Məhkəmə qərarları › İş №3(001)-3220/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3220/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3220/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, 202026179 nömrəli cinayət işi üzrə telefon danışıqları barədə məlumatların ələ keçirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Kənan Süleymanlının vəsatətinə və həmin vəsatət əsasında verilmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun təqdimatına, məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Kənan Süleymanlının vəsatəti əsasında, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun təqdimatla məhkəməyə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə telefon danışıqlarına dair məlumatların ələ keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət və istintaq materiallarından görünür ki, həmin cinayət işi 07.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə başlanmış və həmin tarixdə Baş İdarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən icraata qəbul edilməklə istintaqı aparılır. Cinayət işinin başlanmasına səbəb vət. X6 2019-2020-ci illər ərzində müxtəlif şəxslərə Azərbaycan Respublikası Mənzil X8 sifarişi əsasında tikilən sosial evlərin satışı müsabiqəsində qalib gələcəklərini, bundan başqa ünvanlı sosial yardımın ayrılmasını vəd edərək qarşılığında müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər, əsas isə müraciətlər əsasında toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, X14, müxtəlif şəxsləri, o cümlədən X10, X19, X20, X24 və qeyrilərini aldadaraq onlara, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş sosial binalardan mənzillərin ayrılması üçün keçirilən müsabiqədə qalib gələcəklərini, beləliklə də mənzil əldə edəcəklərini vəd verərək həmin şəxslərdən külli miqdarda pul vəsaiti almışdır. Bundan başqa müəyyən edilmişdir ki, X14, ayrı-ayrı şəxsləri, o cümlədən X11, X15, X2, X16, X17, X25 və qeyrilərini aldadaraq onlara, ünvanlı sosial yardımın təyin edilməsi üçün Əmək və X13 Nazirliyinin vəzifəli şəxsləri ilə olan əlaqələri vasitəsilə köməklik göstərəcəyi barədə yalan vəd verərək həmin şəxslərin özlərinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətində bank hesabı açdırmış və həmin bank hesab kartlarına özü, aylıq ödənişlər etmişdir. 07.11.2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 30.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığından həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı aparılmışdır. Bundan başqa cinayət işi üzrə icraat 30.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 20.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığından həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı aparılmışdır. Daha sonra cinayət işi üzrə icraat 22.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 17.06.2021ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığından həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı aparılmışdır. Cinayət işinin istintaqı zamanı çoxsaylı şahidlər dindirilmiş, ekspertizalar təyin edilmiş, idarə və təşkilatlara sorğular verilməklə cavablar alınmış, rabitə vasitələri ilə ötürülən məlumatların, bank sirrini təşkil edən məlumatların ələ keçirilməsinə dair məhkəmə qərarları əldə edilməklə icraya yönəldilmiş, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər istintaq və prosessual hərəkətlər aparılmışdır. Cinayət işi üzrə Baş İdarənin Əməliyyat təminatı şöbəsinə sorğu verilərək X6, X3, X1, X18, X5 və X4 adına rəsmiləşdirilmiş telefon nömrələri barədə məlumatlar əldə edilmişdir. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə X6 adına rəsmiləşdirilmiş **********, **********, **********, ********** saylı, X7 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X1 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X18 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X5 adına rəsmiləşdirilmiş ********** saylı və X4 adına rəsmiləşdirilmiş ********** saylı mobil telefon nömrələrinə 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2020-ci il tarixədək olan dövr ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, anten məlumatları və abonent siyahılarının "xxxx" MMC, "xxxx" MMC və"xxxx" MMC-dən götürülməsi haqqında Bakı şəhəri Binəqədi rayon məhkəməsinə təqdimat verilməsindən ötrü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən vəsatət qaldırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 177.3.5-ci maddəsinə əsasən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 259.1-ci maddəsinə görə, telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Qeyd edilənlərə əsaslanan məhkəmə hesab edir ki, vəsatət və təqdimat təmin edilməli, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə X6 adına rəsmiləşdirilmiş **********, **********, **********, ********** saylı, X3 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X1 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X18 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X5 adına rəsmiləşdirilmiş ********** saylı və X4 adına rəsmiləşdirilmiş ********** saylı mobil telefon nömrələrinə 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2020-ci il tarixədək olan dövr ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, anten məlumatları və abonent siyahıları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməlidir. Məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimin qərarında digər məsələlərlə yanaşı Azərbaycan Respublikası CPM-in 448.3.5-ci maddəsinə əsasən qərarın qüvvədə olma müddəti də göstərilməli olduğundan, məhkəmə hesab edir ki, qərar 2 ay müddətində qüvvədə olmalı, ibtidai araşdırma orqanı həmin müddətdə qərar üzrə hərəkətləri yerinə yetirməli, qeyd olunan müddətdən sonra isə qərarda göstərilən hərəkətlər edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 177, 259, 442, 443, 447 və 448-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət və təqdimat təmin edilsin. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə X6 adına rəsmiləşdirilmiş **********, **********, **********, ********** saylı, X3 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X1 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X18 adına rəsmiləşdirilmiş ********** və ********** saylı, X5 adına rəsmiləşdirilmiş ********** saylı və X4 adına rəsmiləşdirilmiş ********** saylı mobil telefon nömrələrinə 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2020-ci il tarixədək olan dövr ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, anten məlumatları və abonent siyahıları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilsin. Qərar elan edildiyi andan 2 ay müddətində qüvvədədir. Qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, "xxxx" MMC, Azercell Telekom” MMC və'Azərfon” MMC-nə həvalə edilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə, yaxud bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar