Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1988/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin texniki notmativ şöbəsinin baş məsləhətçisi X2, "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı iilə, "xxxx" (Azərbaycan) ASC-nin barəsində İXM-nin 268.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 06 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Bakı-Salyan yolunun 30-cu km ünvanında qeydiyyatda olan "xxxx" (Azərbaycan) ASC-də 06 sentyabr 2023-cü il tarixədək RT yoxlama zamanı müəyyən olunmuşdur ki, İŞMİ ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilmir, istismar müddəti bitmiş İŞMİ istehsalçıya geri qaytarılmır, və bununla da Azərbaycan Respublikası 30 dekabr 1997-ci il tarixli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunun 14-cü maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta 06 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də "xxxx" (Azərbaycan) ASC barəsində İXM-nin 268.0.1-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin texniki notmativ şöbəsinin baş məsləhətçisi X4 öz izahatında göstərmişdir ki, 04-08 sentyabr tarixlərdə "xxxx" (Azərbaycan) ASC-də Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı altı pozuntu aşkar edilmişdir. Belə ki, radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiyası nəticəsində 4 ədəd Cf-252 izatopu göstərilməmiş, fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotu aparılmamış, radioloji şəraitin istehsalat nəzarəti tam həcmdə aparılmamış, istismar müddəti bitmiş ionlaşdırıcı şüalanma mənbələri istismardan çıxarılmamış, istismar müddəti bitmiş ionlaşdırcı şülanma mənbələrinin istehsalçıya qaytarılması həyata keçirilməmiş, müəssisəyə daxil olmuş ionlaşdırıcı şüalanma mənbələri idxal-ixrac jurnalında qeydə alınmamışdır. Bütün bunlara əsasən "xxxx" (Azərbaycan) ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 öz izahatında barələrində tərtib edilmiş protokolu qismən qəbul edərək göstərmişdir ki, 04-08 sentyabr tarixlərdə "xxxx" (Azərbaycan) ASC-də Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı altı adda pozuntu aşkar edilsə də bunlardan dördü artıq aradan qaldırılmışdır. Qalan iki pozuntu isə şirkətin özündən asılı olmayan səbəblərdən meydana çıxmışdır. Bunlar istismar müddəti bitmiş ionlaşdırıcı şüalanma mənbələri istismardan çıxarılmaması və istismar müddəti bitmiş ionlaşdırcı şülanma mənbələrinin istehsalçıya qaytarılmasıdır. Belə ki, sementin keyfiyyətini yoxlamaq üçün istifadə olunan dörd ədəd radiaktiv mənbələri Avstraliyada yerləşən xüsusi təyinatlı şirkətə geri qaytarmaq üçün "xxxx" (Azərbaycan) ASC danışıqlar aparmış, lakin bu uğursuz olduğu üçün Nazirlər Kabinetinə müraciət edərək sözögedən izotopların Azərbaycanda xüsusi paliqonlarda basdırılması üçün müraciət etmişlər. Lakin Nazirlər Kabineti tərəfindən "xxxx" (Azərbaycan) ASC-yə ünvanlanmış məktubda istismar müddəti başa çatmış izotopların ölkədən çıxarılmalı olduğu bildirilmişdir. Bundan sonra onlar yenidən həmin şirkətlə danışıqlara keçmiş və istismar müddəti bitmiş izotopları ölkədən çıxarmaqla bağlı çətinliklə də olsa, külli miqdarda vəsait hesabına razılığa gəlmişlər. Bu səbəbdən də qeyd olunan pozuntunun aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəklər. Qeyd etdiklərinə əsasən "xxxx" (Azərbaycan) ASC barəsində aşağı həddə iznibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" (Azərbaycan) ASC Azərbaycan Respublikası İXM-nin 268.0.1-cü maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" (Azərbaycan) ASC Azərbaycan Respublikası İXM-nin 268.0.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1988/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1988/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver