Məhkəmə qərarları › İş №3(003)-2200/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2200/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2200/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi Farakhim Guseinovun iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolla hüquqi şəxs "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokoltərtib edilmiş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Farakhim Guseinov qeyd etdi ki, tullantı və çirkab suların axıdıldığı ərazi torflu torpaq sahəsi olmuş, onların istifadəsində olmuşdur. Həmin torf təbəqəsi göbələyin yetişdirilməsində istifadə edilmişdir. Həmin vaxt tullantı suların yığılması üçün düzəldilmiş yerdə nasazlıq olduğundan çirkab sular kənara axmış, lakin sonradan həmin nasazlıq aradan qaldırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə protokola inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvanında yerləşən Şəxs MMC-yə məxsus istehsalat müəssisəsində 03 sentyabr 2025-ci il və 11 sentyabr 2025-ci il tarixində istehsalatda formalaşan tullantı və çirkab sular birbaşa olaraq küçəyə və çölə axıdılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 000300 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 034 nömrəli sərəncamına əsasən Xəzər rayonu ərazisi üzrə monitorinq həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixində Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən (koordinat: 40⁰21′0.55″ N 50⁰17′38.49″E) Şəxs MMC-yə məxsus istehsalat müəssisəsində formalaşan istehsalat tullantı sularının əraziyə təyinatsız axıdılması faktı aşkar edilmişdir. Sözügedən müəssisəyə baxış keçirilən zaman çirkab suların axıdılması üçün çirkab su quyusunun (şambo), həmçinin istehsalat tullantı suları üçün təmizləyici qurğunun olmadığı müəyyən edilmiş, bununla əlaqədar olaraq monitorinq-nəzarət tədbirinin həyata keçirildiyi ərazidən müvafiq fotogörüntülər çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin 034 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, Xəzər, Sabunçu və Suraxanı rayonları üzrə 05 gün müddətində monitorinqin həyata keçirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 47 nömrəli monitorinq aktından görünür ki, bölmənin 034 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Xəzər rayonu ərazisi üzrə monitorinq-nəzarət tədbiri həyata keçirilmişdir. Monitorinq zamanı Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus istehsalat müəssisəsindən (koordinat: 40⁰21′0.55″ N 50⁰17′38.49″E) formalaşan tullantı və çirkab suların əraziyə təyinatsız olaraq axıdılması faktı müəyyən edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən monitorinq aparılarkən müəssisəyə məxsus istehsal sahəsindən tullantı sularının kənara axıdılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk daşıyıcısına baxış keçirilərkən Şəxs MMC-yə məxsus istehsalat müəssisəsinin ərazisindən kənara çirkab, həmçinin istehsalat tullantı sularının axıdılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin dispozisiyası su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuş və bu səbəbdən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. "xxxx" MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar