Məhkəmə qərarları › İş №3(001)-1305/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1305/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1305/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X14 katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X16 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X7, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13520230 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13520230 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə dair verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Kia Rio" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi 82 ünvanında heç bir nəqliyyat vasitəsinə və piyadaya maneə yaratmayan, dayanma və durmanı qadağan edən yer olmayan, eyni zamanda dayanma və durmanı qadağan edən yol nişanı olmayan kənar yerdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefonuna sms gələrək, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib edildiyi bildirilmişdir. Nəqliyyat vasitəsini saxladığı yerdə yuxarıda qeyd etdiyi dayanma və durma qaydalarını pozacaq bir halın olmadığını düşünərək, Binəqədi Rayon X16nin əməkdaşı tərəfindən 346.1-ci maddəsini hansı əsasla tərtib etdiyini bilmək üçün Binəqədi Rayon X16ndən həmin qərarı xx.xx.2023-cü il tarixdə götürmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV-cü bəndində dayanma qaydasını qadağan edən 11 norma, Vİ-cı bəndində durma qaydasını qadağan edən 5 norma nəzərdə tutulmuşdur. Qərarla tanış olarkən, nəqliyyat vasitəsini saxlamağında “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş ümumilikdə dayanma və durma qaydasını qadağan edən 16 tələbdən hansına əməl etmədiyini, yəni törətdiyi xətanın mahiyyəti göstərilməmişdir. Göründüyü kimi inzibati xətanı araşdırmaq, sübut etmək və ədalətli qərar qəbul etmək üçün Qanunvericilikdə kifayət qədər maddələr və əsaslar vardır, lakin Binəqədi Rayon X16nin əməkdaşı qərar qəbul edərkən, qanunvericilikdə nəzərdə tutulmuş hallara əhəmiyyət verməmiş, qərarı blank kimi dolduraraq, onu cərimə etmişdir. Belə ki, qanunvericilikdə dayanma və durma qaydasını qadağan edən kifayət qədər maddi norma olduğu halda, Binəqədi Rayon X16 qərarında 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir yazması, onun dayanma və durma qaydalarını pozmadığını təsdiq edir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13520230 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon X16 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 Taleh Məmmədverdi oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, X5 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X16 Şöbəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13520230 nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X5 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Kia Rio" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X4 məxsusdur. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X5 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin 2-ci bəndinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Həmin maddənin 4-cü bəndinə əsasən tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda;1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə X2 idarə etdiyi “Kia Rio" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfindən yolun hansı istiqamətində saxlanılması, həmin ərazinin dayanma-durmanın qadağan olunduğu yer olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, təqdim edilmiş fotoşəkillər və iş materialları ilə X2 təqsirini müəyyən etmək mümkün olmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində “Kia Rio" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X6ytarılmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X16 Şöbəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13520230 saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar