Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-991/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 E ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 399-cu maddəsi (vəkil adından qanunsuz istifadə) ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Binəqədi rayon Prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 399-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla ilə birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmayan Tağıyev X2 Respublikasında aldığı ali hüquq təhsili haqqında diplomu Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən nostrifikasiya etmədən gəlir əldə etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, 319 A-319 X ünvanında yerləşən “ASİAS Hüquq Şirkəti MMCni təsis etməklə həmin şirkətin girişinin üzərində,habelə “Facebook” sosial şəbəkəsindəki hesabında mülki, cinayət, mənzil, inzibati, ailə və digər sahələri üzrə, həmçinin məhkəmələrdə və dövlət orqanlarında müdafiəni təqdim etdiyini nümayiş etdirərək “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etmədən gəlir əldə etməklə vəkil adından qanunsuz istifadə etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, “xxxx” MMC-nin rəhbəridir.Onun bu fəaliyyəti həyata keçirməkdə məqsədi vətəndaşların hüquqi yardıma olan tələbatı ilə bağlıdır.Belə ki, o, “xxxx” MMC-ni cari ilin yanvar ayında təsis etmişdir.Halhazırda, MMC-nin yerləşdiyi ünvanda ondan başqa heç kəs işləmir, lakin o, gələcəkdə MMC-yə müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış vəkilləri cəlb etməyi planlaşdırır.Onun qeyd olunan hüquq şirkətini təsis etməkdə məqsədi vətəndaşlara hüquqi yardım göstərmək, onları lazımi sahə üzrə vəkillərə yönəltməkdən ibarətdir.Əlavə olaraq Şəxs bildirmişdir ki, o, heç vaxtı özünü vəkil kimi vətəndaşlara təqdim etməmişdir.Sadəcə olaraq Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, 319A-319X ünvanında yerləşən “xxxx MMC-ni təsis etməklə həmin şirkətin ofisinin girişinin üzərində, habelə “Facebook” sosial şəbəkəsindəki hesabında mülki, cinayət, mənzil, inzibati, ailə və digər sahələri üzrə, həmçinin məhkəmələrdə və dövlət orqanlarında müdafiəni təqdim edən məlumatlar yerləşdirmişdir.Sonradan bunun doğru olmadığını və qanunvericiliklə qadağan olunduğunu başa düşərək həmin məlumatları silmişdir.Məhkəmə baxışı zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olduğunu, təqsirini etiraf etdiyini və gələcəkdə bu kimi hallara yol verməyəcəyini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərarı tərtib edən orqan Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Buna görə də, məhkəmə Binəqədi Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 399-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan təsis sənədlərinə və Şəxs özünün izahatına əsasən məlum olur ki, Şəxs tərəfindən “xxxx” MMC cari ilin yanvar ayında təsis edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən məlum olur ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən,Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi,ev 44E ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 399-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən İXM-nin 399-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir.Qeyd olunan maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə İXM-nin 43.1-ci maddəsinin tələbinə müvafiq olaraq rayon (şəhər) məhkəmələri baxırlar. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 4cü maddəsinin ikinci bəndinə əsasən, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati münasibətlərə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konsitusiya Məhkəməsində təmil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. Həmin Qanunun 8-ci maddəsinin birinci bəndinin tələblərinə görə, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq müddətdə fəaliyyət göstərən, ixtisas üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, ixtisas Komissiyasında peşə yaralılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanın tədris-elmi müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər. İş materiallarından görünür ki, Şəxs fəaliyyəti yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun olmamış və o, vəkil adından qanunsuz istifadə etmişdir. Hesab edirəm ki, aşağıdakılara əsasən Şəxs İXM-nin 399-cu maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, son dövrlər Azərbaycan Respublikasında vəkillik institutunun inkişafı ilə bağlı davamlı hüquqi islahatlar aparılmış, məhkəmə hüquq islahatları çərçivəsində insan-hüquq və azadlıqlarının müdafiəsinin daha da mükəmməl təmin edilməsi üçün mühüm işlər görülmüşdür.Hal-hazırda, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» xx xxxxxx 1999-cu il tarixli qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.Həmin qanunun 4.1-ci maddəsinə əsasən yalınz Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Həmçinin, xx xxxxxx 2018-ci il tarixdə qüvvəyə minmiş dəyişikliklərə əsasən, vəkil olmayan şəxslərin, yəni nümayəndələrin məhkəmədə iştirakı məhdudlaşdırılmış və məhkəmələrdə vətəndaşların daha yüksək peşəkar hüquq təhsilinə malik və Vəkillər Kollegiyasının üzü olan şəxslər tərəfindən təmsil və müdafiə olumasını təmin edən bir sıra qanunvericik aktları qəbul olunmuş və müvafiq Məcəllələrə dəyişikliklər edilmişdir. Hal-hazırda, qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinin son redaksiyasına əsasən məlum olur ki, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər.Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti yazılı qaydada rəsmiləşdirilməlidir.Yəni, həmin qanunvericiliyin mənasından aydın olur ki, yaxın qohum və vəkil istisna olmaqla digər şəxslərin (hüquqi şəxslərin təmçilçiliyi istisna olmaqla) mülki işlərdə iştirakına qanunvericilik yol vermir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.1-ci maddəsinə əsasən cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinin tələbinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərərçəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “ASİAS Hüquq Şirkəti MMC-ni təsis etməklə həmin şirkətin ofisinin girişi üzərində,habelə “Facebook” sosial şəbəkəsindəki hesabında mülki cinayət, mənzil, inzibati, ailə və digər sahələri üzrə, həmçinin məhkəmələrdə və dövlət orqanlarında müdafiəni təqdim edən məlumatın yerləşdirməsi özü də tamamilə qanunsuz olmuşdur və bu fakt vətəndaşlarda vəkillik təsisatına inamın sarsılmasına yönələn qanunsuz hərəkət kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə vətəndaşlara zəruri hüquqi yardımın göstərilməsi üçün yetərli sayda vəkilin olmaması və bununla bağlı vəkil olmayan hüquqşünaslar tərəfindən də bu fəaliyyətin həyata keçirilməli olması ilə bağlı əks arqumentlərlə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasında Vəkillik İnstitutunun inkişafı bütün sahələri əhatə etmiş, Vəkillər Kollegiyasının üzvlərinin sayı son 14 il ərzində 600 nəfərdən 931 nəfərə, xüsusilə son 3 ildə isə artırılaraq 931 nəfərdən 1 844 nəfərə, Vəkil Qrumlarının sayı isə son 3 ildə 39-dan təxminən 100 çatdırılmış, Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkil qrumları yeni ofis binaları ilə təmin olunmuş və yaxud əsaslı təmir etdirilmiş və vəkillərin rahat fəaliyyət göstərməsi üçün bütün texniki avadanlıqlarla təchiz olunmuşdur.Bundan başqa, bölgələrdə yaşayan vətəndaşlara keyfiyyətli hüquqi yardımın təmin olunması üçün bölgələrdə yeni vəkil büroları təsis edilmişdir.Həmçinin, Regionlarda fəaliyyət göstərən, icraatında olan işlərlə bağlı Bakı şəhərinə müvəqqəti gələn vəkillərin Vəkillər Kollegiyasının inzibati binasında fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.Son 3 il ərzində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul ilə əlaqədar 6 dəfə imtahan keçirilmişdir, hal-hazırda daha 222 nəfər namizəd vəkil olmaq üçün zəruri prosedurlardan keçmək üzrədir.Hal-hazırda, Azərbaycan Respublikasında vəkillərin sayı hər 100 000 nəfərə görə düşən vəkillərin sayına görə dünyanın inkişaf etmiş ölkələrinə və Avropa ölkələrinə yaxınlaşmaqdadır.Butün bu faktlar onu göstərir ki, bü gün ölkədə vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi üçün bütün imkanlar yaradılmışdır və Vəkillər Kollegiyasının üzvü olmayan qeyripeşəkar şəxslərin vətəndaşlara hüquqi yardım göstərməsinə hər hansı tələbat yoxdur, həmçinin bü kimi fəaliyyət (qanunvericilikdə nəzərdə tutulmuş istisnalarla) qanunla qəti qadağandır. Bundan başqa, islahatlar çərçivəsində vəkillik fəaliyyətinin stimullaşdırılması və bu sahədə göstərilən xidmətin keyfiyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin «Vəkilliyin inkişafı barədə əlavə tədbirlər haqqında» xx.xx.2018-ci il tarixli sərəncamına əsasən dövlət hesabına göstərilən hüquq yardıma görə ödənilən haqqın məbləği 3 dəfə artırılaraq 6 manat müəyyən olunmuşdur. Eyni zamanda, son 3 il ərzində həm paytaxt Bakıda, həmdə regionlarda 20 mindən artıq müxtəlif mübahisələr üzrə az təminatlı şəxslərə Kollegiyanın müxtəlif Vəkil Qrumları və vəkilləri tərəfindən pulsuz hüquqi yardımlar göstərilmişdir. Həmçinin, Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq əlaqələri xeyli genişləndirilmiş, qonşu dövlətlər –Türkiyə, Rusiya, Gürcüstan Respublikasının müvafiq qurumları ilə sıx əlaqələr qurulmuş, 2020-ci ildə Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyasının (UİA) və Asiya və Okeanı Ölkələrinin Hüquq Assosiasiyasının (LAVVASİA) üzvü seçilmişdir. Bundan başqa, vəkillikdə innovasiyaların tətbiqi-elektron xidmətlərin tətbiqinə başlanılmış və vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qrumlarının və vəkillərin onlayın reyestri yaradılmış, hər bir vəkil üçün «elektron kabinet» istifadəyə verilmiş, həmçinin vəkillər «Elektron məhkəmə» informasiya sisteminə inteqrasiya olunmuşdur. Aparılan islahatlara baxmayaraq az da olsa vəkillik institutunun nüfuzunu cəmiyyətdə aşağı salmağa çalışan və vəkil olmayan şəxslərin qanunsuz fəaliyyətinə də rast gəlinir ki, təqsirləndirilən şəxs Şəxs qanunsuz fəaliyyəti də bu qəbildəndir.Buna görə də, məhkəmə hesab edir ki, qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olan, bununla da vətəndaşların əsaslı olaraq şikayətlərinə zəmin yaradan hallara və şəxslərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməli və bu kimi hallara yol verən şəxslər qanunvericiliyə uyğun olaraq cəzalandırılmaldır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi il ərzində ilk dəfə inzibati xəta törətdiyi, onun təqsirini etiraf etməsi,əməlindən səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 399-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 399-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-ci maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-991/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-991/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver