Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-2945/2019 14.11.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, "xxxx" MMC-də mühafizə rəisi işləyir) iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hal-hazırda fəaliyyət göstərən ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ilin sentyabr ayından 2013cü ilin noyabr ayına qədər Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində müxtəlif vəzifələrdə işləmişdir.2013-cü ilin noyabr ayında feldyeger xidməti polkovnikleytenantı rütbəsində ekspedisiya bölməsinin rəisi vəzifəsində imtiyazlı xidmət illəri 39 il 5 ay 23 gün olmaqla pensiyaya çıxmışdır.12 aprel 2004-cü ildən Dövlət Feldyeger Xidməti Nazirlər Kabineti yanında müstəqil qurum kimi fəaliyyət göstərmişdir. 24 noyabr 2016-cı ildən Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə Feldyeger Rabitəsi İdarəsi kimi verilmişdir. 2017-ci ilin mart ayında DFX-nin əməkdaşlarının maaşı XDMX-nın əməkdaşlarının statusuna uyğunlaşdırılmışdır.İddiaçı pensiya məbləğinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hal-hazırda fəaliyyət göstərən ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, iddia, tələbə cavab verməli olmayan cavabdehə - İdarəyə qarşı qaldırılmışdır. Təminat xərcliyinin hesablanması ilə bağlı məsələlər NK-nin 2007-ci il 27 avqust tarixli,135 nömrəli qərarı ilə təsdiqlənmiş “Təminat xərclərinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları” ilə tənzimlənir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyində baş vermiş artımlar barədə İdarədə hər hansı bir məlumat olmur. Həmin şəxslərin qulluq etdikləri orqanları tərəfindən müvafiq məlumat vərəqi İdarəyə göndərilməli və yalnız bundan sonra İdarənin müvafiq hesablamanı aparmaq imkanı yaranmalıdır. Bundan başqa iddia müddəti ötürülmüşdür. İddiaçı imtina məktubunu 2018-ci ilin noyabr ayında almışdır. Məcburetmə haqqında iddia tələb olunan imzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.Cavabdeh qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiаçının izаhаtını dinləyərək, fаktiki hаllаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsaslıdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 63/2134 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunu, əmək kitabçasının surətini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xx.xx.2013-cü il tarixli məktububunun, iddiaçının şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmişdir. Eyni zamanda məhkəməyə Azərbaycan Respublikası DSMF-nin HQXRŞİD-nin tərtib etdiyi 13/2594-000045 nömrəli pensiyaçının uçot vərəqi, Azərbaycan Respublikası DSMF-nin HQXRŞİD-nin 13/1594 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı, əmək pensiya təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2013-cü ildən polkovnik-leytenant rütbəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən tərxis olunmuşdur, ehtiyata buraxılan zaman Dövlət Feldyeger Xidmətinin Ekspedisiya bölməsinin rəisi işləmişdir.Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin məlumat vərəqəsinə əsasən iddiaçıya yaşa görə xx.xx.2013-cü ildən 797,80 manat ömürlük pensiya təyin edilmişdir, iddiaçıya pensiya, məlumat vərəqində qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Ekspedisiya bölməsinin rəisi vəzifəsinin pul təminatı əsas götürülməklə təyin edilmişdir.Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə Feldyeger Rabitəsi İdarəsi kimi verilməsi əsası ilə pensiya məbləğinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hal-hazirda fəaliyyət göstərən Ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyuılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların sosial təminat hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli qərarında qeyd olunur ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Rspubluikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş quluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır Həmin qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1125 nömrəli, xx.xx.2016-cı il tarixli Fərmanının10-cu bəndinə əsasən AzərbaycanRespublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin iddiaçıya ünvanlanmış 63/2134 nömrəli, xx.xx.2018-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli, 3771 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları və pensiyaları 2018-ci il martın 1-dən orta hesabla 10% artırılmış, lakin bu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxmış xüsusi rütbəsi olan əməkdaşlara şamil edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində müəyyən edilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - ... Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Sadalanmış müddəaların mənası mübahisəyə münasibətdə onunla bağlıdır ki, həm Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə pensiya təyin olunarkən təminat xərcliyinin müəyən edilməsi zəruridir və cavabdeh həmin məlumatları tələb etmək və müəyyən etmək hüquqlarına və səlahiyyətlərinə malik olan dövlət orqanıdır. Bu səbəbdən də məhkəmə cavabdehin iddiaya etirazda “Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyində baş vermiş artımlar barədə İdarədə hər hansı bir məlumat olmur. Həmin şəxslərin qulluq etdikləri orqanları tərəfindən müvafiq məlumat vərəqi İdarəyə göndərilməli və yalnız bundan sonra İdarənin müvafiq hesablamanı aparmaq imkanı yaranmalıdır” kimi göstərdiyi etirazını əsassız hesab edir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hal-hazirda fəaliyyət göstərən Ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 52, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hal-hazirda fəaliyyət göstərən Ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(81)-2945/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-2945/2019
14.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver