Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1790/2020 13.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi X1, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndəsi X2 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının “Təlim-Tədris Mərkəzi” barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən İnzibati Xətalar Məcəlləsinin 239, 237.2 və 264.0.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının “Təlim-Tədris Mərkəzi” barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən İnzibati Xətalar Məcəlləsinin 239, 237.2 və 264.0.1-ci maddələri ilə inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi X4 öz izahatında tərtib edilmiş protokolu müdafiə etsə də yazılı vəsatət təqdim edərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının “Təlim-Tədris Mərkəzi”nin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olmuş və formalaşan çirkab sularının təmizlənməsi məqsədilə quraşdırılmış X3 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin birbaşa balansında olduğunu bildirərək bu iş üzrə inzibati məsuliyyətə “Təlim-Tədris Mərkəzi”ni yox, hüquqi şəxs olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndəsi X5 məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinin əməkdaşları tərəfindən “xxxx” QSC-nin X8 ərazisində yerləşən “Astra” tipli Bioloji Qurğunun yoxlanılması nəticəsində qüsur protokolu tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq istər Azərbaycan Dövlət Dəniz Akademiyası, istərsə də “xxxx” QSC-nin müəssisəsi olan X9 dərslər və təlimlər tam dayandırıldığından, sonradan isə onlayn icazə verildiyindən TTM-in maddi vəziyyəti olduqca ağırdır, nəzərə alsaq ki, həmin qurğunun yenilənməsi və başqası ilə əvəz olunması barədə “xxxx” QSC və “xxxxxx” ASC və SOCAR şirkəti ilə müqaviləyə uyğun danışıqlar aparılmış, müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda bildirmişdir ki, bioloji qurğudan hal-hazırda üç təşkilat (SOCAR-ın X12, Dalğıc xidməti və s.) istifadə edir. X8 istifadəsində olan bütün “xxxx” QSC-nin avadanlıq İstehsalat Xidmətləri İdarəsinin balansında olmasına baxmayaraq, TTM-in fəaliyyətini təmin edən (qaz, su, tullantılar və TTM) təşkilatlar ilə müvafiq müqavilələr bağlanmışdır. Buna baxmayarq 2020-ci ilin may ayında bioloji qurğunun təmiri nəzərdə tutulmuşdur. Lakin COVİD-19 koronavirusla bağlı karantin elan olunduğu üçün təmir işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli 61196 nömrəli aktdan da aydın görünür ki, inzibati xətanın törədilməsində bir neçə hüquqi şəxsin, yəni SOCAR-ın Dalğıc-qəza-xilas etmə idarəsi, SOCAR-ın X12 və Azərbaycan Dövlət X6 Tədris Mərkəzinin adları qeyd olunmuşdur. Lakin inzibati protokol tərtib olunarkən hüquqi şəxslərin hansının təqsirli olması barədə ətraflı araşdırma aparılmamışdır. Bu səbəbdən də hesab edirlər ki, əlavə müəyyən edilməli halların araşdırılmasına ehtiyac vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinə əsasən ətraf mühitin mühafızəsi sağlamlıq əleyhinə yaxud maliyyə, vergi, rüsum, gömrük işi və digər inzibati xətalar aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Əlavə olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənəd sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədilə hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 83-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Qeyd olunanlara əsasən inzibati xətanın törədilməsində təqsiri olan hüquqi şəxslərin müəyyən edilməsi üçün müvafiq orqanlardan əlavə məlumatların tələb edilməsini, iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən məsələnin həll edilməsi üçün ekspertiza təyin edilməsini və yuxarda göstərilən məsələlər aydınlaşdırıldıqdan sonra iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, daxil olmuş inzibati materialı, o cümlədən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının “Təlim-Tədris Mərkəzi” barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, məhkəməyə daxil olmuş inzibati material natamam olduğundan və məhkəmə baxışı zamanı bu natamamlıq aradan qaldırıla bilmədiyindən inzibati material geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı barəsində protokol tərtib edilmiş “Təlim- Tədris Mərkəzi”nin hüquqi şəxs olub-olmaması, “Astra” tipli bioloji qurğunun hansı təşkilatın balansında olması, həmin qurğunun norma daxilində işləməsinə cavabdeh olan şəxsin hansı təşkilat olması, eləcə də həmin qurğunun istismar qaydalarının pozulması və suların ilkin uçot qeydiyyatının aparılmasına hansı hüquqi şəxsin məsul olması araşdırılmamışdır Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının “Təlim-Tədris Mərkəzi” barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənİnzibati Xətalar Məcəlləsinin 239, 237.2 və 264.0.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi (alındığı) vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1790/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1790/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver