Məhkəmə qərarları › İş №2-1(3-8)-789/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-789/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-789/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Təhsildə X5rşı “bakalavr ali təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Universiteti tərəfindən verilmiş THTU ****** nömrəli, # ### 2022-ci il tarixli bakalavr diplomumun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini Sumqayıt Inzibati Məhkəməsindən xahiş etmişdir. Iddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, diplom üzrə ixtisasın və ixtisas üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Mübahisəli hüquqi məsələnin qısa xülasəsi Iddia tələbinin dəlilləri: Iddiaçı İddiaçı (bundan sonra - "iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - "cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Universiteti tərəfindən verilmiş THTU ****** nömrəli, # ### 2022-ci il tarixli bakalavr diplomumun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, ## ### 1998-ci il təvəllüdlü iddiaçı orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Gürcüstan Respublikasında fəaliyyət göstərən X3 Universitetinə qəbul olunmuş, 2019-cu ildə isə köçürmə əsasında X2 Universitetinin "stomatologiya” fakültəsinə qəbul olunmuş və # ###### 2022-ci il tarixdə bu ali tədris müəssisəsini müvəffəqiyyətlə bitirməklə iddiaçıya THTU ****** nömrəli # ### 2022-ci il tarixli diplom verilmişdir. Iddiaçının ixtisası üzrə Azərbaycan Respublikasında işlə təmin olunmaq məqsədi ilə tələb olunan müvafiq sənədləri də toplamaqla cavabdeh təşkilata təqdim edilmiş, lakin cavabdeh ## ###### 2023-cü il tarixdə qəbul etdiyi qərarla diplomun tanınmasından imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı müddətdə təhsil aldığı dövlətin ərazisində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddət üzrə həmin dövlətin ərazisində olmamağı müəyyən edilmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7, 1.0.8, 1.0.9, 10.5, 13.1, "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin # #### 2005-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli qərarı ilə təsdiq edilniş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.2, 1.6, 3.2, 3.6, 3.7, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ###### 2010-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş "Formal təhsilin təşkili” Qaydalarının 5.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2011 -ci il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.2, 1.6, 1.28-ci bəndlərinə, prosessual hüquqi əsası kimi IPM-in 70.1, 70.3-cü maddələrinə istinad edilmişdir. Iddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh hazırkı iddia tələbinə dair iş üzrə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə - 4 ay 2 gün, 2017/2018-ci tədris ili üzrə - 5 ay 24 gün, 2018/2019-cu tədris ili üzrə - 6 ay 22 gün 2019/2020-ci tədris ili üzrə - 4 ay 9 gün (İ semestr) (II semestr pandemiya dövrü) 2020/2021-ci tədris ili üzrə - 2 ay 21 gün (pandemiya dövrü) 2021/2022-ci tədris ili üzrə - 2 ay 19 gün (kəsrlər) Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir Etirazın maddi hüquqi əsası kimi "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.3, 3.10, 4.1.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli, *-*(***)-***/***O saylı, ## ###### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarlarına, prosessual hüquqi əsası kimi isə IPM-in 73.3-ci maddəsinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Birinci instansiya məhkəməsinin araşdırdığı və müəyyən etdiyi sənədlər: “X2 Universiteti” MMC-nin # ### 2022-ci il tarixli, ****** nömrəli, **** qeydiyyat nömrəli “Diplom”undan görünür ki, İddiaçı stomatologiya ixtisası üzrə doktor dərəcəsi ilə təltif olunmuşdur. “X2 Universiteti” MMC-nin # ### 2022-ci il tarixli, ****** nömrəli, **** qeydiyyat nömrəli “Diplom”a əlavə. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ## ###### 2023-cü il tarixli, NA******** nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı müraciətinə baxılaraq onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. “X2 Universiteti” MMC-nin # ###### 2025-ci il tarixli, ***/** nömrəli arayışından görünür ki, İddiaçı 2016-cı il tarixdə X2 Universitetinə səhiyyə fakültəsi tərəfindən həyata keçirilən gürcü dilli birpilləli stomatologiya təhsil proqramına qəbul olunmuşdur. Tədris forması gündüz əyanidir. Tələbənin mühazirələri səbəbsiz buraxması halları olmamış, davamiyyətlə bağlı müstəsna hallarda tələbə universitetə tibbi arayışlar təqdim edib və bunun əsasında qeyd olunan buraxılmalar əsaslı hesab edilmişdir. Təhsil aldığı dövrdə İddiaçı 303 ECTS krediti toplamışdır. Səhiyyə fakültəsi şurasının # ###### 2022-ci il tarixli, * nömrəli protokolunun qərarı ilə İddiaçı diplomlu stomatoloq akademik dərəcəsi verilmiş və onun adına THTU ****** nömrəli (qeydiyyat nömrəsi: ****, # ### 2022-ci il tarixli) diplom verilmişdir. “X2 Universiteti” MMC-nin ## ###### 2025-ci il tarixli, ***/** nömrəli arayışından görünür ki, ## ### 1998-ci il təvəllüdlü İddiaçı Tbilisi şəhər Humanitar Tədris Universitetinin “Stomatologiya” ixtisası üzrə bakalavr proqramına qəbul olunduğu təsdiqlənir. Tələbə 2016-2022-ci tədris illəri ərzində təhsil alıb və bu dövrdə bütün semestrlərdə tədris prosesində iştirak etmişdir. Nəzəri və təcrübi saatlarda iştirak etmişdir. Akademik miqrasiyanın - akademik borcların (natamamlıqların) yarandığı dövrdə təhsilini davam etdirmiş və növbəti semestrləri uğurla başa vurub. Universitetin təhsil proqramında nəzərdə tutulan bütün nəzəri və təcrübi fənləri tam şəkildə keçmiş və bütün akademik tələbləri uğurla yerinə yetirmişdir. 300 kreditlik proqramı 303 akademik kreditlə bitirib və bu da proqramı tam keçdiyini təsdiqləmişdir. Tələbənin səbəbsiz dərs buraxması halları olmamışdır, davamiyyətlə bağlı müstəsna hallarda tələbə universitetə tibbi arayışlar təqdim etmiş və dərslərin belə buraxılması üzürlü hesab edilmişdir. Həmçinin təsdiqlənmişdir ki, tələbə bütün semestr imtahanlarında şəxsən iştirak etmişdir, yekun dövlət imtahanlarında iştirak etmiş və onları uğurla keçmişdir. İddiaçı məxsus PC seriyalı, C******** nömrəli pasportun surəti. # #### 2022-ci il tarixli, *************** nömrəli “X2 Universiteti” MMC-nin “Apostil”i. İddiaçı məxsus ## ###### 2017-ci il tarixli, SX seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti. İddiaçı səhhəti ilə əlaqədar ambulator kitabçadan çıxarışlar və arayışlar. Birinci instansiya məhkəməsinin sorğular əsasında əldə etdiyi sənədlər: Təhsildə Keyfiyyət Təminatı Agentliyinin # ####### 2024-cü il tarixli, 3-29-61/2- **/**** nömrəli məktubundan görünür ki, İddiaçı xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 4 ay 2 gün; II il – 5 ay 24 gün; III il – 6 ay 22 gün; IV il – 4 ay 9 gün (İ semestr) (II semestr pandemiya dövrü); V il – 2 ay 21 gün (pandemiya dövrü); VI il – 2 ay 19 gün (kəsrlər). Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin # #### 2025-ci il tarixli, 3-28- **/*-***/** nömrəli məktubu ilə İddiaçı dövlət sərhədindən hərəkəti barədə cədvəl-məlumatı göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikanın ## ###### 2026-cı il tarixli, *-**-**-*/*-*/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında stomatologiya ixtisası üzrə normativ müddət və kredit sayı barədə, həmçinin Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsində tədris olunan fənlərin siyahısı barədə sənədlər qoşma şəklində təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq bildirmişdir ki, o bütün tədris illərində təhsil aldığım ölkə ərazisində olmaqla təhsil proqramını mənimsəmiş, imtahan vermiş və mənim bu sahədə illər boyu topladığım bilik məqbul sayılaraq ona diplom verilmişdir. Bundan başqa o fiziki qüsurlu olmaqla əlildir və səhhətində olan problemlərlə bağlı zəruri müalicə və müayinələrlə bağlı Azərbaycan Respublikasına gəlmiş və həmin müddətdədərslərdə iştirak etməməyinin üzürlü syılması məqsədi ilə tibbi arayışları da təqdim etmişdir. Onun təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən verilmiş arayışı apostel edtilmiş və iərclimə olunaraq məhkəməyə təqdim olunmuşdur. Həmin arayışda da onun bütün dərs illəri üzrə semestr imtahanlarında şəxsən iştirak etməyi və 300 kreditlik proqramı 303 akademik kreditlə bitirməyi və bununla da dərs proqramını tam keçməyi dərslərdə olmadığı müddətlərdə tibbi arayış təqdim etdiyi və bununla həmin günlərin üzürlü hesab olunduuğu və imtahanı da uğurla başa vuraraq diplom almağı qeyd olunmuşdur. Ümumi qəbul edilmiş qaydalara əsasən stomotologiya ixtisası üzrə təhsil müddəti 5 il olmaqla tələbə bu təhsil müddətində 300 kreditlik dərsi mənimsəməlidir. Göründüyü kimi tərəfindən bu şərtlərə əməl olunmuş və bu hal, onun səhhəti ilə bağlı məktəbə gedə bilmədiyi müddətlərin üzürlü sayılmalı olması tam əsasla ona dəlalət edir ki, məhkəmə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Məhkəmə pandemiya dövründə gediş-gəlişə məhdudiyyətlərin qoyulmasına və bu səbəbdən də həmin dövrlərdə təhsil aldığı ölkəyə mütəmadi olaraq getməməyinin ondən asılı olmayan səbəblərdən baş verməsinə əhəmiyyət verməyərək və bu halların üzürlü səbəblərdən baş verməsinə dair təqdim etdiyi sübutları görməzdən gələrək hazırki qanunsuz qərarı qəbul etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Iddiaçı isə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. Ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus Gürcüstan Respublikasında fəaliyyət göstərən “X2 Universiteti” tərəfindən verilmiş # ### 2022-ci il tarixli, ****** nömrəli, **** qeydiyyat nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınmasından imtinası təşkil edir. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, iddiaçının ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı “X2 Universiteti” MMC tərəfindən stomatologiya ixtisası üzrə doktor dərəcəsi ilə təltif olunmuşdur. Həmin kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar verərək, müraciətin icrasından imtina etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin # ####### 2024-cü il tarixli, 3-29-61/2- **/**** nömrəli məktubundan görünür ki, İddiaçı xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 4 ay 2 gün; II il – 5 ay 24 gün; III il – 6 ay 22 gün; IV il – 4 ay 9 gün (İ semestr) (II semestr pandemiya dövrü); V il – 2 ay 21 gün (pandemiya dövrü); VI il – 2 ay 19 gün (kəsrlər). Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı tərəfin mövqeyinə görə, o, 2016-cı ildə Gürcüstan Respublikasında fəaliyyət göstərən X3 Universitetinə, 2019-cu ildə isə köçürmə əsasında X2 Universitetinin "stomatologiya” fakültəsinə qəbul olunmuş və # ###### 2022-ci il tarixdə bu ali tədris müəssisəsini müvəffəqiyyətlə bitirməklə ona THTU ****** nömrəli # ### 2022-ci il tarixli diplom verilmişdir. Iddiaçının təhsil müddətində həmin ölkədə olduğuna baxmayaraq, cavabdeh orqan tərəfindən əsassız olaraq diplomun tanınmasından imtina edilmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçının ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı normalara istinad etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4- cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ######## 2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının ## ######## 1997-ci il tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, "hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, *** nömrəli Sərəncamının 1 -ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il # #### tarixli, *** nömrəli Sərəncamının 1 -ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, "xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həll olunması üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalardır ki, həmin Qaydaların: 1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 2.1-ci bəndinə əsasən, bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən, tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin mübahisələndirilməyən halıdır. Cavabdehin təqdim etdiyi məlumata əsasən iddiaçının sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti 1 -ci il üzrə 4 ay 2 gün, 2ci il - 5 ay 24 gün, 3-cü il - 6 ay 22 gün, 4-cü il - 4 ay 9 gün (İ semestr) (II semestr pandemiya dövrü), 4-cü il - 2 ay 21 gün (pandemiya dövrü), 5-ci il - 2 ay 19 gün (kəsrlər) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında mövcud olan "X2 Universiteti” MMC-nin arayışları, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikanın məlumatına əsasən iddiaçının təhsil aldığı universitet ilə nəzərdə tutulmuş və iddiaçı tərəfindən mənimsənilmiş tədris yükü (kredit sayı) Azərbaycan Respublikasına nəzərdə tutulan tədris yükünə uyğun olsa da, onun faktiki olaraq xarici ölkədə olduğu müddət ərzində qanunvericiliklə 40 həftə tədris ili müddətinə uyğun nəzərdə tutulmuş proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. Iddiaçının diplomuna Gürcüstanda Apostil şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə tərəfindən araşdırılma aparılmış və bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının # #### 2004cü il tarixli, ***-IIQ nömrəli Qanunla qoşulduğu, # ####### 1961 -ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının diplomuna Apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Cavabdeh orqan tərəfindən hazırkı iş üzrə iddiaçıya "X2 Universiteti” MMC-nin verdiyi # ### 2022-ci il tarixli, ****** nömrəli, **** qeydiyyat nömrəli diplomunun saxta olub-olmaması deyil, tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ödənilib-ödənilməməsi mübahisələndirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Həmçinin, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 3.Tanınmaya dair müraciətə baxılması 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1 -ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 4.Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); IPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1 -ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı X2 Universiteti cavabdeh orqan tərəfindən müəyyən edilmiş "ən çox imtina alan universitetlər”in siyahısına da daxil edilmişdir. (https://tkta.edu.az/az/rejected-universities) Məhkəmə həmçinin bildirmişdir ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərər vurur. Odur ki, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinidə əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, COVID-19 pandemiyası dövrü tam olaraq nəzərə alınsa belə, iddiaçı 2016-2022-ci illərdə təhsil aldığı ölkənin ərazisində umumilikdə Azərbaycan Respublikasında əyani təhsil alınması üçün zəruri olan dövrlərdən çox aşağı müddətdə olmuşdur ki, bu da hazırkı məhkəmə praktikası baxımından iddianın rədd edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası iddiaçının ikinci qrup əlil olması, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasında daha çox olması dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçı üçün bir sıra güzəşt əsası yaratsa da, hazırkı iddianın təmini üçün güzəşt əsası əsas təşkil edə bilməz. Çünki belə bir güzəşt tətbiqinin hüquqi əsası mövcud deyil. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar