Məhkəmə qərarları › İş №3(002)-2493/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2493/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2493/2020 09.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı şəhəri, Nərimanov rayonu, X9 ev 17, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra -Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:11 -də Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postunda sərhəddən keçirilməklə -44BF294/42ZA002 nömrə nişanlı yük avtomobilində İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınan yüklərdən hər bağlaması 10 manat olmaqla bir bağlamada 10 ədəd sayda dan 100 manat dəyərində 10 bağlama və hər bağlaması 14 manat olmaqla bir bağlamada 14 ədəd sayda olan 4228 manat dəyərində olan 302 bağlama stomatoloji plasmas qəliblərdən ibarət az miqdarda, 4328 manat dəyərində malları xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2708 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən “plasmasdan məmulatlar (vedrə, qapaq, boru) kimi qeyd edərək düzgün bəyan etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx xxxxxxxx 2020ci il tarixdə saat 18:30-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ауrı-ауrı şəxslərlə məxsus yükləri daşıyan 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yarımqoşqusunda X3 adına 151 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən, Bakı Baş Gömrük idarəsində **********2708 sorğu nömrəli gömrük 1-ci mal mövqeyində bəyan edilən 3 yerdən ibarət plasmas məmulatlar yükünün 3 yerində faktiki olaraq hər sellofan bağlamada 14 ədəd olmaqla 302 bağlama və hər sellofan bağlamada 10 ədəd olmaqla 10 bağlama stomatoloji plastmas qəlib, hər bağlamada 4 ədəd sayda olmaqla 100 bağlama stomatoloji şüşə, hər dəstdə 10 növdə olmaqla 80 dəst stomatoloji breket-məftil, 192 ədəd breket təmizləmək üçün çöp, hər bağlamada 20 ədəd sayda olmaqla 44 bağlama breket dəmiri, hər bağlamada 100 ədəd sayda olmaqla 10 bağlama breket rezin dəst və 31 ədəd diş üçün birləşdirici şurupdan ibarət stomatoloji ləvazimatlar aşkar edilərək götürülmüşdür Yoxlama aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobolindəki yüklər “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusundan keçirilərkən **********2708 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 53 yerdən ibarət plastmasdan məlumatlar yükünün 3 yerini təşkil edən eyni sayda qutuda şübhəli cizgilər müşahidə edilmişdir. Müşahidə edilən şubhəli cizgilərə görə də malların ayrı-ayrılıqda açılıb ətraflı yoxlanılmasına zərurət yaranmışdır. Həmin qutular halşahidlərinin iştirakı ilə ayrı-ayrılıqda açılaraq yoxlanılmışdır. Yoxlama nəticaəsində avtomobilin yarımqoşqusunda 53 yerdən ibarət plastmasdan məlumatlar yükünün 3 yerində faktiki olaraq hər sellofan bağlamada 14 ədəd olmaqla 302 bağlama və hər sellofan bağlamada 10 ədəd olmaqla 10 bağlama stomatoloji plastmast qəlib, hər bağlamada 4 ədəd olmaqla 100 bağlama stomatoloji şüşə, hər dəstdə 10 növdə olmaqla 80 dəst stomatoloji breket məftil, 192 ədəd breket təmizləmək üçün çöp, hər bağlamada 20 ədəd olmaqla 44 bağlama breket dəmiri, hər bağlamada 100 ədəd olmaqla 10 bağlama breket rezin dəst və 31 ədəd diş üçün birləşdirici şurupdan ibarət stomatoloji ləvazimatlar aşkar edilərək götürülmüşdür. Yoxlama xx.xx.2020-ci il tarixdə saat 19:30-da başa çatmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/3841 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda stomotoloji ləvazimatların ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 9302.00 manat müəyyən edilir. Həmin ləvazimatların ayrl-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İnzibati xəta haqqında iş üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 00100-2012/20 nömrəli İnzibati xəta haqqında iş üzrə 4328 manat dəyərində 312 bağlama stomatoloji plastmast qəlibləri düzgün bəyan etməmə faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati araşdırma başa çatdırılmış, ümumi dəyəri 4974 manat təşkil edən 400 ədəd stomatoloji şüşə, 80 parkt “Niti Archwire” markalı stomatoloji breket məftil, 192 ədəd “X6” markalı, 44 qutu “Orthontic Brackets” markalı, 10 paket breket rezin dəst, 31 paket birləşdirici şurupdan ibarət stomatoloji əşyaları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirmə faktına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə ayrıca inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilən ayrıca inzibati xəta haqqında protokola onun təqsirini müəyyən etməyə imkan verən hazırki işdən əhəmiyyət kəsb edən sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmiş, inzibati xətanın bilavasitə obyekti olan predmetlərdən 312 bağlama stomatoloji plastmas qəlib Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə hazırki inzibati xəta haqqında iş üzrə maddi sübut hesab edilmiş, inzibati xətanın bilavasitə obyekti olan predmetlərdən 400 ədəd stomatoloji şüşə, 80 parkt “Niti Archwire” markalı stomatoloji breket məftil, 192 ədəd “X6” markalı, 44 qutu “Orthontic Brackets” markalı, 10 paket breket rezin dəst, 31 paket birləşdirici şurupdan ibarət stomatoloji əşyalar X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə başlanılmış ayrıca inzibati xəta haqqında iş üzrə maddi sübut hesab edilmiş, məhkəmə əmtəəşunaslıq eksoertizası tədqiqatlarına çəkilən xərc kimi 100 manat məsrəflər Şəxs MMC barəsində 00100-2012/20 nömrəli iş çərçivəsində ekspertiza təyin edildiyinə görə ödənilməsi məsələsi həmin iş üzrə həll edilməsi qərara alınmışdır. Şəxs MMC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixli 00100-2012/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin müyyən miqdarında cərimə edilməldir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 1298 (min iki yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti « Şəxs » MMC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar