Məhkəmə qərarları › İş №2-1(3-9)-142/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-142/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-142/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və Biləsuvar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ22.Hesab №AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qeyri-yaşayış tikilməsi üçün ayrılmış torpaq sahəsi bağ, park, xiyaban, meşə-park, su tutarı, landşaft memarlığı obyekti, digər turizm, istirahət və sağlamlıq yeri deyil, Bələdiyyə tərəfindən mülkiyyətində olan ərazidən alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılmış və iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Torpaq sahəsinin kateqoriyası Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlıdır. Mühafizə zonasında yerləşmir. Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətinə Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi olaraq verilməsi və torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisənin olmaması, çıxarış və ona əsas olmuş hüquqmüəyyənedici sənədlər mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ##.##.2020-ci il tarixli ************ reyestr nömrəli çıxarışla mülkiyyətində 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi vardır. ##.##.2022-ci il tarixli ərizə ilə Bilasuvar RIH-nə müraciət olunmuşdur ki, həmin torpaq sahəsi üzərində xüsusi lisenziyalı təşkilat tərəfindən çəkilmiş layihə sənədlərinə, qanunvericiliyə uyğun olaraq icazə verilməsi üçün razılıq verilməsinə köməklik göstərilsin. Biləsuvar RIH ##.##.2022-ci il tarixli */*** nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2018-ci il tarixli *** saylı qərarı ilə təstiq edilmiş müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda İddiaçı tərəfindən ünvan 5 ünvanında tikiləcək qeyri-yaşayış obyekti üçün tərtib edilmiş şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi məsələsinə təkrar olaraq baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ## ### 2022-ci il tarixli MIHO/2.1.*-*-****-**** nömrəli məktubla imtina etmişdir. Məktubda göstərilmişdir ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Bilasuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz dəlilləri təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalarda təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli ** nömrəli Qəranna əsasən, rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərin əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Iddiaçıya aid sözügedən X1 Planına əsasən rekreasiva zonası hesab edildiyindən, həmin ərazidə iddiaçı tərəfindən hazırkı qeyri-qaşayış obyektinin tikintisi, ərazinin məqsədli təyinatına ziddir. Birinci instansiya məhkəməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə, o cümlədən Torpaq Məcəlləsinin 3cü maddəsinə istinad etməklə həmin maddi hüquq normalarını yanlış tətbiq etmişdir. Həmçinin hazırki mübahisə üzrə Komitənin məhkəmə prosesinə cəlb edilməsi məhkəmə prosesinin gedisatında bas tutmuşdur. Beləki, bununla bağlı məhkəmə qərardad qəbul edərək Komitəni cavabdeh qismində işə cəlb etmişdir. Lakin, Komitənin hazırki iddia üzrə məhkəmədə müdafiə olunması və məhkəmədə iştirak etməsi üçün məhkəmə tərəfindən lazımi şərait yaradılmamış, Komitə sonradan cavabdeh qismində hazırkı prosesə cəlb olunsa belə, prosesin ümumi gedişatı və iş üzrə qəbul olunmuş məhkəmə aktı, habelə iş materiallarındakı sənədlər ilə tanış olması və müdafiəsini qurması ücün Komitə Elektron Məhkəmə Informasiva Sisteminə daxil edilməmişdir. Bununla bağlı qanunla təminat verilən cəkismə prinsipinin və tərəflərin hüquq bərabərliyi prinsipi kobud pozulmuşdur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında təmsil etdiyi qurumun şikayətini müdafiə etmişdir. Bununla yanaşı cavabdeh ərizə göndərərək, Bakı Inzibati Məhkəməsində başqa işə baxılması və iş yükünün çox olması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin həmin məhkəmədə tərəf olduğu işə baxılması barədə sübut təqdim etməmiş, eyni zamanda həmin məhkəmə iclasında iştirakın hazırki məhkəmə iclasından daha əhəmiyyətli və vacib olmasını əsaslandırmamışdır. Iddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Biləsuvar Bələdiyyəsinin ##.##.2006-cı il tarixli 05 №li iclas protokolundan çıxarışdan görünür ki, X4 şəhəri, H.Əliyev küçəsi, Biləsuvar-Bəhrəmtəpə yolunun sol hissəsində yerləşən, Bələdiyyə mülkiyyətində olan ərazidən alqı-satqı qaydasında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,011 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.011 ha Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və AA seriyalı, ****** saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. -Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-***/**** nömrəli, ##.##.2019-cu il tarixli Lisenziyadan görünür ki, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeydi- yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verir. -Biləsuvar şəhəri, H.Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi "xxxx” MMC-nin mühürü və direktoru O.Sultanlının imzası ilə təsdiq edilmişdir. -Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ##.##.2022-ci il tarixli MIHO/2.1.2-2- ****- **** nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda vətəndaş İddiaçı tərəfindən qeyri-yaşayış (xidmət) obyektinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə ##.##.2022-ci il tarixli 2/153 nömrəii məktubuna baxılmışdır. Tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli ** nömrəli Qəranna əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzilmülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. -Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin * saylı Cəlilabad Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli, ************ saylı məktubunda göstərilmişdir ki, ##.##.2020-ci il tarixli, ************ saylı reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi olmaqla sahibkarlıq təyinatlıdır. Mühafizə zonasında yerləşmir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsinə təqdim etdiyi ## #### 2024- cü il tarixli 3-16-16/2-**/**** №-li ekspert rəyində bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ## #### 2024-cü il tarixli, 3-21-3-43/2- ****/**** №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlubatı materialında ************ reyestr nömrəli Çıxarışın "Torpaqsahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən idddiaçı İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edilmişdir; Torpaq sahəsinin ayrıldığı vaxt hüquqi statusu-bələdiyyə, kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-şərti yararsız, əmlak növü-torpaq sahəsi, təyinatı kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulan torpaqlar və hal-hazırda hüquqi statusubələdiyyə, kateqoriyası- Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar, uqodiyasısair torpaqlar, əmlak növü-torpaq sahəsi, təyinatı-digər təyinatlı torpaq sahəsidir. Mütəxəssis rəyində sözügedən torpaq sahəsinin rekreasiya zonasına aid edilib edilməməsi məsələsinə münasibət bildirilmədiyindən, eyni zamanda Biləsuvar şəhəsinin baş planı təqdim edilmədiyindən bu sahədə tədqiqat aparmaq mümkün olmamışdır. Torpaq sahəsinin daxilində heç bir tikilinin mövcud olmadığı müəyyən edilmişdir. -Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində bildirilir ki, internet resuslarında (arxkom.gov.az və s.) rekreasiya zonalarının sərhədləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda Mərkəzdə torpaq sahələrinə dair kadastr baza məlumatları mövcud olmadığından mübahisəli torpaq sahəsinin rekreasiya zonasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; Iş materiallarında 3-cü cildin 14-cü səhifəsində zərfin içərisində olan məlumatlar ilə AA№****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin koordinatlarını müqayisə etdikdə müəyyən olunur ki, ************ reyestr nömrəli çıxarış üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsi rekreasiya zonasına aiddir. Ekspert tərəfindən qeyd olunur ki, iş materiallarında 3-cü cildin 14-cü səhifəsində zərfin içərisində olan sənədləri təqdim etmiş qurumun işin nəticəsində maraqlı olması baxımından həmin sənədlərin mötəbərliliyinə məhkəmə tərəfindən qiymət verilə bilər. Şərh edilən və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində müvafiq layihə əsasında qeyri-yaşayış obyektinin tikintisi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi ilə bağlı iddiaçının müvafiq müraciəti əsasında RIH tərəfindən cavabdehə müraciət edilmiş, cavabdeh həmin ərazinin rekreasiya zonasına aid olması əsası ilə bundan imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan sahənin rekreasiya zonasına aid olub-olmamasının araşdırılması məqsədilə ekspertiza təyin etsə də, tədqiqatın nəticəsi olaraq bu suala cavab verilmədiyi halda yekun qərar qəbul etmiş və hesab etmişdir ki, torpaq sahəsinin əldə edilməsi, məqsədli təyinatı və s. hallarla bağlı ziddiyət və mübahisə olmadığından iddiaçının tələbi haqlıdır. Məhkəmə kollegiyası həmçinin iş materiallarının 3-cü cildinin 14-cü səhifəsində zərfin içərisində olan sənədləri təqdim etmiş qurumun işin nəticəsində maraqlı olması baxımından həmin sənədlərin mötəbərliliyi ilə bağlı ekspert rəyində qeyd olunan xüsusata münasibətdə qeyd etməyi zəruri hesab edir ki, arxkom.gov.az saytından Biləsuvar şəhərinin baş planına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş baş plandan çıxarışla həmin saytdakı coğrafi göstəricilər və şərti işarələr üst-üstə düşür, təqdim edilmiş sənəddə hər-hansı düzəliş edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: -11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; -11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. 75.1. barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ərazilərin zonalaşdırılmasının məqsədi şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarından tikinti və digər məqsədlər üçün istifadə ilə bağlı münasibətləri tənzimləməkdən, şəhərsalmanın nizamlı inkişafının formalaşmasından və şəhərsalma fəaliyyətini həyata keçirmək üçün ərazilərin istifadəsindən, əhalinin və istehsal sahələrinin həddən artıq sıxlaşmasını aradan qaldırmaqdan, tikintinin növü və miqyasının təyin edilməsindən və onlardan istifadə məhdudiyyətləri ilə təsbit edilən tikinti qaydalarını müəyyənləşdirməkdən ibarətdir. 3.1. Şəhər və digər yaşayış məntəqələrinin əraziləri və ya ərazi hissələri funksional istifadəsinə görə məskunlaşma, istehsalat və landşaft-rekreasiya ərazilərinə bölünür. 3.2. Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə aşağıdakı ərazi zonalarına bölünür: yaşayış zonaları; ictimai-işgüzar zona; rekreasiya zonası; istehsalat (sənaye, elmiistehsalat, kommunal-anbar) zonaları; nəqliyyat infrastrukturu zonası; mühəndis infrastrukturu zonası; kənd təsərrüfatı zonası; xüsusi təyinatlı zona; hərbi və digər rejimli zonalar; xüsusi şərtlərlə istifadə olunan zonalar; xüsusi qorunan ərazilər; ehtiyat zonası. 4.3. Rekreasiya zonası - əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir. Yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən mühafizə olunan təbiət obyektləri də bu zonaya daxil edilir. -Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. -Əhalisinin sayı 100000,0 (yüz min) nəfərdən çox olan böyük şəhərlərdə şəhər və rayon əhəmiyyətli parklarla yanaşı, sahəsinin ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilən ixtisaslaşdırılmış zooloji, botaniki və dendroloji parklar layihələndirilir. -Estetik dəyəri olan, təbiiliyi yüksək səviyyədə qorunub saxlanılmış landşaft ərazilərdə və su hövzələrində, göllərin və çayların sahillərində milli və təbii parklar formalaşdırılır, onların şəhərsalma tələbləri, məkan-fəza-memarlıq həlli, elmi, mədənimaarif-rekreasiya məqsədi və digər məqsədlərlə istifadəsinə dair təkliflər hazırlanır. Belə ərazilər əhəmiyyətindən asılı olaraq qoruq, milli park, rekreasiya, qoruq-rekreasiya və digər yarımzonalara ayrılır. -Təbii müalicə faktorları üstünlük təşkil edən, mikroiqlim, landşaft və sanitariyagigiyena şəraiti daha əlverişli və cəlbedici olan ərazilər ixtisaslaşdırılmış turizm mərkəzlərinin, turist bazalarının, kurort və sanatoriyaların inkişafı üçün zonalaşdırılır. 5.1 Ərazilərin zonalaşdırılması baş və müfəssəl planların tərkibində aparılır və şəhər və digər yaşayış məntəqələrinin ərazisini və ya ərazi hissələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun (bundan sonra – uyğunluq) müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. 1.3. Tikintiyə icazə icraatı ilə bağlı layihələrin tələblərə uyğunluğunun müəyyənləşdirilməsi şəhərsalma əsaslandırılmasının tərtib edilməsi, məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. 1.4. Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. 3.2. Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərinə və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin, Bakı şəhərinin və digər şəhərlərin, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş rayonlarının inzibati ərazisində (Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu Idarəsinin razılığı ilə) isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir. 4.1. Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin tələblərə uyğunluğu yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik tərəfindən bu Qaydaların 2.1.1-ci və 2.1.2ci yarımbəndlərində nəzərdə tutulan şərtlərin, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin birgə mövcudluğu ilə müəyyənləşdirilir. Inzibati Prosessual Məcəllənin: -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə, iş üzrə ümumilikdə 200 manat məhkəmə xərci (ekspertiza) yaranmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq, müvafiq hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. 200 (iki yüz) manat ekspertiza xərci iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ22.Hesab№AZ**CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar