Məhkəmə qərarları › İş №3(001)-6313/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6313/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6313/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonu Kəhrizli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada usta işləyən, Ağcabədi rayonu Kəhrizli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsində nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 25 oktyabr 2024-cü ildə saat 11 radələrində Binəqədi rayonu DSK yolunda “VAZ 21011 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyinə görə Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis baş serjantı Tural Vəliyev tərəfindən dayandırılmış, yoxlama zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə avtomobilin duracağa aparılacağı bildirildikdə, avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmiş, nəqliyyat vasitəsinin baqaj hissəsindən plasmas qabda benzin götürərək avtomobilin üzərinə töküb yandıracağını bildirmiş, yüksək səslə qışqırıb ərfadkarı insanlarının diqqətini cəlb etməyə çalışmaqla Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis baş serjantı Tural Vəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X5 tərəfindən 25 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 25 oktyabr 2024-cü ildə saat 11 radələrində Binəqədi rayonu DSK yolunda “VAZ 21011 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən DYPŞ-in inspektoru tərəfindən dayandırılmışdır. İnspektor ona qayda pozuntusu barədə məlumat vermişdir. Yoxlama zamanı avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı aşkara çıxmışdır. Bu səbəbdən Binəqədi RPİ-in DYPŞ-in inspektoru avtomobilin duracağa aparılacağını demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 izahatında göstərmişdir ki, Binəqədi RPİ-in DYPŞ-də inspektor vəzifəsində işləyir. 25 oktyabr 2024-cü ildə saat 11 radələrində xidmətdə olarkən Binəqədi rayonu DSK yolunda “VAZ 21011 minik” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən sürücünün qayda pozuntusuna yol verdiyini görüb onu dayandırmışdır. Yoxlama zamanı sürücü avtomobilə dair etibarnamə təqdim edə bilməmişdir. Sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Buna görə sürücüyə avtomobilin duracağa aparılacağını dedikdə, avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmişdir. Sonra nəqliyyat vasitəsinin baqaj hissəsindən plasmas qabda benzin götürərək avtomobilin üzərinə töküb yandıracağını bildirmişdir. Əraziyə post-patrul nəfərləri çağırılmışdır. Onların köməkliyi ilə benzin olan qabı Şəxs almışlar. Sonra Şəxs yüksək səslə qışqırıb ərfadkarı insanlarının diqqətini cəlb etməyə çalışmış, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in PPXB-in polis nəfəri polis kiçik serjantı X3 şahid T.V.Vəliyevin izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs 25 oktyabr 2024-cü ildə saat 11 radələrində Binəqədi rayonu DSK yolunda “VAZ 21011 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyinə görə Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis baş serjantı Tural Vəliyev tərəfindən dayandırılmış, yoxlama zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə avtomobilin duracağa aparılacağı bildirildikdə, avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmiş, nəqliyyat vasitəsinin baqaj hissəsindən plasmas qabda benzin götürərək avtomobilin üzərinə töküb yandıracağını bildirmiş, yüksək səslə qışqırıb ərfadkarı insanlarının diqqətini cəlb etməyə çalışmaqla Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis baş serjantı Tural Vəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 25 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs heç bir inzibati xəta törətmədiyi barədə izahatında göstərdiyi xüsusatları özünü müdafiə etməsi kimi qiymətləndirib rədd edir. Belə ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə şahid qismində dindirilmiş Binəqədi RPİ-in DYPŞ-in inspektoru X4 və Binəqədi RPİ-in PPXB-in polis nəfəri polis kiçik serjantı X1 izahatları və xx.xx.2024-cü il tarixli raportda göstərilənlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini, himayəsində 1 azyaşlı uşaq olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar