Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6714/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) nümayəndəsi X1, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) nümayəndəsi X3 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən 30 sentyabr 2024-cü il tarixdə idarəyə daxil olmuş sorğu tərəflərindən 04 oktyabr 2024-cü il tarixdə cavablandırılmışdır. Ona görə də, məhkəmədən idarə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X4 bildirmişdir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Nazirlər Kabinetinin 04 noyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirildiyindən həmin qurum artıq Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmaqdadır. Hesab edirlər ki, tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə idarənin heç bir təqsiri yoxdur, çünki verilmiş sorğuya idarə tərəfindən vaxtında cavab verilmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. DİN-nin DYP portal çıxarışından və SX039656755AZ kodlu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ünvanına onun mülkiyyətində olan “Honda Accord” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən sorğu verilmiş və həmin sorğu idarə tərəfindən qəbul edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
8. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) “Digər təşkilatlardan daxil olan sənədin qeydiyyat nəzarət vərəqəsi” üzrə protal çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 daxil olmuş sorğu xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
9. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) “Çıxış sənədlərinin qeydiyyat vərəqəsi” üzrə portal çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 daxil olmuş sorğuya idarə tərəfindən xx.xx.2024-cü il tarixdə cavablandırılmış və sistemdə qeydiyyata alınmışdır.
10. "xxxx" MMC-nə məxsus göndərilmə qəbzi və reyestrdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 daxil olmuş sorğuya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada cavab verilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Göründüyü kimi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən balansında olan “Honda Accord” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat 04 oktyabr 2024-cü il tarixdə, yəni qanunveriliklə nəzərdə tutulmuş müddət ərzində verilmişdir. Belə olan halda aydın olur ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mümkünsüzdür.
12. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan SX039656755AZ kodlu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən müəyyən edilir ki, həmin xəbərnamə İXM-in göstərilən tələblərinə riayət edilmədən tərtib edilmişdir.
13. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 14 .İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
15. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
19. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Azərbaycan Respublikasının Təhsil İnstitutu) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova