Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-778/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokol-qərarından görünür ki, İddiaçı Corat qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 1.200 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Corat bələdiyyəsinin ərazisindən 1.200 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin # ######## 2025-ci il tarixli, *-**-DA**F/*-***-**** nömrəli arxiv çıxarışı ilə göndərilmiş Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli iclas protokolundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyləri nəzərə alınaraq, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı protokoluna əsaslanaraq İddiaçı 1.200 kv.m torpaq sahəsinin fərdi ev tikmək üçün ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ######## 2025-ci il tarixli, ** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolu qüvvədədir və torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılması barədə qərarın müvafiq bəndlərində göstərilən digər sənədlər əlavə olunmadığından, yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydiyyatdan keçibkeçməməsi, qeydiyyatdan keçdiyi halda qərarın və qərara əlavə olunmuş digər hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin idarəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli sorğu ünvanlanmışdır. Sözügedən sorğu # ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla cavablandırılmış və Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 282 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 284 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması mümkün olmamışdır. Torpaq sahəsinin kateqoriyası, yararlılıq dərəcəsi və mülkiyyət növü barədə məlumatların əldə edilməsi üçün “xxxx” MMC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. DWJ və DBF baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Texniki baxış zamanı naturada göstərilən faktiki koordinatlar daxilində yerləşən daşınmaz əmlak hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakla üstüstə düşmür və yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə (baxış) aktı, ortofoto və daşınmaz əmlakın qonşuluğunda yerləşən 309013038347, 309013016269, ************ reyestr nömrəli daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlərin surəti qoşma şəklində təqdim olunmuşdur: - 2# ######## 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla, ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha təşkil edir, yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinin # ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarı inzibati nəzarət icraatı qaydasında təqdim edilmədiyindən Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Qanunvericilikdə bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməməsinə görə etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Sumqayıt şəhər Corat bələdiyyəsinin # ###### 2026-cı il tarixli, ** nömrəli məktubundan görünür ki, Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı iclas protokolunun qərarı qüvvədədir, ləğv edilməyib, digər şəxslər tərəfindən mübahisələndirilməyib və protokolu Sumqayıt şəhər Dövlət Arxivinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Corat bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 1.200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququn təsdiq edən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrıldığı vaxtdan onun faktiki istifadəsində və sahibliyindədir, tərəfindən daş hasara alınaraq giriş darvazası quraşdırılmışdır. ## ####### 2025-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Bələdiyyə qərarının Ədliyyə Nazirliyinə və ya digər bir quruma və yaxud arxivə göndərilməsi onun səlahiyyətlərinə aid deyil, qanunla belə bir öhdəliyi və cavabdehliyi olmadığından bu məsələ ilə bağlı o məsuliyyət daşımır və bu səbədən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmaması qanunsuzdur və əsassızdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən və hüquq müəyyənedici sənədləri tərəfindən təqdim olunan sənədlərlə tam eynilik təşkil edən (Corat bələdiyyəsinin eyni saylı və eyni tarixli qərarı) sənədlər əsasında vətəndaşlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqları inzibati orqan (məhkəmədən kənar qaydada) tərəfindən dövlət qeydiyyatına alınaraq çıxarışlar təqdim edilmişdir. Bu baxımdan inzibati orqan tərəfindən eyni hüquq müəyyənedici sənədlər əsasında fərqli qərarların qəbul edilməsi qanunsuz və yolverilməzdir. Bu hal inzibati orqan tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı bərabərlik prinsipinə ziddir. Bu baxımdan bir daha qeyd edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokolqərarı əsasında ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli protokol-qərarı ilə Corat qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 0,12 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, bu barədə bələdiyyənin nümayəndəsi və iddiaçının iştirakı ilə alqı-satqı aktı, eyni zamanda bələdiyyə tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir (§1-3). Istinad edilən bələdiyyə qərarının həqiqiliyi iddiaçı tərəfə, həmçinin məhkəmənin sorğularına cavab olaraq Dövlət Arxivinin və Corat bələdiyyəsinin təqdim etdiyi sənədlər ilə öz əksini tapmış, eyni zamanda bələdiyyə tərəfindən qərarın qüvvədə olması təsdiq edilmiş, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair etiraz edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, hər hansı fiziki və hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakla üst-üstə düşmür, yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, faktiki olaraq 0,12 ha təşkil edir. Cavabdeh orqanın etiraz dəlili ilə əlaqədar həmçinin qeyd edilir ki, iş materiallarına əlavə edilmiş qonşu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərə əsasən X1 ## ######## 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair həmin çıxarışın verilməsi üçün əsas Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli, iddiaçının istinad etdiyi qərarı olmuşdur. Halbuki, “Inzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Odur ki, cavabdeh orqan eyni əsas ilə digər şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alındığı halda, iddiaçının ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi ilə bərabərlik hüququnu pozmuşdur. Bundan əlavə, məhkəmə cavabdeh orqanın etiraz dəlilinin imtina üçün əsas olubolmamasının araşdırması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsinə müvafiq sorğu göndərmiş, nəticədə müəyyən etmişdir ki, bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməməsinə görə etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı qanunvericiliklə hər hansı müddəa nəzərdə tutulmamışdır. Iddia tələbi qanuni əsaslara söykənmiş, cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi imtinada bildirdiyi dəlili yuxarıda qeyd olunanlara istinadən əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Idarəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq Cavabdeh publik hüquqi şəxsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh publik hüquqi şəxsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı müəyyən edilməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçıya 0,12 ha torpaq sahəsinin satılması qərar alınmış, alqı-satqı aktı tərtib edilmiş, müvafiq bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq olunmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə torpaq sahəsinin iddiaçının adına satılması barədə qərarın qüvvədə olduğunu bildirərək, sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, eyni bələdiyyə qərarı ilə iddiaçı ilə yanaşı bir neçə başqa şəxslərin də adına torpaq sahəlri ayrılması qərara alınmış, həmin şəxslərdən bir neçəsinin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, çıxarış, plan və ölçü sənədi verilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə və naturada ölçüsü 0,12 ha olduğu, torpaq sahəsinin hasarsız olduğu, 3 tərəf qonşu, 1 tərəf yol olduğu, boş torpaq sahəsi olduğu, yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, iddianın əsaslılığı baxımından ilkin dəyərləndirmə üzrə yoxlanılmalı olan hal məhz iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı olan haldır. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun qeydiyyatından alınmasından imtina olunması əsasları ilə bağlı qeyd edir ki, bu hissədə birinci instansiya məhkəməsi haqlı olaraq, iddianın əsaslılığına məhz etimadın qorunması prinsipinin tələbləri baxımından ilkin dəyərləndirmə aparmışdır, kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsini zəruri hesab etmir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə IPM-in 67.6-cı maddəsində müəyyən edilmiş qanunla etimadın qorunmadığı hallara dair heç bir əsasın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilik normasında, habelə inzibati icraat haqqında və daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilik normasında sözügedən bələdiyyə qərarının qeydiyyata alınması və alınmaması halının onun etibarsızlığına səbəb olmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Indiki halda isə sözügedən bələdiyyə qərarı qüvvədə olmaqla, onun ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Eyni zamanda kollegiya onu qeyd edir ki, qanunvericilikdə bələdiyyənin bununla bağlı vəzifəsi müəyyən edilmiş olsa idi belə, həmin vəzifəsinin icra edilməməsi halının inzibati aktın etibarsız və ya ləğv edilməsi üçün əsas qismində çıxış etməsinə və ya etibarlılığına təsir edən hal kimi çıxış etməsinə dair heç bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin, inzibati icraat haqqında qanunvericilik normasında da aktın etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar dəqiq və birmənalı şəkildə müəyyən edilmiş olsa da, həmin hala dair heç bir müddəa nəzərdə tutulmamışdır. Nəticə etibarilə cavabdehin istinad etdiyi həmin hal mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsas qismində çıxış etməmişdir (imtina əsası kimi qanunda belə bir hal ehtiva edilməmişdir). Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin əsasa istinad etməklə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın əsaslılığını bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirmə aparmaqda haqlı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən bələdiyyə qərarı ilə iddiaçı ilə yanaşı, başqa şəxslərin də adına torpaq sahəsi ayrılsa da, həmin şəxslərin adına mülkiyyət hüquu məhz sözügedən bələdiyyə qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni hüquqmüəyyənedici sənəd əsasında başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni hüquqmüyyənedici sənəd əsasında başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə həmin hüquqmüəyyənedici sənəd olsa da, bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti bərabərlik prinsipinin tələblərini pozduğuna görə də əsassız olmuşdur. Nəticə etibarilə iddiaçıya münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş hər hansı əsasın mövcudluğu müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.