Məhkəmə qərarları › İş №3(003)-1368/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1368/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1368/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respblikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin Hava NPİ-nin X1 Baxış Bölməsinin (bundan sonra mətndə Hava NPİ İTŞ BB-nin) inspektoru, polis baş leytenantı X2, zərərçəkmiş şəxslər X4 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respblikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin Hava NPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 26 oktyabr 2021-ci il tarixdə Hava NPİ İTŞ BB-nin inspektoru, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Protokollara əsasən Şəxs xırda talama, yəni 02 avqust 2021-ci il tarixdə X6 məxsus 160 manat dəyərində “İphone 6” mobil telefonu, 23 avqust 2021-ci il tarixdə X5 məxsus 150 manat dəyərində “Redmi 8A” mobil telefonu oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Hava NPİ İTŞ BB-nin inspektoru, polis baş leytenantı X7 protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 göstərdi ki, o, özünə məxsus “Mercedes- Vito” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 02 avqust 2021-ci il tarixdə saat 04:00-də işlədiyi taksi şirkətindən gələn sifarişə əsasən o, müştərini - sonradan adını bildiyi Şəxs Xırdalan qəsəbəsindən götürərək Hava Limanına, daha sonra “Hilton” otelinə və yenidən Xırdalan qəsəbəsinə aparmalı idi. Sifarişi verən taksi şirkətinin operatoru xəbərdar etmişdir ki, müştəri avtomobilə əyləşən zaman gediş haqqını qabaqcadan ödəməyi tələb etsin. O, müştərini əyləşdirdikdən sonra gediş haqqını ödəməyi təklif etmiş, lakin müştəri bildirmişdir ki, gediş haqqını Hava Limanında qarşılayacağı qonaq ödəyəcəkdir. Hava Limanının avtodayanacağında avtomobili park etdikdən sonra müştəri avtomobili tərk edərək reys barəsində maraqlanmaq üçün terminal istiqamətinə getmiş, qayıtdıqdan sonra reysin 2 saat sonra enəcəyini bildirmişdir. Bu səbəbdən o, müştəriyə bu qədər gözləmək istəmədiyini deyərək bura qədər gediş haqqını ödəsini tələb etmiş, müştəri isə üstündə pul olmadığını bildirmişdir. Təxminən saat 01:30da Hava Limanının avtodayanacağına daxil olaraq avtomobili saxladıqdan sonra müştəri su almaq məqsədilə terminal istiqamətinə getmiş, o isə gecə namazı qılmaq üçün avtomobilin sərnişin qapısını aşaraq avtomobilində olan su çənini götürüb ayaq qoyulan yerə qoymuş və orada yuyunmağa başlamışdır. Həmin vaxt özünə məxsus “İphone 6” markalı mobil telefonu qabaq sərnişin oturacağının üzərinə qoymuş, qapının pəncərəsi açıq vəziyyətdə olmuşdur. Bir az keçdikdən sonra müştərinin ona yaxınlaşmadığını, ümumiyyətlə isə gözdən itdiyini görmüşdür. Telefonunu axtaran zaman telefonun sərnişin oturacağının üzərində olmamasını görmüş, bir nəçə dəfə ikinci telefonu ilə itən telefona zəng vurarkən kiminsə dəstəyi asdığını, daha sonra isə ümumiyyətlə telefonun söndürülməsinin şahidi olmuşdur. Polis əməkdaşlarına yaxınlaşıb telefonunun oğurlanmasını bildirmiş, onlar ona bu barədə polisə ərizə yazmasını tövsiyə etmişlər. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, həmin telefon onun bir çox məlumatlarını, həmçinin qohum-əqrəbasının xatirə şəkillərini özündə daşıdığına görə çox böyük mənəvi dəyərə malik olmuş, indiyə qədər isə qaytarılmadığından, o, özünü mənəvi ziyan çəkmiş hesab edir. Bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlinə görə müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, 22 avqust 2021-ci il tarixdə işlədiyi şirkətə sifariş əsasında müştəri qismində götürdüyü sonradan adını bildiyi Şəxs idarə etdiyi **-SK-*** dövlət nömrə nişanlı avtomobilə sərnişin kimi götürüb Xırdalan şəhərinə aparmış, orada guya qaynanasıgilə dəymək üçün gəldiyini deyən müştəri maşından düşüb getmiş, təxminən 5 dəqiqə sonra qayıdaraq Şamaxinkaya sürməyini bildirmiş, orada da maşından düşərək 5 dəqiqə sonra qayıdaraq Türkiyədən atasını dostunun gələcəyini deyib Hava Limanına sürməyi xahiş etmişdir. 23 avqust 2021-ci il tarixdə saat 01:10 radələrində Hava Limanına gələrək 1 nömrəli terminalın qarşısında olan dayanacaqda avtomobili saxlamış, sərnişin 30 dəqiqə sonra təyyarənin enəcəyini bildirib onun telefonunu almış, həmin vaxt o, yuxuya getmiş, təxminən 30 dəqiqədən sonra sərnişinin avtomobildə olmadığını görüb telefonu götürmək istəyəndə isə telefonu həmin sərnişinə verdiyi yadına düşmüşdür. Polis əməkdaşlarına yaxınlaşıb telefonunun oğurlanmasını bildirmiş, onlar ona bu barədə polisə ərizə yazmasını tövsiyə etmişlər. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, həmin telefon onun bir çox məlumatlarını, həmçinin qohum-əqrəbasının xatirə şəkillərini özündə daşıdığına görə çox böyük mənəvi dəyərə malik olmuş, indiyə qədər isə qaytarılmadığından, o, özünü mənəvi ziyan çəkmiş hesab edir. Bütün bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlinə görə müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 02 avqust 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X5 məxsus 160 manat dəyərində “İphone 6” mobil telefonu, həmçinin, 23 avqust 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X5 məxsus 150 manat dəyərində “Redmi 8A” mobil telefonu oğurlayaraq özgəsinin əmlakını talamışdır. Əməlindən peşmandır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 26 oktyabr 2021-ci il tarixdə saat 03:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdə saat 03:45-dən, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1979-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdə saat 03:45-dən hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar