Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1520/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, Şikayətçi X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 06-cı Polis Bölməsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə verdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Şikayətçi X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 06-cı Polis Bölməsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - ona xəbəri olmadan 100 manat cərimə yazdığına görə polis işçisinin cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, şikayət ərizəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən və ərazi aidiyyatı üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir.Belə ki, şikayət ərizəsi düzgün tərtib olunmamış, tərəflər şikayətçi və inzibati orqan adlandırılması əvəzinə, ərizəçi kimi göstərilmişdir.Bundan başqa, şikayətçi tələbini də dəqiq göstərməmiş və inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmsini tələb etmək əvəzinə ona xəbəri olmadan 100 manat cərimə yazdığına görə polis işçisinin cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.Halbuki, inzibati qaydada məhkəmənin belə bir tələbə baxmaq səlahiyyəti yoxdur. Bundan başqa, şikayətin məzmununa əsasən məlum olur ki, şikayətçi Şəfiyev X3 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 153 ünvanda yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə də, məlum olur ki, şikayətçi X4 ərazi adiyyatı qaydalarına da əməl etməyərək yaşadığı yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanlarla əsasaən məhkəmə hesab edir ki, şikayətçi X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 06-cı Polis Bölməsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə ərizə geri qaytarılmalı və şikayətçiyə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun inzibati xəta haqqında qərardan şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 128-ci və 129.1.3-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayətçi X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 06-cı Polis Bölməsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi ərizəsi (şikayəti) və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçi Şəfiyev X2 Xətəlar Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan müvafiq ərazi aidiyyatı üzrə səlahiyyətli məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1520/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1520/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver