Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-764/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün sənədlərin toplanması, qiymətləndirilməsi və Nazirlər Kabinetinə təqdim olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı Əli oğlunun adına ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. A № ****** saylı, ##.##.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı Əli oğluna məxsus 0,20 ha torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçı * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsində qeyd olunur ki, “adına olan ünvan 1 ünvanda yerləşən və ölçüsü 0,20 ha torpaq sahəsinin (reyertr nömrəsi 308013Q89563, qeydiyyat nömrəsi **********, tarix: ##.##.2019) kateqoriyasının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinini təsdiq etdiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 3.2.3-cü bəndinin tələblərinə uyğun olaraq aşağıdakı öhdəlikləri qəbul edir: torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə dayən hər hansı ziyanın, eləcə də kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin tam şəkildə ödənilməsini, kateqoriyası dəyişdiriIməsi nəzərdə tutulan torpaq sahəsində obyektin layihələndirilməsi müddətində mənafeyinə toxunulan hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı qanunvericilikdən irəli gələn tələblərinin tam yerinə yetiriləcəyini təsdiqləyir. Yuxarıda göstərilən bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq tam hüquqi məsuliyyəti öz üzərinə götürür. Məhkəmə sorğusuna cavab olaraq, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Abşeron Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0,20 ha torpaq sahəsi TEKUIS (X3 X2) məlumatlarında və ilkin sənədlərində kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeyd olunmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## #### 2025-ci il tarixli bildirişlə verilmiş imtinanın qanunsuz hesab edilməsi və Qaydalarda nəzərdə tutulmuş hüquqi proseduru həyata keçirməsi - yəni torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün sənədlərin toplanması, qiymətləndirilməsi və Nazirlər Kabinetinə təqdim olunması məqsədilə müvafiq hərəkətləri icra etməsi öhdəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.20 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, ##.##.2019-cu il tarixdə həmin torpaq sahəsinə çıxarış verilib. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kateqoriyasına aiddir. Iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək niyyətindədir. Belə ki, həmin torpaq sahəsi Masazır kəndinin mövcud yaşayış infrastrukturu ilə əhatələnmiş ərazidə yerləşir və real vəziyyətə uyğun olaraq yaşayış məqsədli istifadəyə uyğun gəlir. Bu baxımdan torpaqdan səmərəli istifadə və ərazi planlaşdırılmasına uyğunluq baxımından kateqoriyasının dəyişdirilməsi məqsədəmüvafiqdir. Bu məqsədlə torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini istəyərək, cavabdeh quruma müraciət etmiş və müraciətinin Nazirlər Kabinetinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ## #### 2025-ci il tarixli bildirişlə müraciətini baxılmamış saxlamışdır. Cavabdeh orqanın bildirişi imtina kimi qiymətləndirilməlidir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh ## #### 2025-ci il tarixli bildirişlə iddiaçının müraciətini təmin etməkdən imtina edib. Imtinada Torpaq Məcəlləsinin 10.4, 40-cı maddələrinə istinad edilərək qeyd edilib ki, torpaq sahəsində tikintilərin aparılması məqsədilə sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi, ümumi massiv ərazisinin müvafiq ərazinin planlaşdırılması və şəhərsalma sənədlərinə, həmçinin müvafiq ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkün olduğu halda təmin edilə bilər. Bu məqsədlə aidiyyəti üzrə yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən həmin massivdə aparılan dəqiqləşdirilmələr və onların sifarişi əsasında həyata keçirilən kompleks yerquruluşu işlərinin nəticələri əsasında müvafiq sənədlər və əsaslandırılmış təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təqdim edildiyi halda (Azərbaycan Respublikasının Torpaq və Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə), Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması mümkün hesab edilir. Həmin qaydadada dövlət torpaq kadastrında aparılmış dəyişikliklər əsasında torpaq sahəsinin kateqoriyası ilə bağlı hüquqi və texniki sənədlərdə müvafiq düzəlişlər aparıla bilər. Qeyd olunanlara əsasən, elektron xidmət vasitəsilə fərdi qaydada daxil olmuş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmayan və yaşayış məntəqələrinin inzibati sərhədlərinə daxil olmayan torpaqlarda (kənd təsərrüfatı təyinatlı) yerləşən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə iddiaçının müraciəti baxılmamış saxlanılır. Cavabdeh orqanın bildirişində müraciətinin baxılmamış saxlanılması qeyd edilsə də, bu əslində imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ondan icra hakimiyyəti orqanına və bələdiyyəyə müraciət etməyi və onlardan yerquruluşu işlərinin nəticələri barədə müvafiq sənədləri əldə etməyi tələb edir. Halbuki, Qaydalarda bu sənədlərin torpaq sahəsinin mülkiyyətçisi tərəfindən əldə edilməsi nəzərdə tutulmayıb. Hətta cavabdeh orqanın internet saytında bu işlərin özü tərəfindən həyata keçirildiyi qeyd edilib. Cavabdeh orqan Qaydaların 3.6-cı bəndinə əsasən özü əldə edir. Buna görə də, cavabdehin ##.##.2025-ci il tarixli bildirişi imtina kimi qiymətləndirilərək qanunsuz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, ##.##.2019-cu ildə həmin torpaq sahəsinə çıxarış verilib. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kateqoriyasına aiddir. Iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək niyyətindədir. Torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini istəyərək, cavabdeh quruma müraciət etmiş və ona imtina cavabı verilmişdir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışda və ilkin hüquqmüəyyənedici sənədlərində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubdan da görünür ki, mübahisəli torpaq sahəsi TEKUIS (X3 X2) məlumatlarında da kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydə alınmışdır. Beləliklə, torpaq sahəsinin hüquqi statusu və təyinatı eyni qaydada əks olunmuşdur. Iddiaçı torpaq sahəsinin faktiki olaraq yaşayış infrastrukturu ilə əhatə olunduğunu əsas gətirərək onun kateqoriyasının dəyişdirilməsini tələb etsə də, məhkəmə hesab edir ki, torpağın faktiki istifadəsi və ya ətraf ərazilərin vəziyyəti təkbaşına torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 2.1.12-ci bəndinə əsasən torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi, əsasən, ərazi planlaşdırılması sənədlərinin təsdiqi, yaşayış məntəqələrinin genişləndirilməsi və ya yeni yaşayış massivlərinin salınması ilə bağlı olmalıdır. Həmin Qaydaların tələblərindən də göründüyü kimi, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi fərdi qaydada deyil, ümumi ərazi planlaşdırılması və şəhərsalma sənədlərinə uyğun şəkildə həyata keçirilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd olunur ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil deyil, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu təsdiq edilməmişdir, mühəndis-kommunikasiya təminatı ilə bağlı əsaslandırılmış rəylər mövcud deyildir. Bundan əlavə, belə torpaqların kateqoriyasının dəyişdirilməsi üçün yerli icra hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən kompleks yerquruluşu işlərinin aparılması və müvafiq təkliflərin hazırlanması tələb olunur ki, bu cür sənədlər iş materiallarında mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğundur. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istinad olunan normativ qaydalarda torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün müraciətin mütləq qaydada kollektiv formada edilməsi tələbi nəzərdə tutulmayıb. Qanunvericilik fərdi şəxslərin də bu məsələ ilə bağlı müvafiq qaydada müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu baxımdan məhkəmənin və cavabdehin kollektivlik meyarını əsas kimi götürməsi qanunsuzdur. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 2.1-ci bəndində torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinin əsasları, 3.2ci bəndində isə müraciətə əlavə olunmalı sənədlərin siyahısı aydın şəkildə müəyyən edilmişdir. Iddiaçı Qaydaların 2.1.12-ci bəndinə istinad edərək, 3.2-ci bənddə nəzərdə tutulan bütün sənədləri tam həcmdə toplayaraq cavabdeh orqana təqdim etmişdir. Bununla yanaşı, Qaydaların 3.5 və 3.6-cı bəndlərinə əsasən digər dövlət qurumlarının rəylərinin alınması və əlaqələndirilməsi vəzifəsi birbaşa cavabdeh orqanın üzərinə qoyulmuşdur. Yəni, müraciət edən şəxsin öhdəliyi yalnız 3.2-ci bənddə sadalanan sənədlərin təqdim edilməsi ilə məhdudlaşır. Lakin cavabdeh qurum və məhkəmə tərəfindən iddiaçıdan həmin siyahıda nəzərdə tutulmayan, eləcə də cavabdehin özü tərəfindən əldə edilməli olan sənədlərin (müxtəlif qurumların rəylərinin) təqdim edilməsi tələb edilib. Bu isə iddiaçının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan əlavə öhdəliklərin qoyulması ilə nəticələnmiş, onun hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olub. Bundan əlavə, cavabdeh tərəfindən göstərilən “ərazi planlaşdırılması sənədlərinə uyğun olmama” arqumenti formal xarakter daşıyır və konkret əsaslandırmalarla təsdiq olunmur. Cavabdeh bu uyğunsuzluğun nədən ibarət olduğunu, hansı konkret normativ sənədlərə ziddiyyət təşkil etdiyini və bunun aradan qaldırılmasının mümkün olub-olmadığını əsaslandırmayıb. Eyni zamanda, mühəndis kommunikasiya təminatı ilə bağlı rəylərin olmaması iddiaçıya aid edilə bilməz. Qanunvericiliyin tələbinə görə, bu cür rəylərin toplanması və əlaqələndirilməsi məhz cavabdeh orqanın funksiyalarına daxildir. Bu vəzifənin yerinə yetirilməməsi iddiaçının müraciətinin rədd edilməsi üçün əsas kimi istifadə oluna bilməz. Məhkəmə cavabdeh qurumdan inzibati icraat materiallarını tələb etməyib. Eyni zamanda, məhkəmə tərəfindən “xxxx” MMC-yə sorğu verilib və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası, kənd təsərrüfatı təyinatlı torpaq olduğu təqdirdə yararlılıq vəziyyəti - az yararlı və ya yararsız olması barədə məlumatın verilməsi tələb olunub. MMC torpaq sahəsinin faktiki istifadəsini əks etdirən koordinatların əlavə edilmədiyini əsas gətirərək sorğunu cavablandırmaqdan imtina edib. Məhkəmə həmçinin əraziyə baxış keçirməyib, iddiaçının qonşuluğunda mövcud olan torpaq sahəsinin hansı məqsədlə istifadə olunması, həmin ərazilərdə yaşayış evlərinin olub-olmaması ilə maraqlanmayıb. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsin və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsin və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları 2.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları aşağıdakılardır: ... 2.1.12. yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onların inzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədilə ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) və onlarda dəyişiklik olunmasının təsdiq edilməsi, həmçinin yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti olduqda; ... 3.1. Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilməsi nəzərdə tutulan kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilmənin əsaslandırılması, torpaq sahəsinin ölçüsü, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsi olduqda həmçinin suvarılan və ya dəmyə olması barədə məlumatlar, habelə kateqoriyaya aid edilən, digər kateqoriyaya keçirilən və məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin planlaşdırılan istifadə istiqamətləri aydın göstərilməklə aşağıdakı subyektlər Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) müraciət edir: ... 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri; ... 3.3. Xidmət (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı edilmiş müraciətə dair sənədlərin və məlumatların tamlığını, habelə torpaqların münbitliyinin mühafizəsi, torpaqların münbitlik xassələrinin göstəricilərini, torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya (kateqoriya daxilində məqsədli təyinat) üzrə istifadəsinin mümkünlüyünü, mülkiyyət, icarə və ya istifadə hüquqları barədə məlumatların, dövlət torpaq kadastrı, daşınmaz əmlakın dövlət reyestri və TEKUIS-nin məlumatlarının düzgünlüyünü yoxlayır. ... 4.1. Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsinə və məqsədli təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir: ... 4.1.5. kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndiskommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda; 4.1.6. bu Qaydalarda əks olunan əsaslar üzrə torpaq sahəsinin kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi torpaqların münbitliyinin qorunmasına, torpağın münbitlik göstəricilərinə (aqrokimyəvi analizlərin nəticələri əsasında), əkinəyararlılıq vəziyyətinə, ətraf mühitin mühafizəsinə və torpaq ehtiyatlarından səmərəli istifadə məqsədlərinə uyğun olmadıqda; ... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0,20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtinası və həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün sənədlərin toplanması, qiymətləndirilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması istiqamətində müvafiq hərəkətlərin həyata keçirilməməsi təşkil edir. Iddiaçının hüquqi marağı ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş inzibati prosedurun həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının dəlili isə mübahisəli torpaq sahəsinin yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmaması, onun ərazi planlaşdırılması və şəhərsalma sənədlərinə uyğunluğunun təsdiq edilməməsi, habelə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlərin, o cümlədən mühəndis-kommunikasiya təminatına dair əsaslandırılmış rəylərin və kompleks yerquruluşu işləri üzrə müvafiq sənədlərin təqdim edilməməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Iş materiallarından görünür ki, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,20 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Belə ki, ## #### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli *-**-*- **/*-****/**** nömrəli məktubdan mübahisəli torpaq sahəsinin TEKUIS məlumatlarında və ilkin sənədlərində kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunduğu müəyyən edilir. Iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək niyyətində olduğunu və torpaq sahəsinin Masazır kəndinin mövcud yaşayış infrastrukturu ilə əhatələnmiş ərazidə yerləşdiyini əsas gətirərək onun yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli bildirişlə müraciətin baxılmamış saxlanılması bildirilmişdir. Həmin bildirişin məzmunundan isə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün ərazi planlaşdırılması və şəhərsalma sənədlərinə uyğunluğun, habelə müvafiq infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkünlüyünün mövcud olmadığı qənaətinə gəlindiyi görünür. Apellyasiya şikayətində əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətin yalnız kollektiv formada edilməsini tələb etmədiyi, iddiaçının fərdi qaydada müraciət etmək hüququnun olduğu, Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan sənədlərin iddiaçı tərəfindən təqdim edildiyi, digər dövlət orqanlarının rəylərinin alınmasının isə cavabdehin vəzifəsinə aid olduğu, habelə ərazi planlaşdırılması və mühəndiskommunikasiya təminatı ilə bağlı cavabdehin mülahizələrinin konkret əsaslandırılmadığı və məhkəmə tərəfindən əraziyə baxış keçirilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı fərdi qaydada müraciət etmək hüququnun mövcudluğu özlüyündə həmin müraciətin təmin edilməsi üçün kifayət edən hüquqi əsas deyildir. Belə ki, torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi üçün yalnız müraciət etmək hüququnun deyil, həmçinin qanunvericiliklə müəyyən edilmiş maddi-hüquqi əsasların mövcudluğu tələb olunur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 2.1.12-ci bəndinə əsasən torpaqların yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi və ya onlara dəyişiklik edilməsi, habelə yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin göstərilən hallardan hər hansı birinə aid olduğunu təsdiq edən ərazi planlaşdırılması və ya şəhərsalma sənədi müəyyən edilməmişdir. Torpaq sahəsinin yaşayış məntəqəsinin mövcud yaşayış infrastrukturu ilə əhatələnmiş ərazidə yerləşməsi və iddiaçının həmin sahədə fərdi yaşayış evi tikmək niyyətində olması da özlüyündə torpağın yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Qaydaların 2.1.12ci bəndində nəzərdə tutulmuş qanuni əsasların mövcudluğunu təsdiq etmir. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xxxx MMC-nin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilir ki, Abşeron rayonu Masazır bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (2006-cı il) əsasən təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin keyfiyyət göstəricisi (bonitet balı) 41 bal olmaqla III keyfiyyət qrupuna aid kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Göstərilən məlumat mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi kadastr və yerquruluşu məlumatlarında xarakterizə olunduğunu təsdiq etməklə, həmin torpağın yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsinin torpağın mövcud hüquqi və faktiki göstəriciləri nəzərə alınmaqla qiymətləndirilməli olduğunu göstərir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla məhkəmənin ##.##.2026-cı il tarixli sorğusuna əsasən ünvan 1 ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı fiziki şəxs İddiaçı elektron müraciəti və ona əlavə olunan əlaqəli sənədlər məhkəməyə göndərilmiş və eyni zamanda bildirmişdir ki, həmin torpaq sahəsi yaşayış məntəqəsinin hüdudlarından kənarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivində yerləşdiyindən onun kateqoriyasının dəyişdirilməsi ümumi yaşayış massivi yanaşması əsasında mümkündür və qeyd olunanlar əsasında daxil olmuş müraciət Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq rəylərin alınması üçün aidiyyəti dövlət orqanlarına göndərilmədən Xidmət tərəfindən baxılmamış saxlanılmışdır. Bu barədə İddiaçı elektron bildiriş göndərilmişdir. Inzibati icraat materialları işə əlavə edilmişdir. Apellyasiya şikayətində cavabdehin ərazi planlaşdırılması və şəhərsalma sənədlərinə uyğunluqla bağlı mövqeyinin konkret əsaslandırılmadığı qeyd edilsə də, iş materiallarında mübahisəli torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini əsaslandıran hər hansı təsdiq edilmiş ərazi planlaşdırılması sənədi müəyyən edilməmişdir. Bu halda iddiaçının həmin sahənin yaşayış məqsədləri üçün faktiki istifadəyə yararlı olması barədə mülahizələri qanunvericiliklə müəyyən edilmiş hüquqi əsasları əvəz etmir. Qaydaların 2.1.12-ci bəndinin məzmunundan da aydın olduğu kimi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmənin hüquqi əsası ayrı-ayrı torpaq sahələrinin fərdi şəkildə yaşayış məqsədilə istifadəyə yararlı olması deyil, həmin ərazinin yaşayış məntəqəsinin inkişafı, genişləndirilməsi, yeni yaşayış massivinin salınması və ya ərazi planlaşdırılması sənədlərinin təsdiqi və ya dəyişdirilməsi ilə əlaqədar olmasıdır. Bu səbəbdən iddiaçının torpaq sahəsinin qonşuluğunda yaşayış evlərinin yerləşməsi və ya həmin ərazinin faktiki olaraq yaşayış infrastrukturu ilə əhatə olunması barədə mülahizələri özlüyündə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün kifayət edən hüquqi əsas kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin də əsaslı olaraq qeyd etdiyi kimi, torpağın faktiki istifadəsi və ya ətraf ərazilərin vəziyyəti təkbaşına torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Eyni zamanda, məhkəmənin əraziyə baxış keçirməməsi barədə apellyasiya şikayətinin dəlili də iş üzrə nəticəyə təsir edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal isə iş materiallarında olan çıxarış, torpaq sahəsinin planı və ölçüsü, TEKUIS məlumatları, cavabdehin bildirişi və kadastr məlumatları əsasında qiymətləndirilə bilər. Beləliklə, iddiaçının müraciət etmək hüququnun olması və müraciətə müəyyən sənədləri əlavə etməsi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün zəruri maddi-hüquqi şərtlərin mövcudluğu kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə isə belə şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət vermiş və iddianın rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və qərarın ləğv edilməsi üçün əsas yaratmır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-764/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-764/2026
10.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver