Məhkəmə qərarları › İş №2-1(3-8)-221/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-221/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-221/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə hesablanmış gömrük borcunun silinməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Dəmirov İlyas İsmayıl oğlunun iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə qarşı “əlavə hesablanmış gömrük borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin ## ###### 2022-ci il tarixli, ****-***/***- **/****** nömrəli “xxxx” MMC-yə göndərilmiş məktubundan görünür ki, qeyd edilən dövr ərzində “xxxx” MMC tərəfindən 21 gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə heç bir müraciət daxil olmamışdır. Həmçinin bildirilmişdir ki, Dövlət Gömrük Komitəsində sorğu edilən sənədlər mövcud deyil. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin ## ###### 2023-cü il tarixli, ****-***/***-**/****** nömrəli məktubundan görünür ki, “xxxx” MMC tərəfindən məktubda qeyd edilən dövr ərzində 21 ədəd gömrük bəyənnamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyi pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinə digər gömrük prosedurunda yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin ## ### 2024cü il tarixli, *-**-****/*-******/**** nömrəli və ## ######## 2025-ci il tarixli, *-**/*-******/**** nömrəli məktubundan görünür ki, “xxxx” MMC 21 yük nəqliyyat vasitəsində ümumi çəkisi 407.648 kq., ümumi dəyəri 142.676,80 ABŞ dolları olan pomidor yükünü Xaçmaz Gömrük İdarəsində “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi səbəbindən ## ######## 2022-ci il tarixə qədər “xxxx” MMC-nin 521.572,20 manat gömrük ödənişi yaranmışdır. “xxxx” MMC tərəfindən ödənilməmiş 521.572,20 manat gömrük ödənişi ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsində (hazırda Xaçmaz Gömrük İdarəsi) *****-****/** saylı iş üzrə araşdırma aparılmış və toplanmış materiallar ## ######## 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi vasitəsi ilə araşdırmanın davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin ## ####### 2025-ci il tarixli, *-**-****/*-******/**** nömrəli məktubundan görünür ki, “xxxx” MMC 21 yük nəqliyyat vasitəsində ümumi çəkisi 407.648 kq., ümumi dəyəri 142.676,80 ABŞ dolları olan pomidor yükünü Xaçmaz Gömrük İdarəsində “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi səbəbindən ## ######## 2022-ci il tarixə qədər “xxxx” MMC-in 521.572,20 manat gömrük ödənişi yaranmışdır. “xxxx” MMC tərəfindən ödənilməmiş 521.572,20 manat gömrük ödənişi ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsində (hazırda Xaçmaz Gömrük İdarəsi) 01400- ****/** saylı iş üzrə araşdırma aparılmış və toplanmış materiallar ## ######## 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi vasitəsi ilə araşdırmanın davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC 21 yük nəqliyyat vasitəsində ümumi çəkisi 407648 kq, ümumi dəyəri 142676,80 ABŞ dolları olan pomidor yükünü Xaçmaz Gömrük idarəsində “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi səbəbindən ##.##.2022-ci il tarixə qədər “xxxx” MMC-in 521572,20 (beş yüz iyirmi bir min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat gömrük ödənişi yaranmışdır. “xxxx” MMC tərəfindən ödənilməmiş 521572,20 (beş yüz iyirmi bir min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat gömrük ödənişi ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsində (hazırda Xaçmaz Gömrük İdarəsi) *****-****/** saylı iş üzrə araşdırma aparılmış və toplanmış materiallar ##.##.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi vasitəsi ilə araşdırmanın davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, 01171000044303, 01171000044344, 01171000044326, 01171000044383, 01171000044361, 01171000044374, 01171000044403, 01171000044414, 01171000044422, 01171000044405, 01171000043669, 01171000043660, 01171000043677, 01171000043683, 01171000043687, 01171000043696, 01171000042199, 01171000042214, 01171000042238, 01171000042281, ************** nömrəli gömrük bəyannamələri üzrə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 178.4-cü maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2013-cü il *** nömrəli qərarına əsasən gömrük borcu yaranmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ‘’Gömrük bəyannaməsinin doldurulması qaydasının metodikası’’ haqqında ## ####### 2014-cü il tarixli, ***/*** nömrəli sərəncamına əsasən qeyd olunan bəyannamələrin 47-ci qrafasının ödəniş üsulu (ÖÜ) sütununda ‘’05’’ kodu (şərti ödənişlər) altında göstərilən ödənişlər, Gömrük Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq gecikdirilmiş gömrük borcuna görə hesablanmış dəbbə pulu müvafiq gömrük borcunun təşkil etdiyi ödənişlərdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə mübahisə predmeti olan mallara görə hesablanmış gömrük ödənişi ilə bağlı göndərilən materiallar cinayət təqibinin predmeti olmadığından, bununla bağlı hər hansı yekun qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 14, 15 və ## #### 2017-ci il tarixlərində bəyan etdiyi (GB 01171000042199, 01171000042214, 01171000042238, 01171000042260, 01171000042281), ## #### 2022- ci tarixdə bəyan etdiyi (GB 01171000043660, 01171000043669, 011710000436677, 01171000043683, 01171000043687, 01171000043696) və ## #### 2022-ci il tarixdə bəyan etdiyi (GB 01171000044326, 01171000044344, 01171000044361, 01171000044374, 01171000044383, 01171000044403, 01171000044405, 01171000044414, 01171000044422) malların məhv edilməsinin təsdiq etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “malların məhv edilməsinin təsdiq edilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “malların məhv edilməsinin təsdiq edilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 14, 15 və ## #### 2017-ci il tarixlərdə bəyan etdiyi (GB 01171000042199, 01171000042214, 01171000042238, 01171000042260, 01171000042281), ## #### 2022-ci tarixdə bəyan etdiyi (GB 01171000043660, 01171000043669, 011710000436677, 01171000043683, 01171000043687, 01171000043696) və ## #### 2022-ci il tarixdə bəyan etdiyi (GB 01171000044326, 01171000044344, 01171000044361, 01171000044374, 01171000044383, 01171000044403, 01171000044405, 01171000044414, 01171000044422) malların məhv edilməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin bəyannamələr əsasında yaranmış 282.412,45 manat idxal rüsumu, 96.070,19 manat əlavə dəyər vergisi, 4.200 manat gömrük rəsmiləşdirməsinə görə xidmət haqqı, 743,40 manat digər ödəniş, 138.146,16 manat borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun, ümumilikdə 521.572,20 manat borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-2017-ci illlərdə pomidor alqı-satqısı ilə meyvəli bazarında məşğul olmuş, 2017-ci ilin mart ayında Safet adında bir tük vətəndaşı iddiaçı MMC-nin direktoruna yaxınlaşaraq Rusiyaya pomidor aparmaq istədiyini, Rusiya ilə Türkiyə arasında yaranan siyasi və iqtisadi böhran səbəbindən pomidorun idxalına Rusiya Federasiyası tərəfindən maneə yarandığına görə apara bilmədiyinə və məhz bu səbəbdən Azərbaycanda satıb Türkiyəyə qayıtmaq istədiyini bildirmişdir. İddiaçı MMC-nin direktoru həddən çox sərfəli qiymətə pomidor təklif edildiyi üçün onları almağa razılıq vermişdir. Bundan sonra mallar iddiaçı ilə alqı-satqı əməliyyatları aparılmış, 14, 15 və ## #### 2017-ci il tarixlərində mallar gömrük saxlancına verilmişdir. Mallar meyvəli terminalında saxlanca verildikdə xarab olduğu məlum olmuşdur. Mart ayının sonu, aprel ayının əvvəllərində malların xarab olması ilə əlaqədar Gömrük orqanına müraciət edilmiş, mallara baxış keçirilmiş və gömrük orqanının razılığı ilə maşınlara doldurularaq Sumqayıtda yerləşən Zibil poliqonunda yer qazılaraq məhv edilmişdir. Malların məhvindən 5 il keçdikdən sonra iddiaçı MMC-nin təsisçisi və direktoruna malların məhv edilməsi ilə bağlı lazımi sənədlərin təqdim edilməsi tələb edilmişdir. Hazırda şirkət öz fəaliyyətini dayandırdığı və mühasib işdən azad edildiyi üçün həmin vaxtı tərtib edilmiş sənədlərin tapılması mümkün olmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq X3 (Meyvəli terminalında) iddiaçının bəyan etdiyi malların məhv edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanladığı müraciətə hər hansı bir cavab verilməmişdir. Məlumat verilmədən hüquq mühafizə orqanlarına müraciət edilərək şirkət barəsində cinayət işi qaldırılmışdır. Əgər həqiqətəndə mallar məhv edilmədən sərbəst dövriyyəyə buraxılıbsa, o zaman bu barədə beş ildən artıq keçən müddət ərzində gömrük vergi və digər ödənişlərinin ödənilməsi barədə xəbər verilməli idi. Belə ki, şirkət fəaliyyətin dayandırdığından, məhv edilmə ilə bağlı sənədlərə ehtiyac olmadığından onlar qeyrimüəyyən şəraitdə mühasib tərəfindən itirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsi ## ###### 2023-cü il tarixli, *-**/*-******/**** nömrəli məktubunda Şimal Ərazi Baş Gömrük İdarəsinə ünvanlanaraq iddiaçının 14-## #### 2017-ci il tarixdə 21 ədəd gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddəti bitdikdən sonra digər gömrük proseduru altında yerləşdirməsi, həmçinin qeyd olunan malların məhv edilib-edilməməsi barədə məlumatların Dövlət Gömrük Komitəsinə göndərilməsi qeyd olunmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsi ## ###### 2023-cü il tarixli, 2023-cü il tarixli, 1700- ***/***-**/****** nömrəli nömrəli məktubunda qeyd edilən dövr ərzində iddiaçı tərəfindən 21 gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq iddiaçı tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi barədə iddiaçının müraciətinin olmadığı qeyd etmişdir. Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) aparılmış araşdırma zamanı 14-## #### 2017-ci il tarixdə iddiaçı tərəfindən 21 ədəd gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq iddiaçı tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi həmçinin, qeyd olunan malların məhv edilməsi barədə iddiaçının müraciətinin Dövlət Gömrük Komitəsinin təşəbbüsünün olmadığı müəyyən edilmişdir. Qeyd olunanalardan da göründüyü kimi, iddiaçı 14-## #### 2017-ci il tarixdə bəyan etdiyi malların məhv edilməsinə dair sənədlər Dövlət Gömrük Komitəsində mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mövqeyinə görə, iddiaçı ilə alqı-satqı əməliyyatları aparılmış, əldə edilmiş məhsullar 14, 15 və ## #### 2017-ci il tarixlərdə gömrük saxlancına verilmiş, mallar meyvəli terminalında saxlanca verildikdə xarab olduğu məlum olmuş, bununla bağlı gömrük orqanına müraciət edilmiş, mallara baxış keçirilmiş və gömrük orqanının razılığı ilə mallar məhv edilmişdir. Hazırda iddiaçı MMC öz fəaliyyətini dayandırdığı və mühasib işdən azad edildiyi üçün həmin vaxtı tərtib edilmiş malların məhv edilməsi barədə sənədlərin tapılması mümkün olmamış, həmçinin cavabdeh tərəfindən də təqdim edilməmişdir. Qeyd edilən məhsulların məhv olunduğu üçün cavabdeh tərəfindən gömrük ödənişin tələb edilməsi əsassızdır. Cavabdeh orqanın mövqeyi isə ondan ibarətdir ki, qeyd edilən məhsulun cavabdeh orqan tərəfindən “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi səbəbindən ## ######## 2022-ci il tarixə qədər iddiaçının 521.572,20 manat gömrük ödənişi yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 21 yük nəqliyyat vasitəsində ümumi çəkisi 407.648 kq, ümumi dəyəri 142.676,80 ABŞ dolları olan pomidor yükünü cavabdeh orqanda “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirmişdir. Saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi səbəbindən ## ######## 2022-ci il tarixə qədər iddiaçının 521.572,20 manat gömrük ödənişi yaranmış, bununla bağlı cavabdeh orqan tərəfindən araşdırma aparılaraq, toplanmış materiallar ## ######## 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi vasitəsi ilə araşdırmanın davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən mallar şəxsin müraciəti əsasında və ya qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Bundan başqa, həmin qaydalara əsasən malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir, malların məhv edilməsinə icazə verildiyi halda bu barədə gömrük orqanının rəhbəri tərəfindən qərar qəbul edilir. Hazırda iddiaçı bəyan etdiyi malların qanunvericiliyə uyğun olaraq məhv edildiyini, bu səbəbdən də hər hansı borcun olmadığını iddia edərək, MMC-nin artıq fəaliyyət göstərmədiyini və məhv edilməyə dair sənədlərin itirildiyini bildirir. Məhkəmə tərəfindən yaranmış qeyd edilən halların araşdırması məqsədilə müvafiq sorğular göndərmiş, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumata əsasən Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində aparılmış araşdırma zamanı 14-## #### 2017-ci il tarixdə iddiaçı tərəfindən 21 ədəd gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi, həmçinin qeyd olunan malların məhv edilməsi barədə müraciətinin və ya Dövlət Gömrük Komitəsinin təşəbbüsünün olmadığı müəyyən edilmişdir. Odur ki, qeyd edilən malların məhv edilməsinə dair sənədlərin mövcudluğu müvafiq dövlət qurumlarında saxlanılar hüquq müəyyənedici sənədlər ilə öz təsdiqini tapmamışdır. İddiaçı tərəfin sübut qismində təqdim etdiyi fotoşəkillər ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin fotoşəkillərdə əsk edilmiş malların iddia olunan 14-## #### 2017-ci il tarixdə 21 ədəd gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş malların olubolmadığı müəyyən olunmur və iddiaçı tərəfindən bu halı təsdiq edə bilən hər hansı digər sənəd təqdim edilməmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, AR Gömrük Məcəlləsinin 8-ci maddəsində gömrük orqanlarının vəzifələri qeyd edilib. Bunlara mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək və gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaqda daxildir. Qeyd edilən norma gömrük əməkdaşlarının ən mühüm, ən vacib vəzifəsini göstərir. Gömrük əməkdaşlarının razılığı olmadan malların çıxarılmasının mümkün olmadığını qeyd etmişlər. Burada bir daha qeyd edilməlidir ki, əgər həqiqətən də mallar gömrük ərazisindən rüsum ödənilmədən çıxarılıbsa, o zaman gömrük əməkdaşları bu vəzifələri yerinə yetirmədiklərinə görə niyə cəzalandırılmayıblar. Göründüyü kimi, gömrük orqanları qanunvericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyib, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən malların məhv edilməsi qaydasına riayət olunmasını təmin etməmiş, tez xarab olan malların xarab olmasını sənədləşdirməmişdir. Eyni zamanda, həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyekti olub-olmamasından asılı olmayaraq, gömrük nəzarətindən keçməlidir. Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən isə Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 1. sərbəst dövriyyəyə buraxılanadək; 2. məhv edilənədək; 3. dövlətin xeyrinə imtina olunanadək; 4.malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. Yuxarıda qeyd edilən qanunvericliyin tələblərindən bəlli olur ki, sərbəst dövrüyyəyə buraxılana, yəni mal sahibinin istifadəsinə və sərəncamına verilənə qədər və ya 83.1.2-ci maddədə məhv edilənədək mallar üzərində gömrük nəzarəti olur. Bu vəziyyət gömrük orqanları ya iddiaçıdan gömrük vergi və rüsumlarını alıb malları hüquqi şəxsin istifadə və sərəncamına verməli idi, ya da xarab olmuş malların məhvi barədə qərar qəbul etməli idi. Amma gömrük orqanı öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir və nəticədə iddiaçı üçün məhv edilmiş mallara görə əlavə olaraq gömrük vergi və rüsumunun ödənilməsin tələb edir. Halbuki iddiamızda göstərdiyimiz malların məhv edilməsi üçün özü göstəriş verib.AR İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə görə Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçılarımübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Qeyd edilən maddənin tələbləri pozulmuşdur. Belə ki, təqdim etdiyi iddianın əsas məğzi ondan ibarət olub ki, yuxarıda qeyd edilən mallar gömrük əməkdaşları ilə razılaşdırılaraq gömrük saxlancından götürülüb. Qeyd edilən malların çıxarılması ilə bağlı tərəflərindən hər hansı bir sübut təqdim etməsək belə yenə işin məğzinə baxdıqda aydın olur ki, həmin mallar gömrük saxlancından gömrük əməkdaşlarının razılığı ilə çıxıb. Məhkəmə prosesi iki ildən artıq müddətdə davam edib və iki hakim tərəfindən baxılıb. İlk iclaslarda cavabdehin nümayəndələri iştirak edirdilər. Onlara belə bir sual ünvanlamışdıq ki, gömrük əməkdaşlarının razılığı olmadan 21 “TIR” gömrük nəzarətindən çıxması mümkündürmü. Onlara bunun mümkün olmadığını və bu işdə gömrük əməkdaşlarının cinayət əməli törətdiyini bildirmişdir. O zaman sual yaranır ki, bu yükün çıxarılması ilə bağlı hansı bir gömrük əməkdaşı inzibati xəta, intizam və cinayət məsuliyyətinə cəlb edilib. Təbiki heç bir əməkdaşın cəlb edilmədiyini bildirmişdilər. Görünən odur ki, idddia ərizəsində qeyd edilən gömrük əməkdaşlarının razılığı ilə malların çıxarılması şübhəsizdir. Digər tərəfdən həmin əməkdaşların məhkəməyə çağrılması ilə bağlı şifahi fromada vəsatət versədə təmin edilməmişdir. Məhkəmənin yuxarıda qeyd edilən digər bir pozuntusu isə ondan ibarətdir ki, iddiaçı“xxxx” MMC-ə qarşı cinayət işi qaldırıldığın cavabdeh iddia edib. Təbii bunun nəticəsi hazırki iddianın həll üçün mühüm bir vasitə idi. Cavabdeh sonradan cinayət işinin araşdırılmasını 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdiklərini bildirib. Üç il ərzində təbiki “xxxx” MMC-nin əməli ilə bağlı hansısa bir yekun qərar verilməli idi. Məhkəmə bu işidə araşdırmaq istəməmişdir. Verdiyi vəsatətlər təmin edilmədən saxlanılmışdır. İddia ərizəsin verərərkən də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin malları bəyan edən zaman gömrük orqanın əməkdaşlarının sözlərinə və hərəkətlərinə etimad etdiyinində, onların şifahi göstərişlərinə uyğun hərərkət ediblər. Bu özünü ondan göstərib ki, iddiaçı malların xarab olduğunu gördükdən sonra artıq sata bilməyəcəyini, mallarla bağlı hansısa bir tədbir görülməsi lazım olduğunu gömrük əməkdaşlarından soruşub. Onlarda malları çıxarıb Sumqayıtda poliqonda basdırmalarını bildiriblər. Onlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin Təmizlik Departamenti ilə əlaqə saxlayıb, onların yük avtomobillərindən istifadə etməklə Sumqayıt poliqonuna aparıblar. Bunu məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Təmizlik Departamneti MMC-nin müdiri ifadə verərək təsdiq edib. Eyni zamanda digər şahidləridə həmin vaxtı gömrükdə malların xarab olması, onların daşınması və Sumqayıt Məişət Tullantıları Poliqonunda basdırılmasını təsdiq edib. Amma nədənsə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən dəvət edilən və məhkəmədə ifadə verən şahidlərin heç birinin dediklərin nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə «xxxx» MMC-nin 14, 15 və ## #### 2017-ci il tarixlərində bəyan etdiyi (GB 01171000042199, 01171000042214, 01171000042238, 01171000042260, 01171000042281), ## #### 2022-ci tarixdə bəyan etdiyi (GB 01171000043660, 01171000043669, 011710000436677, 01171000043683, 01171000043687,01171000043696) və ## #### 2022-ci il tarixdə bəyan etdiyi (GB01171000044326,01171000044344,01171000044361,01171000044374,01171000044383,0117 1000044403,01171000044405,01171000044414,01171000044422) bəyannamələr əsasında yaranmış 282412.45 manat idxal rüsumu, 96070.19 manat əlavə dəyər vergisi, 4200 manat gömrük rəsmiləşdirməsinə görə xidmət haqqı, 743.40 manat digər ödəniş, 138146.16 manat borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun, ümumilikdə 521572.20 manat borcun silinməsi barədə rəyin verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Dəmirov İlyas İsmayıl oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə. 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: .... 1.0.15. gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;... Maddə 8. Gömrük orqanlarının vəzifələri 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.1. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; ... 8.0.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;... 83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 83.1.2. məhv edilənədək; 83.1.3. dövlətin xeyrinə imtina olunanadək; 83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. Maddə 83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Maddə 121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Maddə 161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən həyata keçirilə bilər. Maddə 161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır. Maddə 238. Malların idxalı üzrə gömrük borcu 238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır. 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. Maddə 239.Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu 239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt; 239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt. 239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs. 239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur. Maddə 243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Maddə 245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Maddə 271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. 271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir. Maddə 331. Malların məhvi 331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. 331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir. 331.3. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. 331.4. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın: Bənd 1. Ümumi müddəalar 1.1. “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi halları və Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 331-ci maddəsinin müddəalarına uyğun olaraq hazırlanmışdır və gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını tənzimləyir. 1.2. Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. 1.3. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir. 1.4. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir. 1.5. Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir: 1.5.1. malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir; 1.5.2. əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır. 1.6. Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir. 1.9. Malların məhv edilməsində ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. Bənd 2. Malların məhv edilmə halları 2.1. Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir: 2.1.1. şəxsin müraciəti əsasında; 2.1.2. qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə. 2.2. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazənin verilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılarla (qalıqlarla) bağlı məsələlər bu Qaydanın 3-cü - 5-ci hissələri ilə tənzimlənir. 2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Bənd 4. Şəxsin müraciəti əsasında malların məhv edilməsi zamanı gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi 4.1. Şəxsin müraciəti əsasında malların məhv edilməsi əməliyyatı zamanı gömrük rəsmiləşdirilməsi aşağıdakı gömrük orqanları tərəfindən həyata keçirilir: 4.1.1. bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş (tranzit xüsusi gömrük prosedurundan başqa) malların məhvi seçilmiş gömrük prosedurunun gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən; 4.1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya tranzit gömrük proseduru altında yerləşdirilən və gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun çatdırılan malların yerləşdiyi ərazi fəaliyyət zonasına daxil olan gömrük orqanı tərəfindən. 4.2. Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. 4.3. Ərizə ilə birlikdə gömrük orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir: 4.3.1. mallar məhv edilənədək yerləşdirildiyi gömrük proseduruna dair gömrük bəyannaməsi; 4.3.2. invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd; 4.3.3. yol-nəqliyyat sənədləri; 4.3.4. malın mənşəyini təsdiq edən sənəd; 4.3.5. malın fitosanitar sertifikatı (bitki və bitkiçilik məhsulları üçün); 4.3.6. malın uyğunluq sertifikatı; 4.3.7. malın baytarlıq sertifikatı (dövlət baytarlıq nəzarətində olan yüklər üçün); 4.3.8. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış, qida təhlükəsizliyi sertifikatı; 4.3.9. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və müvafiq dövlət orqanının rəyi; 4.3.10. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış. ...... 4.4. Gömrük nəzarəti altında malların məhv edilməsinə dair ərizə və sənədlər qəbul edildikdən sonra gömrük orqanının vəzifəli şəxsi tərəfindən sənədlərdə göstərilən məlumatların həqiqiliyi yoxlanılır. Sənədlər yoxlanıldıqdan sonra təqdim edilən mallara gömrük orqanı tərəfindən baxış keçirilir. Baxış zamanı malın adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, çəkisi, miqdarı və təsviri müəyyən edilir. 4.5. Malların məhv edilməsi gömrük orqanına müraciət edən şəxsin və ya onun nümayəndəsinin, o cümlədən bu Qaydanın 1.8-ci bəndində göstərilən icazəni verən dövlət orqanının nümayəndəsinin iştirakı ilə gömrük nəzarəti altında həyata keçirilir. 4.6. Malların məhv edilməsinə dair bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada tərtib edilən akt malların məhv edilməsi üçün gömrük orqanına müraciət edən şəxs və ya onun nümayəndəsi, həmçinin gömrük orqanının və digər dövlət orqanlarının nümayəndələri tərəfindən imzalanır. Həmin şəxslərə aktın surəti verilir. 4.7. Gömrük orqanı malın məhv edilməsinə dair icazə verməkdən imtina etdiyi halda, imtinanın səbəbini göstərməklə şəxsə yazılı məlumat verir. 4.8. Şəxsin müraciəti əsasında malların gömrük nəzarəti altında məhvinin yerinə yetirilməsinə görə Gömrük Məcəlləsinin 232.1.3-cü maddəsinə uyğun olaraq gömrük yığımları alınır. 4.9. Şəxsin müraciəti əsasında malların məhvi və yaranan tullantıların (qalıqların) zərərsizləşdirilməsi onların sahibinin vəsaiti hesabına həyata keçirilir. Bənd 5. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsi 5.1. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar (qalıqlar) gömrük nəzarəti altında olan mallar kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir. 5.2. Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı məhvetmə nəticəsində əmələ gəlmiş tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsinin yerini müəyyən edir. ...... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı idxal etdiyi mallar məhv edildiyindən, ona hesablanmış gömrük borcunun silinməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş 21 gömrük bəyannaməsində bəyan edilən müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirilmiş malların saxlanc müddətinin bitməsinə baxmayaraq digər gömrük prosedurunda yerləşdirilməsi ilə bağlı heç bir müraciətinin olmaması, habelə məhv edilməsinə dair heç bir sənədin olmaması halına istinad edərək, hesablanmış gömrük borcunun silinməsi ilə bağlı müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, 14-## #### 2017-ci il tarixdə tərtib edilmiş müvafiq yük gömrük bəyannamələri əsasında iddiaçı tərəfindən 21 yük nəqiyyat vasitəsi ilə ümumi çəkisi 407648 kq olan və ümumi dəyəri 152676,80 ABŞ dolları olan pomidor yükünü xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən həmin malların xüsusi gömrük prosedurunda rəsmiləşdirildikdən sonra, müvəqqəti saxlanc müddəti bitməsinə baxmayaraq, malların digər gömrük prosedurunda yerləşdirilməsi və rəsmiləşdirilməsi barədə heç bir müraciətinin daxil olmadığını, habelə malların məhv edilməsi ilə bağlı gömrük orqanında heç bir məlumatın olmadığını əsas gətirərək, ##.##.2022-ci il tarixdə 521572,20 manat məbləğində gömrük ödənişinin ödənilməli olması barədə iddiaçıya məktub ünvanlamışdır. İndiki halda iddiaçı cavabdehin gömrük ödənişi hesabladığı malların məhv edilməsi və 5 il müddət keçdikdən sonra gömrük ödənişi ilə bağlı borc öhdəliyinin cavabdeh tərəfindən müəyyən edilməsinin əsassız olması halına istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə işin faktiki hallarına əsasən sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə desək, iddiaçı onun müraciəti əsasında idxal etdiyi malların məhv edilməsini əsas gətirərək, yaranmış borcun əsassız olduğunu bildirirsə, tələbin əsası kimi istinad etdiyi həmin halları sübut etmək öhdəliyi daşıyır. İndiki halda iddiaçı sübut qismində heç bir sənəd təqdim edə bilməmiş, yalnız şahid ifadələrinə istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən müvafiq qaydaların məzmununda gömrük nəzarətində saxlanılan malların məhv edilməsinin prosedur şərtləri dəqiq şəkildə müəyyən edilmişdir. Həmin qaydaların tələbinə əsasən şəxs müvafiq Qaydaların * nömrəli Əlavəsində əks olunmuş ərizə ilə gömrük orqanına müraciət eməli, habelə ərizədə hansı məlumatların yazılmalı olması, hansı sənədlərin əlavə edilməli olması da dəqiq şəkildə qeyd edilmişdir. Daha sonra gömrük orqanı tərəfindən həmin məlumatların həqiqiliyi qaydaların tələbinə əsasən yoxlanılmaqla, müraciət edən şəxsin, müvafiq icazə verilməsinin tələb olunduğu dövlət orqanın nümayəndəsinin və gömrük orqanın iştirakı ilə malların məhv edilməsi həyata keçirilir. Daha sonra ona dair müvafiq Qaydaların * nömrəli əlavəsində qeyd edilmiş forma və məzmunda akt tərtib edilməklə, iştirak edən şəxslər tərəfindən imzalanır, bir nüsxəsi müraciət edən şəxsə və digər iştirakçılara verilir. İndiki halda isə iddiaçıya münasibətdə həmin malların məhv edilməsi ilə bağlı belə prosedur qaydaların həyata keçirilməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin hallara dair (müraciətə dair ərizə, akt və s.) heç bir sənəd aşkar edilməmişdir. Hansı ki, yalnız müvafiq Qaydalara uyğun tərtib edilmiş sənədlər həmin halı sübutetmə vasitəsi kimi çıxış edə bilərdi. Bu baxımından kollegiya hesab edir ki, şahid ifadəsi iddianın əsaslılığını müəyyən edən sübut qimsində çıxış etmədiyindən, onun nəzərə alınması mümkün olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən malların məhv edilməsi ilə bağlı “Azərekspertiza” Birliyinə müraciət etdiyi, həmin idarə tərəfindən malların yararlığı ilə bağlı ekspertiza aktları tərtib edildiyi, aktların məzmununda malların bir qisminin məhv olması, bir qisminin isə yararlı olması qeyd edilmiş, habelə aktların məzmununda sifarişçi kimi iddiaçının adı qeyd edilmiş, aktların iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə aparılmasına dair hər hansı qeyd olmamış, məzmunu onların imzası ilə təsdiq edilməmiş, yalnız baş ekspert tərəfinzdən imza və möhürlə təsdiq edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, müvafiq eskpertizanın keçirilməsi yuxarıda istinad edilən Qaydalara əsasən prosedurun tərkib hissəsi olaraq gömrük qurumunun və iddiaçının iştirakı ilə həyata keçirilmədiyindən, iddianın əsaslılığı baxımından sözügedən aktlar mötəbər sübut qismində qəbul edilməməlidir. Başqa sözlə desək, bu hal özlüüyndə həmin malların müvafiq qaydaların tələbinə uyğun olaraq məhv edilmə prosedurunun tamamlanmasını təsdiq etməmişdir. İndiki halda malların məhv edilməsi ilə bağlı qaydalarla müəyyən edilmiş sənədlər (ərizə forması, akt) aşkar edilmədiyindən, yalnız həmin rəyin mövcudluğu malların gömrük nəzarəti altında məhv edilməsi prosedurunun tamamlanmasını təsdiq edən birbaşa mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı həmin malları daşıyan yük nəqliyyat vasitəsinin 3 ay müddətində gömrük nəzarətində saxlanılması halını izahatında bildirsə də, məhkəmənin sorğusu nəticəsində əldə edilmiş nəqliyyat vasitəsinin ölkəyə giriş-çıxış məlumatları həmin halı təkzib etmişdir. Belə ki, əldə edilmiş həmin məlumatların məzmununda iddiaçının qeyd etdiyi kimi həmin dövrdə zöügedən nəliyyat vasitələrinin 3 ay müddətində ölkə ərazisində saxlanılması, çıxışının olmaması halı müəyyən edilməmişdir. Bu hal da özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (malların məhv edilməsinə dair ərizənin, aktın mövcud olmaması və ya buna dair hər hansı video görüntünün mövcud olmaması, malları daşıyan nəqliyyat vasitələrinin həmin müddət ərzində ölkə ərazisində saxlanılması halının təkzib edilməsi və s.) iddiaçının gömrük borcunun silinməsi əsası kimi istinad etdiyi halın (mallar məhv edildiyindən, yaranmış borcun silinməli olması ilə bağlı) əsassız olduğunu deməyə əsas verir. Nəticə etibarilə kollegiya hesab edir ki, mallar məhv edilməsi halı öz təsdiqini tapmadığından gömrük qanunvericiliyin tələbinə əsasən iddiaçı idxal edərək, bəyan olunan mallara görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə gömrük rüsumunu ödəmək öhdəliyi daşıdığından, cavabdeh görük borcunun hesablanaması ilə bağlı hərəkətləri əsaslı olmuşdur. Kollegiya iddiaçının istinad etdiyi müddətlə bağlı arqumentinə aid hissədə qeyd edir ki, müvafiq mallara dair yük gömrük bəyannamələri 14-## #### 2017-ci il tarixdə tərtib edilmiş, cavabdeh iddiaçı barəsində borc öhdəliyinin mövcud olduğunu ##.##.2022-ci il tarixdə müəyyən etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçı tərəfindən idxal edilən malların gömrük nəzarətində olduğu, sonrakı gömrük prosedurlarında yerləşdirilmədiyi müəyyən edilmiş, bu hal işin mübahisəsiz halı kimi çıxış edir. Yuxarıda istinad edilən gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük bəyannaməsində qeyd olunan mallar barəsində gömrük auditi həmin malların gömrük nəzarətində olan mal statusunu itirməsindən sonrakı 3 il ərzində həyata keçirə bilər (Gömrük Məcəlləsi 98.2-ci maddə) Həmçinin, qanunvericiliyin tələbinə əsasən gömrük nəzarəti altında olan mallar dedikdə Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar başa düşülür. Bundan əlavə, Gömrük Məcəlləsinin 83-cü maddəsinin dispoztiv şərtində normasında malların hansı vaxtadək gömrük nəzarətində olması halı dəqiq müəyyən edilməklə, imperativ norma şəklində əks olunmuşdur. Belə ki, həmin normanın tələbinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək, mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək hallarından biri baş verənədək gömrük nəzarəti altında olurlar. Kollegiya qeyd edilən qanunvericilik normasının tələblərini müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan malların gömrük nəzarətindən çıxması və ya gömrük nəzarətinin başa çatmasının əsası olan qanunla müəyyən edilmiş həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, iddiaçının gömrük nəzarətinin başa çatması əsası kimi istinad etdiyi malların məhv edilməsi ilə bağlı mövcudluğu isə işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib edilmiş, digər halların isə mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qanunun normasının tələbinə əsasən 3 illik müddətin axımı məhz gömrük nəzarətində olan mal statusunun itiirlməsindən sonra başlandığından, indiki halda isə mübahisə predmeti olan malların gömrük nəzarətində olan mal statusunun itirilməsi halı müəyyən edilmədiyindən, qeyd edilən müddətlə bağlı tələblər cavabdeh tərəfindən pozulmamış, iddiaçı həmin arqumentə istinad etməkdə haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı təkzib edildiyindən, gömrük ödənişinin hesablanması ilə bağlı cavabdehin hərəkətlərinin qanunauyğun olmaması halı müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. .Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar