Məhkəmə qərarları › İş №3(001)-2317/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2317/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2317/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Sumqayıt şəhər prokurorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Sumqayıt şəhər prokurorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X8 bildirmişdir ki, Şəxs 2006-cı il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və öz nizamnaməsi əsasında fəaliyyət göstərən, Bakı şəhərində 15 ilə yaxındır sərnişindaşıma fəaliyyəti həyata keçirən, nümunəvi və müasirliyi ilə seçilən daşıyıcı şirkətdir. Şirkət il ərzində Bakı şəhərində 14 müntəzəm marşrut xətti üzrə 80 milyondan artıq sərnişinə xidmət göstərir. Sumqayıt şəhər Prokurorluğunun 03.06.2021-ci il tarixli, ********* saylı qərarından məlum olur ki, 04.02.2021-ci il tarixində 114 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 10TG816 dövlət qeydiyyat nişanlı, “Daewoo" markalı avtobusun sürücüsü X3 iş növbəsini başa çatdırdıqdan sonra, spirtli içki qəbul etmiş və axşam saatlarında iş yerinə qayıtmış, qəflətən icazəsiz olaraq nəqliyyat vasitəsinə daxil olmuş, yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq və müəyyən edilmiş marşrut xəttindən kənarlaşaraq guya ki, “Qubadlı rayon icra hakimiyyətindən icazə almaq üçün” Sumqayıt şəhəri üzrə hərəkət etmişdir. Hərəkət zamanı sürücü yolda dövlət yol polisinin “saxla” əmrinə tabe olmamış, tabesizlik göstərərək qaçmağa cəhd etmişdir. Nəhayət Sumqayıt şəhər DYPŞ-nın əməkdaşları tərəfindən xüsusi vasitə olaraq, yola tikanlı sep tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra, sürücü X1. Sürücü saxlanılarkən polis əməkdaşlarına qarşı zor tətbiq etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdir. Hadisə nəticəsində, sürücü X3 avtobusla bir neçə yol nəqliyyat hadisəsi törətdiyi üçün, avtobusa ümumilikdə 5100 manatdan artıq məbləğində maddi zərər dəymişdir (18.02.2021-ci il tarixli qüsur aktı istintaqa təqdim olunmuşdur). X3 həbs olunarkən polis orqanları tərəfindən avtobusda müəyyən olunmuş digər şəxs - X6 adlı şəxs izahat verərək, guya ki, əmək müqaviləsi bağlamadan avtobusda “pul yığan” peşəsi ilə məşğul olduğunu bildirmişdir. Diqqətinizə çatdırmağı vacib hesab edirik ki, X6 adlı şəxs şirkətdə hər hansı bir formada, heç bir vaxt əmək fəaliyyətinə cəlb edilməmişdir. Belə bir şəxsi 114 nömrəli müntəzəm marşrut xəttinin dəstə rəhbəri və dispetçer heyəti ümumiyyətlə tanımırlar. Şirkətin təsdiq edilmiş ştat cədvəlində “pul yığan” peşəsi mövcud deyil. Bundan əlavə şirkətdə insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və nəzarətin təmin edilməsi, rəsmi sənədlərin vaxtında təsdiq edilməsi məqsədilə 25.01.2019-cu il tarixli, 01/004 saylı əmrlə şirkətin nizamnaməsinin 9.2-ci maddəsinin tələbinə əsasən İnsan Resursları Departamentinin müdirinə şirkət adından əmək müqavilələrinin, maddi məsuliyyət haqqında müqavilələrin, işə qəbul və işdən azad edilmə haqqında, ezamiyyət və məzuniyyət haqqında əmrlərin, kadr heyəti üzrə arayışların imzalanması, əmək kitabçalarında müvafiq qeydlərin aparılması səlahiyyəti verilmişdir. Hal-hazırda şirkətdə ümumi işçi sayı 552 (beş yüz əlli iki) nəfərdir. Bütün işçilərlə AR Əmək Məcəlləsinin tələbinə əsasən əmək müqaviləsi bağlanır, bağlanmış əmək müqavilələri elektron hökumət portalına daxil edilir. Şirkətin əməlində hər hansı bir inzibati xətanın tərkibi yoxdur, inzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırılması və ya pozulmasıdır. Şirkət tərəfindən heç bir qayda pozuntusu olmamışdır. X6 adlı şəxsin şirkətdə “pul yığan” peşəsi üzrə izahatı tamamilə əsassızdır. Ona görə də, Sumqayıt şəhər Prokurorluğunun 03.06.2021-ci il tarixli, ********* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olsa da, cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, 03.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən qəbul edilmiş qərarla Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb X4 əmək müqaviləsi olmadan Şəxsnə məxsus avtobuslarda işə cəlb edilməsi olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cinayət işinin istintaqı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi olmadan X4 hər hansı işlərin yerinə yetirilməsinə cəlb ediməsi faktı aşkar edilmişdir. Bu isə Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Çünki İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki iş materialları ilə müəyyən edilmişdir ki, X6 2020-ci ilin təqribən oktyabr ayından əmək müqaviləsi olmadan Şəxsndə işə cəlb edilmiş və bu fakt sonuncunun Sumqayıt şəhər prokurorluğunda dindirilməsi zamanı, yəni 09 fevral 2021-ci il tarixdə aşkar edilmiş, cəmiyyət barəsində isə 03.06.2021-ci il tarixdə İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs həmin əməli uzanan inzibati xətalara aid edilməlidir. X2 2020-ci ilin təqribən oktyabr ayından əmək müqaviləsi olmadan cəmiyyətdə işlərin görülməsinə cəlb edilmiş və sözügedən inzibati xəta hadisəsi X4 şahid qismində dindirildiyi vaxt, yəni 09 fevral 2021-ci il tarixdə aşkar edilmişdir. Qeyd olunanlardan müəyyən edildiyi kimi, Şəxs tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin aşkara çıxarıldığı 09 fevral 2021-ci il tarixdən hazırkı vaxtadək 3 aydan artıq müddət keçmişdir. Ona görə də, məhkəmə Şəxs olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən inzibati xəta haqqında iş üzrə icraata dair Şəxs İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən inzibati xəta haqqında iş üzrə icraata dair Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxsnə inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar