Məhkəmə qərarları › İş №3(003)-1119/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1119/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1119/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 31 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi 25.478 ABŞ dolları məbləğində vəsaiti 09 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 25.478 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən 10 avqust 2021-ci il tarixdə həmin hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarında olan Elektron Məhkəmə portalının vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak.Murtuza Nağıyev küçəsi, ev 48A-dır. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin müddəalarını, yəni inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə baxılması bağlı tələblərinin rəhbər tutaraq və “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin hüquqi ünvanının ünvan 2aq hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 31 avqust 2021-ci il tarixli MN № ******* saylı protokol iş materialları ilə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materialı baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar