Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-909/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1262/20 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, iş üzrə materiallar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(002)- 755/20 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqılar aradan qaldırılaraq yenidən xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və 06 avqust 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İtaliya Respublikasının “Rinieri S.R.L” şirkətindən 33DHM61/33DBC78 nömrə nişanlı yük avtomaşınında 96/03 saylı, 97/03 saylı invoys sənədləri ilə daxil olmuş mallar **********9690 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə müəyyən edilmiş mallara dair mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə 1400- 012/0xxxx/004553 saylı, xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Bas Gömrük İdarəsinə daxil olmuş 2200-013/0xx-xx/003586 saylı, xx.xx.2020-ci il tarixli məktuba əsasən Şəxs MMC-nin ünvanına 96/03 nömrəli, xx.xx.2020-ci il tarixli və 97/03 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədləri ilə idxal olunan yüklər XİFMN üzrə aşağıdakı kimi sinifləsdirilir:96/03 nömrəli invoysunXİF MN üzrə8433 59 850 0 kod altında traktora qoşula bilən bitki budaqlarının kəsilməsi və xırdalanması üçün qurğu, XİF MN üzrə8432 29 500 0 kod altında torpaq frezi, XİF MN üzrə8432 80 000 0 kod altındabudama qurğusu (aqreqatı), XİF MN üzrə8432 29 900 0 kod altında traktora qoşula bilən rotorlu alaqaparan,XİF MN üzrə8427 90 000 0kod altında yükləyici-qaldırıcı, 97/03 nömrəli invoysun XİF MN üzrə4010 39 000 0kod altında rezində sonsuz qayışlar,XİF MN üzrə8205 20 000 0 kod altında qara metaldan çəkic, XİF MN üzrə7318 15 900 9 kod altındabolt-qayka, XİF MN üzrə8432 90 000 0kod altında budama qurğusunun hissəsi, XİF MN üzrə7326 90 980 0 kod altındaqara metaldan sıxac (zajim), XİF MN üzrə4009 31 000 0kod altında hidravlik şlanq, XİF MN üzrə8208 40 000 0 kod altında frezin bıçağı,budama aqreqatının bıçaqları, XİF MN üzrə 7320 90 900 0 kod altında qara metaldan yay qeyd edilmişdir. Bununla da, **********9690 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 524,04 manat, ƏDV üzrə 1125,96 manat, elektron gömrük xidməti haqqı üzrə 150,00 manat, elektron gömrük xidməti üzrə ӨRU 27,00 manat olmaqla, ümumilikdə 1827,00 manat təşkil edir. Bildiririk ki, **********9158 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 8750,00 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində 00100-1139/20 nömrəli protokol tərtib edilmişdir, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “Şəxs" MMC barəsində 00100-1139/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən MMC gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin, Şəxs MMC **********0679 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1786,35 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC barəsində 00100-1167/20 nömrəli protokol, **********0636 sorğu nömrəli xx.xx.2020ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1133,17manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC barəsində 00100-1184/20 nömrəli protokol, **********3055 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 3956,94 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC barəsində 00100-1185/20 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına İtaliya Respublikasının yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, sözügedən mallar yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin sənədlərdə malların XİFMN üzrə olan kodları olduğu kimi öz əksini tapsa da, sonradan Mərkəzi Gömrük Ekspertizası idarəsinin rəyinə əsasən qeyd edilən malların kodlarının fərqli olduğu məlum olmuş, malların XİFMN üzrə kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişləri təmsil etdiyi şirkət tərəfindən tam ödənilmişdir.Göstərilənləri nəzərə alaraq təmsil etdiyi hüquqi şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-013/0xx-xx/003586 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən Şəxs MMC **********9690 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1827,00 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. "Şəxs” MMC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixli 00100-1262/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1139\20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən olunur ki, Şəxs MMC **********9690 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərini tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən hal kimi ödənilməli olan gömrük ödənişlərinin tam ödənilməsini nəzərə alıbiş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 1278,90 (min iki yüz yetmiş səkkiz manat doxsan qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-909/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-909/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver