Məhkəmə qərarları › İş №3(001)-2200/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2200/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2200/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 xüsusi karantin rejiminin pozulmasına görə tərtib edilmiş protokoldanverdiyi şikayətə baxaraq, müəyyən etdi m: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 xüsusi karantin rejiminin pozulmasına görə tərtib edilmiş protokoldan verdiyi şikayəti daxil olmuşdur. X2 şikayətində xüsusi karantin rejiminin pozulmasına görə tərtib edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayətə mübahisələndirilən –protokol əsasında qəbul edilmiş qərar əlavə olunmamışdır. Halbuki, mübahisələndirilən qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 sözügedən şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayətinə yaşayış yerini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, yaşayış yerinə dair sənədin şikayətə əlavə edilməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 132.1 və 132.1.1-ci maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 verdiyi şikayət yuxarıda qeyd olunan əsaslara görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 xüsusi karantin rejiminin pozulmasına görə tərtib edilmiş protokol əasında qəbul edilmiş qərarındanverdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Sədrlik edən: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar