Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1522/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “X6 Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs “X6 Klinikası” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 1 ünvanında yerləşən “X6 Klinikası” MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Bununla da, “X6 Klinikası” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, “X6 Klinikası” MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında “X6 Klinikası” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X2 tərəfindən "X6 Klinikası" MMC-də xx.xx.2025-ci il tarixində saat 14:20-də aparılmış plandankənar (növbədənkənar) yoxlamanın nəticəsinə əsasən xx.xx.2025-ci il tarixli T-085 nömrəli akt tərtib olunmuşdur. Sözügedən yoxlama aktı əsasında Azərbaycan Respublikasının "Səhiyyə Nazirliyi X2" PHŞ-nin Tibbi nəzarət şöbəsinin mütəxəssisi X4 tərəfindən "X6 Klinikası" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında protokol" tərtib olunmuş, qeyd olunan protokol baxılması üçün inzibati xəta haqqında işin materialları ilə birlikdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilən protokolla "X6 Klinikası" MMC barəsində başlanmış inzibati xəta haqqında işə məhkəmə iclasında baxılması 17 aprel 2025-ci il, saat 16:05-ə təyin edilmişdir. "X6 Klinikası" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 26 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamı ilə "X6 Klinikası" MMCyə özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş xx.xx.2018-ci il tarixli İN/L-194/2018/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsinin xx.xx.2025-ci il tarixinədək dayandırılması qərar alınmışdır. Sözügedən qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-21 /2-1998/2025 nömrəli məktubuna qoşma ilə "X7 Klinikası" MMC-yə Ekspress çatdırılma və kuryer xidmətlərini həyata keçirəli "Azcargü" poçt. v,ışitəsi ild göndərilmişdir'. 05.Q3.2025-ci il tarixli 3- 21/2rl9ff8/2Q25 nömrəli məktub "X7 Klinikası" MMC-yə xx.xx.2025-cİ il tarixində saat 20:14-də daxil olmuşdur. Bu xüsusnlı təsdiq edən 032299 nömrəli poçt qəbzinin surəti hazırkı vəsatətə əlavə edilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 28.10-cu maddəsinin tələbinə əsasən sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq sahibkara təqdim edilir. Həmçinin Qanunun 28.1 l-ci maddəsinin tələbinə görə isə Sahibkarın fəaliyyətinə tətbiq edilən məhdudlaşdırıcı tədbirin tətbiqi barədə yoxlayıcı orqanın qərarı ilə bağlı məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sözügedən Qanunun tələblərini pozaraq 26 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamı onun qəbul edildiyi tarixin növbəti iş günü deyil, 2 gün sonra yəni xx.xx.2025-ci il tarixli 3-21/2- 1998/2025 nömrəli məktubla Cəmiyyətin ünvanına poçt vasitəsi ilə göndərmişdir. Həmtn məktub isə MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında protokol" tərtib olunduqdan sonra xx.xx.2025-ci il saat 20:14-də "X6 Klinikası" MMC- nin ünvanına daxil olmuşdur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 032299 nömrəli poçt qəbzində göründüyü kimi Az. Res. İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3- 21/2-1998/2025 nömrəli məktub kuryerə xx.xx.2025-ci il tarixində təhvil verilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, xx.xx.2025-ci il tarixli plandankənar yoxlama nəticəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, sözügedən protokolun tərtib edildiyi gün "X6 Klinikası" MMC-nin Az. Res. İqtisadiyyat Nazirliyinin 26 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından xəbərsiz və məlumatsız olmuşdur. Bu hal "X6 Klinikası" MMC-nin Baş həkimi X3 tərəfindən "X2" PHŞ-yə yazılmış xx.xx.2025-ci il tarixli izahatda da göstərilmişdir. Yuxanda sadalanan xüsusatlardan mübahisəsiz qaydada müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli "X6 Klinikası" MMC-və verilmiş lisenziya əlavəsinin dayandırılması haqqında" 26 nömrəli Sərəncam "X6 Klinikası" MMC-yə yalnız xx.xx.2023-cii il saat 20:14də daxil olmuşdur. MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında protokol" isə xx.xx.2025-ci il tarixində saat 15:30-da həmin qərarın mövcud olması əsası ilə tərtib olunmuşdur. Qeyd olunan bu xüsusatlarla mübahisəsiz qaydada müəyyən olunur ki, xx.xx.2025-ci il tarixində fəaliyyət göstərməyimiz 26 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamın bizə rəsmi qaydada təqdim edilməməsi, həmçinin bu qərardan xəbərsiz və məlumatsız olmağımız səbəbindən irəli gəlmişdir. Nəzərinizə çatdırırıq ki, həmin sərəncam xx.xx.2025cii il tarixdə saat 20:14-də ünvanımıza daxil olmaqla bizə rəsmi təqdim edildiyindən xx.xx.2025-ci il tarixdən tərəfimizdən hər hansı bir fəaliyyət həyata keçirilməmişdir. Göründüyü kimi "X6 Klinikası" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Yuxanda göstərilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, "X6 Klinikası" MMC barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında protokol" düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələbinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz, min manatadək məbləğdə cərimə edilir. Halbuki "X6 Klinikası" MMC xx.xx.2018-ci il tarixli, İN/L- 194/2018 saylı lisenziya və İN/L-194/018/1 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli lisenziyanın əlavəsi ilə özəl tibb fəaliyyətini həyata keçirir. Göründüyü kimi, MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında protokol" da Az. Res. İXM-nin 210.1-ci maddəsi tətbiq edilərək yanlışlığa yol verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 PHŞ-nin Tibbi-Nəzarət şöbəsinin mütəxəssisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 1 ünvanında yerləşən “X6 Klinikası” MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 PHŞ-nin 6 mart 2025-ci il tarixli 3-28- 1/3-2-225/2025 saylı qərarından görünür ki, "X6 Klinikası" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 1 ünvanında yerləşən özəl tibb təşkilatında xx.xx.2025-xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar yoxlanışın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin T-085 nömrəli xx.xx.2025-ci il tarixli “özəl tibb müəssisələrində plandankənar (növbədənkənar) yoxlama” aktından görünür ki, KİV-də yayılmış xx.xx.2025-ci il tarixli məlumata əsasən "X6 Klinikası" MMC-yə məxsus klinikada plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama əsasında müəyyən edilmişdir ki, müəssisədə cari olaraq praktiki tibbi fəaliyyət həyata keçirilir. Müəssisədə yoxlama baş həkim X1 iştirakı və təqdim etdiyi sənədlər əsasında keçirilmişdir. Həmin akta X3 tərəfindən izahat qeyd olunmuş və imzasl ilə təsdiq edilmişdir. İzahatda qeyd edilir ki, keçirilən yoxlamaya dair etirazı yoxdur, amma bu yoxlamanın son olmasını xahiş etmişdir. “X6 Klinikası” MMC-nin baş həkimi X1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Səhiyyə Nazirliyinin X2 tərəfindən keçirilən yoxlama ilə bağlı bildirmişdir ki, lisenziyanın dayandırılması ilə bağlı rəsmi sənəd klinikaya daxil olmamışdır. Ona görə də cari fəaliyyətlərinə davam etmişdirlər. xx.xx.2025-ci il tarixdə mediada barələrində məlumat çıxdıqdan sonra dərhal rəsmi məktub ünvanlanmış, lakin hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21/2-2043/2025 saylı “ləğv edilmiş və dayandırılmış lisenziyalar barədə” məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, "X6 Klinikası" MMC-yə verilmiş 26 fevral 2018-ci il tarixli İN/L-194/2018/1 qeydiyyat nömrəli lisenziya xx.xx.2025-ci il tarixdə dayandırılmışdır. "X6 Klinikası" MMC-nin xx.xx.2025-ci il tarixli 51/25 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, 26 nömrəli Sərəncamına əsasən "X5 Klinikası"MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında özəl tibb fəaliyyəti xx.xx.2025-ci il tarixədək dayandırılması, Direktor məzuniyyətdə olan müddət ərzində onun bütün vəzifələrin icracısı Klinikanın Baş həkimi X3 tərəfindən həyata keçirilməsi, Lisenziyanın əlavəsinin dayandırıldığı müddət bitənədək onun dayandırılmasına əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə məlumatlar (foto və video görüntüləri) AR İqtisadiyyat Nazirliyinə yazılı məlumat verilməsi əmr edilmişdir. “Lisenziya əlavəsinin bərpa edilməsi barədə” xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, "X6 Klinikası" MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 5 saylı Asan Xidmət Mərkəzində yerləşən pəncərəsinə müraciət olunaraq xx.xx.2025-ci il tarixli 26 nömrəli sərəncamda göstərilən çatışmazlıqları aradan qaldırdıqlarını bildirmiş və buna görə də lisenziya əlavəsinin bərpa edilməsini xahiş etmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "X6 Klinikası" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin gətirdiyi dəlilləri konkret olaraq "X6 Klinikası" MMC-yə verilmiş lisenziya əlavəsinin dayandırılması haqqında" 26 nömrəli Sərəncam” dan məlumatsız olmaları, həmin sənədin onlara gec təqdim olunması səbəbindən fəaliyyətlərini sərəncam qəbul edildikdən sonra belə davam etdirmələri ilə əlaqədar bildirir ki, qeyd edilən arqumentlər inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla həqiqətə uyğun, ağlabatan hesab edilə bilməz. Belə ki, inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş ərizədən açıq-aşkar görünür ki, "X6 Klinikası" MMC-nin səlahiyyətli nümayəndəsi barələrində hazırda baxılan inzibati protokol tərtib edilməmişdən iki gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə lisenziya verən orqana İqtisadiyyat Nazirliyinə müraciət edərək “xx.xx.2025-ci il tarixli 26 nömrəli sərəncamda göstərilən çatışmazlıqların aradan qaldırıldığı” bildirilir və lisenziyanın bərpa edilməsi xahiş olunur. Qeyd edilən fakt özlüyündə onu ehtiva edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2025-ci il tarixli 26 nömrəli sərəncamı ilə bağlı artıq xx.xx.2025-ci il tarixdən məlumatı olmuşdur lakin buna baxmayaraq lisenziya olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olmağa davam etmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanunun 1.0.8-ci bəndinə əsasən lisenziya - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 2.1-ci bəndinə əsasən lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən orqanlara şamil olunur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununa 1 saylı əlavəsində olan cədvəldən görünür ki, özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü bəndinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. İibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "X6 Klinikası" verilmiş xüsusi razılıq (lisenziya) dayandırıldığı halda, yəni lisenziya olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X6 Klinikası” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə “X6 Klinikası” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X6 Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1522/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1522/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver