Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7251/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12.*8.2*25-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: *2.1*.2*25-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Binəqədi Rayon Polis İdarəsinin *8.*9.2*25-ci il tarixli 3-13-46/2-41457/2*25 nömrəli məktubu ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12.*8.2*25-ci il tarixli İXP ******* nömrəli Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1**.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 1**.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları). Qeyd olunmalıdır ki, inzibati məsuliyyətin tətbiqi üçün əsas şərt barəsində iş aparılan şəxsin dəqiq identifikasiyasıdır. Hüquqi şəxs barəsində tərtib edilən protokolda onun VÖEN-i göstərilmədiyindən və əlavə edilmiş sənədlərdə ziddiyyətli məlumatlar olduğundan, belə protokol hüquqi şəxs barədə birmənalı məlumat təqdim etmir. Belə ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin adı Şəxs və əlavə edilmiş sənədlərdə VÖEN kimi 1**8531**1 göstərilsə də, lakin həmin VÖEN başqa hüquqi şəxsə aid olmaqla yanaşı, elektron informasiya ehtiyatında "xxxx" MMC adı ilə fəaliyyət göstərən hüquqi şəxs ümumiyyətlə aşkar edilmir. Təbiidir ki, bu halda da inzibati məsuliyyətin subyekti şübhə doğurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 1*6.*-cı və 1*6.*.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 1*9.1-ci və 1*9.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *4 noyabr 2*2*-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 1*9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1*6 və 1*9-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12.*8.2*25-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7251/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7251/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver