Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1429/2021 17.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi inzibati tənbeh tətbiq olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Qaradağ Rayon Məhkəməsinə X4 Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 26.11.2021-ci il tarixli, 00100-2421/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) 15 iyul 2021 -ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0093 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08,2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti - 4 ay, yəni 15 noyabr 2021 -ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini (qaydalarını) pozmuşdur. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış 25 noyabr 2021ci il tarixli raportdan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/030127 nömrəli 19.11.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Bos Şeif’ MMC tərəfindən **********0093, **********6283, **********4102, **********4383 və **********5951 sorğu nömrəli GB-ləri ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Salyan şosesi 83 ünvanda yerləşən H.Əliyev adına X2 saxlanca qoyulan hüquqi şəxs Şəxs (VÖEN **********) tərəfindən **********0093, **********6283, **********4102, **********4383 və **********951 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilən mallar yoxlanıldıqda saxlanca qoyulduğu həmin yerdə toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. Beləliklə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 05 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********6283 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük prosedura altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın sonmüddəti-4ay,yəni 05 noyabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirılmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini(qaydalarını) pozmuşdur. Bundan başqa, hüquqi şəxs Şəxs (VÖEN**********) 12 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********4102 sorğu nömrəli, **********4383 Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti -4 ay, yəni 12 noyabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini (qaydalarını) pozmuşdur. Bundan başqa, hüquqi şəxs Şəxs (VÖEN **********) 12 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********4102 sorğu nömrəli, **********4383 Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti - 4 ay, yəni 12 noyabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesı 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan, saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətim (qaydalarını) pozmuşdur. Bundan başqa, hüquqi şəxs Şəxs (VÖEN **********) 12 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********6283 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’nın 3.2- ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti — 4 ay, yəni 13 noyabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesı 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini (qaydalarını) pozmuşdur. Bundan başqa, hüquqi şəxs Şəxs (VÖEN **********) 15 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********6283 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli 27.08.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarf’nın 3.2- ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilməli olduğu halda, həmin qaydalardakı malların saxlancın son müddəti - 4 ay, yəni 15 noyabr 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Salyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini qaydalarını) pozmuşdur. Göstərilənlərə əsasən, hüquqi şəxs “Bos Şelf’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********0093, **********6283, **********4102, **********4383 və **********5951 sorğu nömrəli Gömrük bəyannamələri üzrə saxlanc müddətinin pozulmasına görə əməlində 4 ayrı halda, müxtəlif vaxtlarda törədilmiş Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan qanuna müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. 23.11.2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən **********0093, **********6283, **********4102, **********4383 və **********5951 sorğu nömrəli GB üzrə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar Bakı şəhəri Səlyan şossesi 83 ünvanda yerləşən “Boş Şelf’ MMC-yə məxsus anbarda toxunulmadan toxunulmadan saxlanılır. 26.11.2021-ci il tarixli, 00100-2421/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Məsuliyyətli Cəmiyyəti nümayəndəsi X1 26.11.2021-ci il tarixli, 00100- 2421/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 27.08.2013-cü il tarixli, 229 saylı qərarının 3.3-cü maddəsinə əsasən “Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.” Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X4 Məsuliiyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, Şəxs tərəfindən **********0093 sorğu nömrəli, 15.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların qanunla müəyyən edilmiş müddəti 15.11.2021-ci il tarixdə bitsə də, adı çəkilən şirkət tərəfindən qeyd olunan mallar rəsmiləşdirilməmiş və ya tərəflərindən digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X4 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1429/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1429/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver