Məhkəmə qərarları › İş №2-1(3-9)-660/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-660/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-660/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, müəyyən etdi: Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı “Imişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin sabiq sədri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2023-cü il tarixli ** saylı əmrinin ləğv edilməsi, Bəhrəmtəpə Bələdiyyəsinin ##.##.2020-ci il tarixli qərarının icrasının yerinə yetirilərək, dayandırılmış müddətə əmək haqqının və istifadə etmədiyi 5 illik məzuniyyət haqqının hesablanıb kompensasiya edilməklə ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Imişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin ##.##.2023-cü il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, əmək haqqının dayandırıldığı tarixdən ##.##.2025-ci il tarixədək hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Imişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, mənim dayandırıldığı tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqımın (ödənilən 3000 manatın çıxılması şərtilə) və istifadə etmədiyim məzuniyyət pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ## #### 2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda sadalanan hüquq normasından göründüyü kimi, yekun məhkəmə aktından (qərarından) təqdim olunduğu gündən 30 gün müddətində apellyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfindən apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə müddət ötürülməklə verilmişdir. Bununla da Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, təmsil etdiyi bələdiyyənin elektron məhkəmə informasiya sistemində şəxsi kabineti mövcuddur, lakin yekun məhkəmə aktını elektron kabinet vasitəsilə əldə etmək mümkün olmamışdır. Poçta gedərək yekun məhkəmə aktını oradan əldə etmişlər və bu səbəbdən qanunvericiikdə nəzərdə tutulan prosessual müddət tərəflərindən ötürülmüşdür. Ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsini və apellyasiya şikayətinin mümkün sayılaraq şifahi məhkəmə baxışına təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin göstərikləri isə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar