Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3807/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X7 nümayəndəsi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X3 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində MN ******* saylı, 18.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt” xidmətinə Abşeron rayon Masazır qəsəbəsi, Duz zavodu, massiv 2, ev 3, mənzil 3-də yaşayan Abdullayev Elşad tərəfindən Binəqədi rayonu, Binəqədi gölünə kanalizasiya axıdılması, ətrafına zibil tökülməsi və balıqların ölməsi ilə bağlı daxil olmuş müraciət yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi E.Abdullayev yazılı izahatında gölə balıq tutmağa gedəndə, həmin gölün ətrafinda zibilliyin olduğunu və balıqların öldüyünü müşahidə etdiyini bildirmişdir. Əraziyə baxış keçirilən zaman X4 tərəfindən vətəndaş X1 Binəqədi qəsəbə ərazisindəki Binəqədi gölünün yaxınlığında istifadəsində olan 15000 kv/metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün mülkiyyətinə ayrılması ilə bağlı 14 fevral 2007-ci il tarixli, 243/1 nömrəli məktub verdiyi məlum olmuşdur. Torpaq sahəsinin eskiz layihəsində ərazinin Binəqədi gölünün yaxınlığında göstərildiyi müəyyən edilmişdir. Gölün kənarında yerləşən torpaq sahəsinə qarışıq süxur və bərk tullantıların gətirilərək boşaldılması müəyyən edilmişdir. Əraziyə tullantılar avtomobillər vasitəsi ilə gətiririlərək, günün müxtəlif vaxtlarında boşaldılır. Sahəyə gətirilən qrunt və qarışıq süxur torpaq sahəsinin kənarının bərkidilməsi istifadə olunur. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunmasi Xidməti tərəfindən balıqların tələf olması səbəblərini araşdırarkən məlum olmuşdur ki, iyul ayı ərzində atmosfer havası temperaturunun anomal yüksəlməsi nəticəsində göldə suyun temperaturu qalxmış və suda həll olunmuş oksigenin miqdarı balıqların yaşaması üçün qeyri-optimal səviyyədə olmuşdur. Binəqədi gölünə iki yerdən kanalizasiya sularının axıntısı müşahidə edilmişdir. Axıntı açıq şəkildə qazılmış kanal və yeraltı çəkilmiş sular vasitəsilə olduğu məlum olmuşdur. Şəxs ASC-nin Su tikinti müəssisəsi tərəfindən göl yaxınlığında olan fərdi yaşayış evlərində əmələ gələn kanalizasiya sularınının axıdılması üçün gölə tərəf çəkilmiş boru xəttinin olduğu aşkar olunmuşdur. Araşdırma müddətində boru xətlərinin çəkilməsi üçün ekoloji ekspertiza rəyi sənədləri təqdim olunmamışdır. Deyilənlərin nəzərə alınaraq Şəxs Açıq Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs X7 nümayəndəsi X5 izahatında bildirmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş coxsaylı ərizələrdə Binəqədi rayonu, Binəqədi gölü ətrafında mərkəzləşdirilmiş yeni kanalizasiya xətlərinin çəkilməsinə və çirkab sulan axıntısının qarşısının alınmasına köməklik göstərilməsi barədə müraciətlər olmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti ərazinin su və kanalizasiya şəbəkəsi xidmətinin yaxşılaşdırılması və ərazidə yaranmış antisanhar vəziyyətin aradan qaldırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq yeni mərkəzləşdirilmiş kanalizasiya xətinin çəkilməsi istiqamətində zəruri tədbirlər görülməsi məqsədilə Şəxs X9 bildiriş ünvanlanmışdır. Qeyd olunan ünvan Dövlət Neft şirkətinə məxsus neft-qaz əməliyyatlarının aparıldığı ərazidir. Ərazidə müvafiq infastrukturların yaradılması nəzərə alınmadan fərdi yaşayış evlərinin tikinti-quraşdırma işlərinin intensiv aparılması nəticəsində ərazidə formalaşan tullantı sularının kənarlaşdırılması vətəndaşlar tərəfindən tikinti norma və qaydaların tələblərinə uyğun olmayaraq inşa olunmuş kanalizasiya xətləri və açıq kanallar vasitəsi ilə Zəli gölünə axıdılır. Qeyd olunan ərazidə açıq kanala axıdılan tullantı sularının təsiri nəticəsində ekoloji və sanitar-epidemioloji vəziyyətin pozulması ilə əlaqədar Şəxs Açıq Səhmdar Cəmiyyətinə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq Cəmiyyətin daxili imkanları hesabına açıq kanalların müvəqqəti qapalı sistemə keçirilməsi üzrə tikinti-quraşdırma işləri icra olunmuşdur. Həmin ərazidə Şəxs Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsi yoxdur və cəmiyyət tərəfindən yalnız mövcud açıq kanalların müvəqqəti qapalı sistemə keçirilməsi hərəkəti reallaşdırılmışdır. Buna görə də «Azərsu”X11 barəsində 18.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş hüquqi şəxsin və Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin çıxışlarını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayonu, Binəqədi gölü ətrafında çirkab suların axıdılması üçün aparılan tikinti işləri ilə əlaqədar təmizləyici qurğu olmadan çirkab suların birbaşa gölə axıdılması ilə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması nəticəsində Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27.08.2021-ci il tarxili aktından görünür ki, Binəqədi gölünə iki yerdən kanalizasiya sularının axıntısı müşahidə edilmişdir. Axıntı açıq şəkildə qazılmış kanal və yeraltı çəkilmiş sular vasitəsilə olduğu məlum olmuşdur. Şəxs ASC-nin Su tikinti müəssisəsi tərəfindən göl yaxınlığında olan fərdi yaşayış evlərində əmələ gələn kanalizasiya sularınının axıdılması üçün gölə tərəf çəkilmiş boru xəttinin olduğu aşkar olunmuşdur. Araşdırma müddətində boru xətlərinin çəkilməsi üçün ekoloji ekspertiza rəyi sənədləri təqdim olunmamışdır. Şəxs Açıq Səhmdar Cəmiyyətinin 26.11.2021-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Binəqədi gölü ətrafında yeləşən ərazi Dövlət Neft Şirkətinə məxsus neftqaz əməliyyatlarının aparıldığı ərazidir. Ərazidə müvafiq infrastrukturların yaradılması nəzərə alınmadan fərdi yaşayış evlərinin tikinti-quraşdırma işlərinin intensiv aparılması nəticəsində ərazidə formalaşan tullantı sularının kənarlaşdırılması vətəndaşlar tərəfindən norma və qaydaların tələblərinə uyğun olmayaraq inşa olunmuş kanalizasiya xətləri və açıq kanallar vasitəsilə Zəli gölünə axıdılır. Qeyd edilən kanal Şəxs ASC-nin balansında deyil və Şəxs ASC-yə heç bir aidiyyəti yoxdur. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin 12.10.2021-ci il tarixli məktubundan görünür ki, daxil olmuş coxsaylı ərizələrdə Binəqədi rayonu, Binəqədi gölü ətrafında mərkəzləşdirilmiş yeni kanalizasiya xətlərinin çəkilməsinə və çirkab sulan axıntısının qarşısının alınmasına köməklik göstərilməsi barədə vətəndaşların müraciətləri olmuşdur. Məhkəmə sübutları tədqiq edərək hesab edir ki, iş materiallarına əlavə olunmuş sənədlər Şəxs ASC-nin əməlində İXM-in 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını sübuta yetirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 266.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində MN ******* saylı, 18.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3807/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3807/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver