Məhkəmə qərarları › İş №2-1(3-8)-1188/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1188/2026

21.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1188/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təhsil aldığı müddətin ##.##.2020-ci il tarixdən təsdiqlənmiş 25 il iş stajına əlavə olunaraq pensiyanın ##.##.2020-ci il tarixdən 30 il iş stajı ilə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçının diplomun və pensiya işinin surəti iş materiallarına əlavə olunmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinə əsasən ona ##.##.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda 524,88 manat olmaqla ödənişi davam etdirilir. Bildirilir ki, ##.##.2006-cı il tarixdə 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən) və ##.##.2008-ci il tarixdən ##.##.2020-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2523,57 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2020-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 1654,35 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək 16,21 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (524,88 manat) dəyişiklik olmamışdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Əlavə olaraq bildirilir ki, pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 18 il 3 ay 3 gün olduğu halda, ona Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qeyd olunanlara əsasən bildirilir ki, əmək pensiyasının məbləği qanunvericiliyə uyğun hesablanmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müaciət edərək, 1972-1977-ci illərdə ADU-nun riyaziyyat fakültəsində təhsil aldığı müddətin ##.##.2020-ci il tarixdən təsdiqlənmiş 25 il iş stajına əlavə olunaraq pensiyanın ##.##.2020-ci il tarixdən 30 il iş stajı ilə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1977-ci illərdə ADU-nun riyaziyyat fakültəsində təhsil alıb, ##.##.2006-cı il tarixədək 13.5 il faktiki iş stajı ilə, mövcud qanunla ##.##.2020-ci il tarixdən pensiya alır. Bu zaman Qanunun 22-1.1-ci maddəsinə görə iddiaçının 13.5 il stajı 25 il sığorta (iş) stajı kimi hesablanın təsdiqlənmişdir. Eyni 25 il iş stajı və fərdi hesabındakı pensiya kapitalına görə hesablanan 292,81 manat pensiyanı 4 ay alqıdan sonra sentyabr (2020) ayında gündüz təhsil müddətinin iş stajına əlavə olunması barədə qərar verilib. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək 25 il sığorta stajı və ##.##.2008-ci il tarixdən ##.##.2020-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 25273,02 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 1609,42 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçı pensiya işində olan sənədlərdə qeyd olunan məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 18 il 3 ay 3 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmçinin iddiaçının müraciətinə və pensiya işinə daxil olan sənədlərin surətinə əsasən ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 18 il 3 ay olduğu halda, sığorta stajı Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il nəzərə alınmışdır. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olunur ki, onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı ##.##.2006-cı il tarixədək olan iş stajının hesablanması zamanı Qanunun 22- 1.1-ci maddəsinə əsasən həmin tarixədək 25 il götürülməsindən əlavə 25 ilin üzərinə ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı illərin də toplanması yolu ilə əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Qanunvericiliyin tələblərinə istinad edərək cavabdeh hesab edir ki, nə qədər ki, iddiaçının ##.##.2006-cı il tarixədək olan faktiki stajı 25 ildən azdır (18 il 3 ay 3 gün), belə olan halda Qanunun 22-1.1-ci maddəsinə əsasən staj 25 il kimi götürülməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona ##.##.2020-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və hər il qanunun tələbləri nəzərə alınaraq onun pensiya məbləği indeksləşdirilmişdir. ##.##.2023-cü il tarixdən ona 438,87 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər, həmçinin ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 18 il 3 ay 3 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri düzgün tətbiq edilmişdir. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, onun ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı, o cümlədən ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla, cəmi 18 il 3 ay 3 gün təşkil etmişdir. Bununla belə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinin tələbinə əsasən iddiaçının ##.##.2006-cı il tarixədək sığorta stajı 25 il kimi hesablanmışdır. Iddiaçının hazırkı tələbi isə həmin 25 illik sığorta stajına əyani təhsil aldığı müddətin əlavə edilməklə ümumilikdə 30 il sığorta stajının müəyyən edilməsinə və buna uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq qeyd edilmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə yanaşı, ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək təhsil aldığı müddət nəzərə alınmaqla faktiki sığorta stajı 18 il 3 ay 3 gün olduğu halda, ona qanunun 22- 1.1-ci maddəsinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri düzgün tətbiq edilmiş və onun üzərinə əlavə olaraq 5 illik təhsil müddətinin 25 illik staja əlavə edilməsi vəzifəsinin qoyulması üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsində 2019-2025-ci illərdə yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajının 25 il hesablanması nəzərdə tutulmuşdur. Bu norma faktiki sığorta stajının 25 ildən az olduğu hallarda həmin müddətin 25 il kimi nəzərə alınmasına imkan verir. Odur ki, iddiaçının ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı, o cümlədən ##.##.1972-ci il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla, cəmi 18 il 3 ay 3 gün təşkil edən sığorta stajının qanun əsasında 25 il kimi hesablanmasından sonra həmin staja eyni dövrə aid əyani təhsil müddətinin ayrıca əlavə edilməsi nəticəsində 30 il sığorta stajının müəyyən edilməsi mümkün deyildir. Əks yanaşma eyni dövrün həm faktiki sığorta stajının tərkibində, həm də qanunun tətbiqi ilə 25 il kimi müəyyən edilmiş stajın üzərinə əlavə edilməklə iki dəfə nəzərə alınmasına gətirib çıxara bilər. Bu isə yol verilməzdir. Bu baxımdan, cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və onun üzərinə iddiaçının tələb etdiyi qaydada öhdəlik qoyulması üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Inzibati Prosessual Məcəllənin 68.1 və 68.2ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə qərarı iş üzrə məhkəmə icraatında tədqiq edilmiş və tərəflərin öz mülahizələrini bildirmək imkanına malik olduqları sübutlarla əsaslandırılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş materialları, o cümlədən iddiaçının pensiya işi və cavabdehin təqdim etdiyi sənədlər araşdırılmış, müəyyən edilmiş faktiki hallara müvafiq hüquqi qiymət verilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apelyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar