Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6495/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus “X7” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət edərkən YPX inspektoru tərəfindən saxlanılmışdır. Ona yaxınlaşan inspektor özünü qanunla göstərilmiş qaydada təqdim etmədən ona qanun pozub-pozmadığı haqqında suallar verməyə başlamışdır. O, inspektorun danışdığından heç nə başa düşmədiyindən saxlamanın konkret səbəbini və yol hərəkəti haqqında qanunun hansı müddəasının, hansı tələblərini pozduğunu iddia etdiyini ona aydın şəkildə bildirməyini xahiş etmişdir. Həmin inspektor qanunları lazımı dərəcədə bilmədiyindən ona aydın şəkildə bir şey izah edə bilməmişdir və qanun pozuntusunun konkret nədən ibarət olmasını birmənalı söyləməmişdir. Bütün baş verənlərdən narazı olduğunu, iddiaların əsassız olduğunu hesab etdiyini bildirsə də, aralarında mübahisə olmasına baxmayaraq inspektor inzibati tənbeh vermə haqqında protokol tərtib edərək və onu X3 təqdim etməkdən imtina edərək dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və qərarın surətini ona təqdim edərək uzaqlaşmışdır. YPX inspektoru polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 AR. İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. TP ******* saylı qərarda qayda pozuntusunun mahiyyəti konkret nədən ibarət olması göstərilməyib, "müəyyən etdi" qrafası boş saxlanılmışdır. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə səlahiyyətli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi saxlamaqla, ona protokol tərtib edərək dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə kobud qanun pozuntusuna yol vermişdir. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş məlumatlar qanunvericiliyin tələblərinə uyğun müvafiq informasiya sisteminə yerləşdirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xəta haqqında işin hallarının aşkarlanmasında xüsusi texniki vasitələrdən istifadə olunması haqda heç bir məlumat göstərilməmişdir. Göstərilənlərə əsasən TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək məhkəmədən barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlu tərəfindən təqdim edilən videoyazıya baxılarkən ilkin olaraq həmin nəqliyyat vasitəsinin onun idarə etdiyi nəqliyyat vasitəsi olmadığını bildirmişdir. Lakin sonradan X8 markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın 77KV098 olduğunu gördükdən sonra isə, həmin nəqliyyat vasitəsinin ona məxsus olduğunu etiraf etmiş, lakin təqdim edilən videoyazının qeydə alındığı xüsusi texniki vasitənin göstəriciləri olmadığından həmin sübutun qanunsuz hesab edildiyini, qeyd edilən videoyazının sübut kimi qəbul edilə bilməycəyini bidirərək məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlu bildirmişdir ki, xx.xx.2024-cü il tarixində X4 ona məxsus olan 77KV098 dövlət qeydiyyat nişanlı X8 markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba yolunun 27km-də yerdəyişmə etmiş, lakin dönmə işığından istifadə etməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində göstərilir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. X1 qanunda göstərilən tələbi yerinə yetirməmiş, dönmə işığından istifadə etməmişdir. Bununla da İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtədiyi üçün onun barəsində həmin maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 tərəfindən törədilən qayda pozuntusunu bilavasitə vizual olaraq özü aşkar etmişdir. Onun qayda pozuntusu törətməsi xidmət apardığı patrul avtomobilində quraşdırılmış videoqeydiyyat cihazı ilə də qeydiyyata alınmışdır. Həmin videogörüntünü hazırda məhkəməyə təqdim edir. X4 tərəfindən törədilmiş qayda pozuntusu bilavasitə xidmət apararkən vizual qaydada aşkar etdiyindən həmin görüntülər sistemə yerləşdirilməmişdir. Lakin vətəndaşı saxlayarkən törətdiyi qayda pozuntusu izah edilmiş, qeyd edilən videogörüntü də ona gstərilımişdir. Verilmiş suallara cavab olaraq xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın onun tərəfindən qəbul edildiyini, onun ata adının “İsrail” olduğunu, lakin qərarda texniki səhv olaraq ata adının “İsrail” əvəzinə “İsrafil” olaraq qeyd edildiyini, videoyazıdan da X2 idarə etdiyi 77KV098 dövlət qeydiyyat nişanlı X8 markalı nəqliyyat vasitəsindən öndə gedən nəqliyyat vasitəsinin dönmə işığından istifadə etməsi, X2 isə itifadə etməməsi açıq-aydın göündüyünü bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsi, qərarın isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbəh tədbiri tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd 1 dəqiqə 07 saniyədən ibarət video-görüntü mövcuddur. Video-görüntüdə “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət etdiyi sağ zolaqda yolun kənarında “Yol hərəkəti haqqında” qanunun 3 saylı əlavəsində göstərilən məlumatverici-göstərici nişanlara aid olan, yəni zolağın qurtaracağını bildirən 5.8.5 yol nişanı mövcuddur. Həmin zolaqda “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin önündə hərəkət edən **-CF-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı nəqliyyat vasitəsi sağ zolaqdan sol zolağa yerdəyişmə etməzdən öncə dönmə işıqlarından istifadə edir, lakin onun arxasınca sol zolağa yerdəyişmə edən “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xarici işıq siqnallarının köməyi ilə və ya əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etmədən hərəkətini davam etdirir. Daha sonra “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə yol patrul xidmətinin əməkdaşı tərəfindən saxla işarəsi verildiyindən həmin nəqliyyat vasitəsi biraz öndə sağa dönmə işarəsi verərək nəqliyyat vasitəsini saxlayır. Daha sonra məhkəmə iclasında iştirak edən Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlunun həmin nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşdığ müəyyən olunur. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlunun izahatlarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 42-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 42-ci maddəsinin 3-cü bəndinin tələblərinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 3 saylı əlavəsinə əsasən “məlumatverici-göstərici” nişanlara aid olan 5.8.5 yol nişanı “zolağın qurtaracağı”nı bildirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 17:12-də idarə etdiyi “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 5.8.5 yol nişanı olan sağ zolaqdan sol solağa yerdəyişmə edən zaman dönmə işıqlarından istifadə etməmiş, bununla da o, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərini pozaraq İXM-nin 327.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, əgər hərəkət zolağında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 3 saylı əlavəsinə əsasən “məlumatverici-göstərici” nişanlara aid olan 5.8.5 yol nişanı quraşdırılmışdırsa, bu nişan həmin zolağın qurtarmasını göstərir. Qeyd olunan halda isə sürücü hərəkət zolağını məcburi olaraq dəyişdirməlidir. “Yol hərəkəti haqqında” qanunda hərəkət zolağının dəyişməsi zamanı sürücünün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli olduğu imperativ göstəriş olaraq müəyyən edilmiş, digər hərəkət iştirakçılarını xəbərdar etmək mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifəsi kimi müəyyən edilmişdir. X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zolaqdan digər zolağa keçən zaman xarici işıq siqnallarının köməyi ilə siqnal verməmişdir. Videoya baxış zamanı da “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xarici işıq siqnallarının nasaz olmadığı, eyni zamanda əl ilə də işarə vermədiyi müəyyən edilir. Bundan başqa X4 məhkəməyə təqdim edilmiş videogörüntünün qeydə alındığı cihazın xüsusi texniki vasitə olması, həmin xüsusi texniki vasitənin göstəricilərinin qərarda göstərilmədiyi üçün sübut kimi qəbul edilə bilməməsi barədə bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xüsusi texniki vasitələrin köməyi ilə deyil, Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlu tərəfindən xidmət apararkən, vizual qaydada bilavasitə aşkar edilmişdir. Eyni zamanda İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Təqdim edilmiş həmin videoyazıda da “X8” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aydın şəkildə müəyyən edildiyindən və həmin video yazıda göstərilənlər yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə İsrail oğlunun izahatı ilə uyğunluq təşkil etdiyindən məhkəmə hesab edir ki, həmin videoyazı sübut kimi qəbul edilməli, şikayət vermiş şəxsin göstərdiyi xüsusatlar isə onun barəsində qanuni tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə yönəlmiş özünümadafiə üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə X4 hərəkət zolağının dəyişən zaman xarici işıq siqnallarının köməyi ilə digər hərəkət iştirakçılarını xəbərdar etməyərək üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, yerdəyişməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6495/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6495/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver