım xidmətinin işçilərinə xidməti silah daşımaq hüququnun mövcud qanunvericiliklə nəzərdə tutulmadığı bildirilmiş, eyni zamanda tibbi personalın təhlükəsizliyinin təmin edilməsi məqsədilə hüquqmühafizə orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Bununla yanaşı, iddiaçının irəli sürdüyü tələb mahiyyət etibarilə cavabdeh inzibati orqanın qanunverici və icraedici orqanlar qarşısında müəyyən məsələnin qaldırılmasına və bununla bağlı təklif hazırlanmasına məcbur edilməsinə yönəlmişdir. Lakin belə bir hərəkətin cavabdehin qanunla müəyyən edilmiş konkret vəzifəsi kimi müəyyən edildiyini təsdiq edən hüquqi əsas iş materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyünün yoxlanılması mərhələsində məhkəmə mübahisənin mahiyyəti üzrə hüquqi qiymətləndirmə aparmır; ilk növbədə iddiaçının həmin tələb üzrə subyektiv hüququnun, cavabdehin isə həmin tələbə uyğun hərəkət etmək vəzifəsinin mövcud olub-olmamasını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında da iddianın mümkünlüyünün onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmə olduğu və məhkəmələrin ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməli olduqları ifadə edilmişdir. Hazırkı iş üzrə iddiaçının məhz tələb etdiyi məzmunda hərəkətin cavabdeh tərəfindən həyata keçirilməsini tələb etmək hüququnun və həmin hərəkəti həyata keçirmək vəzifəsinin qanunvericilikdən irəli gəlməsi müəyyən olunmadığından, onun hüququnun və ya qanunla qorunan marağının cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə pozulması barədə nəticəyə gəlmək mümkün deyildir. Yəni, hazırkı iddia tələbinə münasibətdə cavabdehin publik hüquq sahəsindən irəli gələn fəaliyyətləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulduğu müəyyən edilməmişdir. Halbuki, IPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar