Məhkəmə qərarları › İş №3(001)-5213/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5213/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5213/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi ilə, Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs Qapalı Səhmdar Cəmiyyəti, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, ev 186, mənzil 67, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət tərəfindən 2025-ci ilin (rüblük) “malların istehsalı təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında” hesabat İİ rüb üzrə iyul ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda bu günədək təqdim edilməmişdir. Məhkəmə iclasında Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Şəxs Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında reyestrdən çıxarışdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, ev 186, mənzil 67, VÖEN **********-dir. Bakı şəhər Statistika İdarəsinin elektron çıxarışından görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin 2025-ci ilin ikinci rübü üzrə hesabatda iqtisadi göstəriciləri 0-dır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 23 noyabr 2000-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 30 noyabr 2000-ci ildə qeydiyyatdan keçirilmiş “Azərbaycan Respublikasında statistik məlumatların verilməsi qaydaları haqqında” Əsasnamənin: 4-cü bəndinə əsasən məxfi saxlanılmaqla kommersiya sirrini özündə əks etdirən məlumatlar da daxil olmaqla, statistik məlumatlar dövlət statistika orqanlarına və statistik müşahidə blanklarında nəzərdə tutulmuş digər ünvanlara müəyyən olunmuş qaydada və vaxtda haqqı ödənilmədən təqdim edilir. 6-cı bəndinə əsasən müəssisələr, idarələr, təşkilatlar, birliklər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün dövlət statistika hesabatının təqdim edilməsi tarixi onun aidiyyəti üzrə faktiki verildiyi gün və ya rabitə müəssisəsinin ştempelində göstərilmiş göndərmə tarixi hesab edilir. 7-ci bəndinə əsasən bir sutkaya qədər davam edən gecikmə dövlət statistika hesabatının təqdim edilməsi müddətinin pozulması, bir sutkadan çox davam edən gecikmə isə onun təqdim edilməməsi sayılır. 9-cu bəndinə əsasən statistik məlumatı imzalayan rəhbər və digər vəzifəli şəxslər, habelə fiziki şəxslər statistika müşahidələrinin, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməməyə görə, yaxud vaxtında təqdim etməməyə və ya həmin məlumatları təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin (rüblük) “malların istehsalı təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” hesabatı İİ rüb üzrə aprel ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar