Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-561/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (bundan sonra mətndə Səhiyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının onun sertifikatlarının ləğv edilməsi ilə bağlı olan müvafiq qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həkim ixtisasını bitirmiş, bundan sonra həkim cərrahiyyə ixtisasına yiyələnmək üçün klinik kardinaturu təhsili keçmiş və cərrahiyyə ixtisasına sahib olmuş və uzun müddətdir ki, müxtəlif xəstəxanalarda cərrah kimi işləyir. Hazırda o, “xxxx” MMC-də cərrah kimi işləyir. Bundan sonra o, həm işlədiyi xəstəxanada yaranmış zərurətlə əlaqədar, həmçinin uzun müddət bu sahədə müxtəlif kurslar keçərək və faktiki olaraq da plastik-cərrah kimi fəaliyyət kimi göstərdiklərindən müvafiq olaraq qanunvericiliyin tələbinə uyğun olaraq ixtisasının dəyişdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinə müraciət etmişdir. Nazirliyin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” *-**/*-*-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən onun plastik cərrahiyyə üzrə sertifikasiya imtahanı verməsinə razılıq verilmişdir. Bunun nəticəsində həmin imtahanı uğurla keçərək qeyd edilən ixtisas üzrə sertifikat əldə etmişdir. Lakin, “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** saylı məktubda Azərbaycan Respublikası Ərazisində Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*- **/**** nömrəli Əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən onun plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin ləğv edildiyinə istinad olunaraq Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələbləri diqqətlərinə çatdırılmışdır. xxxx MMC-yə ünvanlanmış məktubda ona aid sertifikasiya şəhadənaməsinin Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*- **/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsas ləğv edildiyi göstərilsə də həmin qərar göndərilməmişdir. Digər tərəfdən yuxarıda sözügedən əmrlə yaradılmış Xüsusi Təftiş Komissiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli *** saylı qərarı ilə təsdiq olunmuş qaydalar əsasında müvafiq sertifikasiya Şurası tərəfindən verilmiş sertifikasiya şəhadətnaməsini ləğv etmək hüququna malik olduğunu əks etdirən bu və ya digər normativ aktada da istinad olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş yazılı münasibətlərində (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025- ci il tarixli *-**/*-*-**/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baaş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır. Xüsusi Təftiş Komissiyası tərəfindən Azərbaycan Respublikasından plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan İddiaçı Komissiyasının iclaslarına dəvət olunmuşdur. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audio yazısı və video çəkilişi aparılmış, iclaslar protokollaşdırılmış, təqdim olunan sənədlər ətraflı araşdırılmış və əsaslılığı yoxlanılaraq İddiaçı sertifikatının ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Rəşidə Quliyeva) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının 2011-ci ildən tətbiq edilən rezidentura təhsilini keçməməsini mütləq əsas kimi qəbul edərək, inzibati aktın qəbul edilməsi prosedurundakı fundamental qanunsuzluğu – inzibati orqanın səlahiyyət həddini aşmasını (ultra vires) tamamilə görməzdən gəlmişdir. Məhkəmə işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən ən əsas maddi hüquq faktını qəsdən və ya ehtiyatsızlıqdan nəzərdən qaçırmışdır. Praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası prosesi birmənalı və imperativ olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli *** saylı qərarı ilə təsdiq olunmuş Qaydalarla tənzimlənir. İddiaçı sertifikasiya şəhadətnaməsi məhz həmin Qaydaların 2-ci bəndinə müvafiq olaraq təşkil olunmuş qanuni və səlahiyyətli qurum – "Sertifikasiya Şurası" tərəfindən verilmişdir. Lakin hüquqi absurd ondan ibarətdir ki, Nazirlər Kabinetinin sözügedən Qaydalarında sertifikasiya şəhadətnaməsinin verilməsi proseduru dəqiqliklə təsbit edilsə də, müddəti başa çatmamış (5 illik) sertifikatın vaxtından əvvəl ləğv edilməsinin əsasları, prosedur qaydası və bu icraatı həyata keçirəcək xüsusi qurumümumiyyətlə müəyyən edilməmişdir. Belə bir normativ boşluğun olduğu halda, Səhiyyə Nazirliyinin sırf daxili əmri ilə yaradılan müvəqqəti (ad-hoc) "Xüsusi Təftiş Komissiyası"nın qanunla yaradılmış "Sertifikasiya Şurası"nın səlahiyyətlərini qəsb edərək, onun verdiyi icazə sənədini vaxtından əvvəl ləğv etməsi idarəetmədə klassik səlahiyyət qəsbidir. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa əsasən, Nazirliyin daxili əmri Nazirlər Kabinetinin qərarından (və ondan irəli gələn Qaydalardan) üstün ola bilməz və mövcud olmayan yeni "ləğv mexanizmi" icad edə bilməz. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində təsbit olunmuş Qanunçuluq prinsipinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda, çərçivədə və qaydada şəxsin hüquqlarına müdaxilə edə bilərlər. Əgər qanunvericilikdə "Xüsusi Təftiş Komissiyası"na vətəndaşın qanuni qüvvədə olan 5 illik fəaliyyət hüququnu əlindən almaq səlahiyyəti verilməyibsə, bu komissiyanın qəbul etdiyi qərar əvvəlcədən (ab initio) etibarsızdır. Birinci instansiya məhkəməsinin Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin (məhkəmə tərəfindən faktların araşdırılması vəzifəsi) tələblərini pozaraq, heç bir hüquqi səlahiyyəti olmayan bir komissiyanın qərarına bəraət qazandırması, əslində qanunsuzluğa və inzibati orqanın özbaşınalığına (arbitrariness) məhkəmə tərəfindən verilən leqallaşdırma cəhdidir. Bu cür yanaşma nəinki qanunvericiliklə, ümumiyyətlə hüquqi dövlət prinsipi ilə tamamilə bir araya sığmır. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları (sonradan yeni redaksiyda təsdiq edilmişdir):
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. 1.2. Bu Qaydalar respublikanın bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 1.3. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır. ... 1.6. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir. 1.7. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin HYPERLINK "https://eqanun.az/framework/18344" \o "Azərbaycan Respublikası Prezidentinin 2009-cu il # ######## tarixli, *** nömrəli Fərmanı" \t "_blank"2009-cu il # ######## tarixli *** nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. ... 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. (1.4-cü bənd iddiaçıya ##.##.2024-cü il tarixli AH ****** №-li sertifikasiya şəhadətnaməsi verilərkən qüvvədə olmuş, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2024-cü il № *** nömrəli qərarı ilə yeni redaksiyada verilmişdir). ... 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. ... 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na Əlavə (iddiaçıya ##.##.2024-cü il tarixli AH ****** №-li sertifikasiya şəhadətnaməsi verilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2024-cü il № *** nömrəli qərarı ilə ləğv edilmişdir). Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti - ixtisasın şifri - 060904, ixtisasın adı - Plastik cərrahiyyə, təhsil müddəti - 5 il.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. IPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdır. Birinci instansiya məhkəməsində iddiaçının tələbi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının onun sertifikatlarının ləğv edilməsi ilə bağlı olan müvafiq qərarın ləğv olunması” kimi ifadə edilmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının hüquqi marağının “cavabdehin ##.##.2025-ci il tarixli, *-**/*-*-**/**** nömrəli əmrinin qismən, həmin əmrin iddiaçı İddiaçı münasibətdə, yəni “İddiaçı- sertifikasiya şəhadətnaməsi Ser AH. № ******, verilmə tarixi ##.##.2024-cü il” hissəsinin ləğv edilməsinə nail olmaqdan” ibarət olduğunu qeyd etmişdir. Kollegiya yuxarıda qeyd olunan hallara münasibətdə qeyd edir ki,mübahisə predmeti olan inzibati akt Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ##.##.2025ci il tarixli *-**/*-*-**/**** saylı əmrinin İddiaçı aid hissəsinin ləğv olunmasından ibarət olmuşdur.Iddiaçı apellyasiya şikayətindən də görünür ki,iddia verilərkən əlverişli hüquqi müdafiə vasitəsi düzgün seçilmişdir.Kollegiya prosessual qənaət prinsipini rəhbər tutaraq mübahisəyə hazırkı qaydada baxılmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 48-ci maddəsinə əsasən tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. Iddiaçı "Plastik cərrahiyyə" ixtisası üzrə nə rezidentura keçmiş, nə də bu sahə üzrə rəsmi ixtisasdəyişmə proqramını (Azərbaycan qanunvericiliyinə uyğun) tamamlamışdır. Lakin buna baxmayaraq, İddiaçı plastik cərrahiyyə əməliyyatları icra etmişdir ki, bu hal cavabdeh inzibati orqana Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə ünvanlanan məktubla məlum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan **** №-li BB-İ seriyalı ****** №-li, ##.##.2008-ci il tarixli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 2002-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2008-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Işdə olan İddiaçı aid ##.##.2013-cü ildə doldurulmuş ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixədək Astana Tibb Universitetinin X3 Interna vəzifəsində əmək fəaliyyəti göstərmişdir. ##.##.2013-cü ildə X8 Mərkəzinə 1.0 ştat vahidi üzrə ümumi cərrah vəzifəsinə qəbul olunmuşdur. ##.##.2020-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2020-ci ildə Cəlilabad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor müavini-baş həkim vəzifəsinə təyin olunmuşdur. ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2023-cü ildə xxxx MMC Cərrahiyyə şöbəsinə 0,5 ştat vahidi üzrə həkim ümumi cərrah vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2024-cü ildə 0,5 ştat vahidi üzrə həkim ümumi cərrah vəzifəsinə həkim plastik cərrah vəzifəsinə keçirilmişdir. Işdə olan Səhiyyə Nazirliyi tərəfindən İddiaçı (nümayəndəsi və vəkili X5) ünvanlanmış *-**/*-X-****/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı və digər plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçmələrinə icazə verilməsi ilə bağlı müraciətlərinə baxılmış və 2023-cü ilin son aylarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarları ilə həmin şəxslərə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçmələrinə icazə verilmişdir. Son dövrlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı çoxsaylı vətəndaş şikayətlərinin daxil olması ilə əlaqədar araşdırmalar aparılmışdır. Plastik cərahiyyə ixtisası üzrə sertifikasiya imtahanın buraxılışların verilməsi 2024-cü ilin yanvar ayından dayandırılmışdır. Araşdırmanın nəticəsinə uyğun olaraq görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ##.##.2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli Əmri təsdiq edilmişdir. Sözügedən əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarları nəzərə alınmaqla, İddiaçı, X2 və X1 plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya imtahanına buraxılırlar. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı AR Səhiyyə Naizrliyi tərəfindən ## ######## 2024-cü il tarixdə sertifikasiya şəhadətnaməsi verilərək plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. ##.##.2023-cü ildə xxxx MMC Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə işə qəbul edilmiş, ##.##.2024-cü ildə həkim plastik cərrah vəzifəsinə keçirilmişdir. Səhiyyə Nazirliyinin “Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyətlə məşğul olmaq üçün icazə verən şəhadətnamələrin ləğv edilməsi haqqında” *- **/*-*-**/**** saylı, ##.##.2025-ci il tarixli əmrlə İddiaçı və digər tibb işçilərinin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə fəaliyyətlə məşğul olmaq üçün icazə verən sertifikasiya və ya tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələri ləğv edilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarına əsasən rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. Iddiaçıya ##.##.2024-cü il tarixli AH ****** №-li sertifikasiya şəhadətnaməsi verilərkən qüvvədə olmuş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na Əlavəyə görə rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsil müddəti 5 il nəzərdə tutulmuşdur. Həmçinin AR Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydasına müvafiq olaraq şəhadətnamə imtahandan keçmiş və ya hər il orta hesabla 50 (əlli) kredit olmaqla 5 (beş) il ərzində DPI (davamlı peşəkar inkişaf) üzrə minimum 250 (iki yüz əlli) krediti toplamış tibb mütəxəssislərinə verilir. DPI-nin məzmunu bilavasitə tibb mütəxəssisinin ali və ya orta ixtisas tibb təhsili əsasında əldə etdiyi ixtisasına aid olmalıdır. Müvafiq normativ hüquqi aktlara əsasən, həkim-mütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir. Məhkəmə hesab edir ki, iddiaçının müxtəlif tibb müəssisələrində həkim plastik cərrah olaraq fəaliyyət göstərməsi onun həmin ixtisas üzrə həkim-ixtisas dərəcəsinə yiyələndiyinə dəlalət etmir. Iddiaçı məhkəməyə ixtisasının plastik cərrahiyyə ixtisası olmasını təsdiq edən rezidentura təhsilini başa vurmasına dair müvafiq Attestasiya Sisteminin "həkim-mütəxəssis" ali peşə-ixtisas və zəruri dövlət nümunəli diplomunu təqdim etməmişdir.Hazırkı halda iddiaçının plastik cərrahiyyə ilə məşğul olması üçün onun həkim-mütəxəssis ixtisası üzrə təhsil alması müəyyən edilmir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.