Məhkəmə qərarları › İş №3(001)-2421/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2421/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2421/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib olunmuş 20 yanvar 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs (VÖEN **********) tərəfindən 01CGJ35 və 27AYK285/46FT146 xarici qeydiyyat nişanlı yük nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixdən Tovuz Gömrük İdarəsinin "xxxx" gömrük postundan keçərək **********1645, **********1660 sorğu nömrəli qısa idxal bəyannaməsi və mal ilə birgə təqdim olunan sənədlərlə “hind toyuqları” yüklərinin eyniləşdirilməsi aparılmış "xxxx" gömrük postunda rəsmiləşdirmə aparılması üçün təyinatı üzrə yönəldilmişdir. Bundan sonra həmin MMC **********2248 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********2122 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri tərtib edilərək, rəsmiləşdirmənin aparılması üçün "xxxx" gömrük postuna təqdim etmişdir. MMC-nin bu günə qədər **********2248 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1377,28 manat, əlavə olaraq ödənilməyən gömrük ödənişlərinin 44 günü üçün 53,04 manat dəbbə pulu, ümumilikdə 1430,32 manat, **********2122 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5116,43 manat, əlavə olaraq ödənilməyən gömrük ödənişlərinin 44 günü üçün 209,88 manat dəbbə pulu, ümumilikdə 5326,31 manat gömrük ödənişi yaranmış, lakin MMC gömrük ödənişlərini ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" gömrük postunun rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti mayoru Elmin Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin bu günə qədər **********2248 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1377,28 manat, əlavə olaraq ödənilməyən gömrük ödənişlərinin 44 günü üçün 53,04 manat dəbbə pulu, ümumilikdə 1430,32 manat, **********2122 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5116,43 manat, əlavə olaraq ödənilməyən gömrük ödənişlərinin 44 günü üçün 209,88 manat dəbbə pulu, ümumilikdə 5326,31 manat gömrük ödənişi yaranmış, lakin MMC gömrük ödənişlərini ödəməkdən boyun qaçırmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddi tərkibli inzibati xətanın əsas əlaməti zərərli nəticənin baş verməsidir. İş materiaları ilə müəyyən olunur ki, Şəxs MMC ümumilikdə 6756,63 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmaqla, dövlət büdcəsinə ziyan vurmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 6756,63 (altı min yeddi yüz əlli altı manat altmış üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 4729,64 (dörd min yeddi yüz iyirmi doqquz manat altmış dörd qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar