Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2685/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxsnun, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili X2, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin iştirakı ilə xx.xx.1963-cü il tarixdə Ermənistanın Böyük Vedi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Azəriqaz” İB-də işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 24 iyun 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayn Məhkəməsinin 2(001)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7 000 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3694/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən isə 535 manat məbləğində pul tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir.Borcluya icra sənədlərinin icrası barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədlərinin icrası təmin olunmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, icra sənədlərinin icrasından yayınmır, lakin maddi və ailə vəziyyəti ağır olduğuna görə icra sənədlərini tam icra edə bilmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X5 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədlərinin icrasından yayınmır, lakin onun maddi və ailə vəziyyəti ağır olduğuna görə icra sənədlərini tam icra edə bilmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə tələbkarlar məhkəmə iclasının yeri vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər.Buna görə də, məhkəmə tələbkarların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev borclunun icra sənədlərini qərəzli olaraq icra etmədiyini və bunun nəticəsində tələbkarların çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, borclu tərəfindən bir icraatda birləşdirilmiş icra sənədləri üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədlərinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarlarının uzun müddət icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, qadın olmasını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada minimum həddə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(001)-2685/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2685/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver