Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-603/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Üçüncü şəxslər üçüncü şəxs2 və Nəsirova (Qarayeva) Sitarə Əvəz qızının iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “X1 məxsus Xaçmaz rayonu Yalama kəndində yerləşən torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN 335A (KOD 30225018) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə şikayət verərək, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəmə qəbzinə imza etməklə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadını almışdır. Qərardaddan 10 gün müddətində şikayət verilməsi nəzərdə tutulsa da, iddiaçı bu müddəti ötürməklə ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Bu baxımdan, şikayətin mümkünlük məsələsinə baxılması qərara alınmış və məhkəmə iclası ##.##.2026-cı il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər üçüncü şəxs2 və Nəsirova (Qarayeva) Sitarə Əvəz qızı izahatlarında apelllyasiya şikayətinin icraata qəbul edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər üçüncü şəxs4 və üçüncü şəxs1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi haqqında məlumat verməmişlər. Iddiaçı İddiaçı verdiyi ##.##.2024-cü il tarixli etibarnamənin müddəti ##.##.2025-ci il tarixdə bitdiyinə görə onun nümayəndəsi X2 məhkəmə iclasında iddiaçını təmsil etməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətin mümkünlük məsələsinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət ötürüldüyünə görə iddiaçı İddiaçı şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göründüyü kimi, iddiaçı məhkəmə qərardadının tam formada təqdim olunduğu, yəni məhkəmə qəbzinə imza etməklə qəbul etdiyi ##.##.2026-cı il tarixdən 10 gün ərzində şikayət verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Azərbaycan Respublikası MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir, iddiaçı məhkəməyə şikayətin verilməsi müddətinin üzürlü hesab edilərək, bərpa edilməsi barədə ərizə də verməmişdir. Inzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şərh edilənlərə əsasən və Inzibati Prosessual Məcəllənin 75, 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadından verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-603/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-603/2026
05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver