Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3270/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Şikayət verən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3397070X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-i BDYPİ-i tərəfindən 30 aprel 2025-ci il tarixli, EQ 27644084 saylı Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (yol nişanlarının tələblərinə əməl edilməməsi) ilə tənbeh tətbiq edilərək 40 manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd edilən qərar barədə məlumatı asanpay.az internet tətbiqində mövcud olan elektron kabineti vasitəsi ilə əldə etmiş və elə həmin tətbiq vasitəsi ilə qərardan şikayət vermişdir. Lakin şikayətinə bu günə kimi baxılıb hər hansı bir qərar qəbul edilməmişdir. Lakin Qanunun tələbi pozularaq ona heç bir şey göstərilməyib və şikayətinə baxılması barədə cavab verilməmişdir. Hesab edir ki, sözügedən Qərar ciddi şəkildə yol verilmiş qanun pozuntuları və uyğunsuzluqlarla qəbul edilmiş, inzibati xətanın baş verməsinə dair heç bir sübut olmadığına görə qərar ləğv edilməlidir. Protokolda qeyd edilən guya tərəfindən yol verilmiş pozuntu həqiqətə uyğun deyil, sadəcə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşının subyektiv təxəyyülünün məhsuludur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin Vİ bəndinə əsasən müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır. Vİ-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Vİİ bəndinə görə yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Göründüyü kimi həmin yolda, sağ tərəfdə yalnız məcburi hərəkət nişanı quraşdırılmışdırki, buda düzünə və sola dönməyə icazə verirdi. Həmçinin yolun hərəkət hissəsinin üstündə məlumatverici 5.8.1 nişanıda quraşdırılmamışdır. Bu isə onu deməyə əsas verir ki, həmin yolda olan bütün zolaqlarla düzünə hərəkət etməyə heç bir qadağa ola bilməzdi. Beləliklə işin hallarına və qanunun normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3397070X3 şikayətdə qeyd olunanları müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun hərəkətində ümumiyyətlə qayda pozuntusu yoxdur və əgər pozuntu sayılacaqsa belə, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi deyil, başqa norması tətbiq edilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, X3 29 aprel 2025-ci il tarixdə, saat 11:52-də Bakı şəhəri, Azadlıq prospekti 183, 115 saylı orta məktəbin yanı “Mercedes Benz GL 320 CDİ” minik markalı, 10NY650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol nişanlarının tələblərinə riayət edilməməsi) törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüdən görünür ki, qara rəngli avtomobilin sürücüsü sağ tərəfdən (ikinci yoldan) gəlir, bu zaman svetoforun sağa dönməyə icazə verən yaşıl siqnalı yanır. Sola və düz hərəkət istiqamətində isə svetoforun siqnalı qırmızı yanır. Sürücü sağa dönmək əvəzinə, sola yönələrək və stopxətti keçərək orada dayanır, svetoforun qırmızı siqnalında hərəkət etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin İİ hissəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 12-ci bəndinə görə üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1.12 (stop-xətt) — 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir. Qeyd olunan qanunun tələblərindən göründüyü kimi, 1.12 yol nişanı (stop-xətt) — sürücünün hansı halda və harada dayanmalı olduğunu müəyyənləşdirən üfüqi nişanlanmadır. 1.12 – "Stop-xətt" Yolda ağ rəngli eninə xətt şəkilində olur, 2.5 nişanı ilə birlikdə qoyulubsa — bu, mütləq dayanma tələbini bildirir, Svetoforun və ya nizamlayıcının qırmızı siqnalı yanırsa — sürücü məhz bu xəttin qarşısında dayanmalıdır; Əgər bu xətt yoxdursa, sürücü alternativ olaraq piyadaların keçidinə, kəsişən yolun hərəkət hissəsinə, yaxınlıqdakı svetoforun qarşısına qədər irəliləyə bilər, amma heç kimə mane olmadan. 1.12 – "Stop-xətt" aşağıdakı kimidir. Şəkildə təsvir olunmuş 1.12 (stop-xətt) 2.5 yol nişanı (yəni "Stop – yol verin" nişanı) və svetoforun/nizamlayıcının qırmızı siqnalı ilə birgə tətbiq olunur. Belə olan halda şikayət verənin yoldakı hərəkətinə diqqət yetirəndə görünür ki, “Mercedes Benz GL 320 CDİ” minik markalı, 10NY650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3397070X1 prospekti 183-də hərəkətdə olarkən yolun sağ tərəfi istiqamətində gəlir, yolayrıcına çatdığı zaman svetoforun sağa dönməyə icazə verən yaşıl siqnalı yandığından, sürücü yolunu sağa dönmə hərəkəti ilə deyil, əksinə sola yönələrək və stop-xəttini keçərək orada dayanır. Dayanmağına səbəb isə bu olur ki, Sol tərəf (yol) və düz hərəkət istiqamətində svetoforun siqnalı qırmızı yanırdı. Şikayət verən ona tətbiq edilmiş qərarla razılaşmır və hesab edir ki, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmişdir. İkincisi isə əgər pozuntu varsa belə, bu halda 327.1-ci maddə deyil, başqa maddə tətbiq edilə bilərdi. Çünki onun hərəkəti həmin maddənin predmeti deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2.-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verənin etirazını nəzərə alaraq işin halları üzrə tətbiq edilmiş hüquqi normanın düzgün seçilib-seçilmədiyini qiymətləndirmiş, bu məqsədlə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinin tətbiq sahəsini müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, İXM-in 327.2-ci maddənin tətbiqi üçün sürücünün qadağanedici svetofor siqnalı (qırmızı siqnal (işıq)) qüvvədə olduğu halda hərəkəti davam etdirməsi, yəni yolu keçməsi və ya hərəkətini istiqamət üzrə davam etdirməsi tələb olunur. Halbuki, sürücü svetoforun yalnız sağa dönməyə icazə verən yaşıl siqnalını rəhbər tutaraq sola dönməyə cəhd etmiş, nəticədə qırmızı siqnalın qüvvədə olduğu istiqamətə daxil olaraq 1.12 üfüqi yol nişanını (stop-xətt) keçmiş və qadağan olunmuş mövqedə dayanmışdır. Bu hal sürücünün yol nişanına riayət etmədiyini göstərir. Nəqliyyat vasitəsi hərəkətə davam etməsə də, sürücünün qadağan olunmuş istiqamətə daxil olması və stop-xəttin səbəbsiz keçilməsi artıq X5 pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə bu xüsusatları nəzərə alaraq pozuntuya hüquqi qiymət verərək belə qənaətə gəlir ki, sürücünün törətdiyi inzibati xəta İXM-in 327.2-ci maddənin deyil, 327.1-ci maddənin tənzimlədiyi hallar kateqoriyasına aiddir, çünki burada hərəkətin qırmızı siqnalla davam etdirilməsi yox, yol nişanlarına və svetofor istiqamət göstərişlərinə əməl olunmaması ön plandadır, başqa sözlə əsas pozuntu yol nişanlarının və işarələrinin tələblərinə əməl edilməməsi olmuşdur. Buna görə də tətbiq edilmiş inzibati məsuliyyət tədbiri qanuna və konkret hadisənin hüquqi xarakterinə uyğun hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3270/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3270/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver