Məhkəmə qərarları › İş №3(004)-1917/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1917/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1917/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X5 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək, Müfəttişiliyi. Xidməti Bakı şəhər idarəsinin 14 mart 2024-cü il tarixli MN seriyalı №16.126.12 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, DƏMX Bakı şəhər idarəsi (bundan sonra Müfəttişlik) onu “X18” PHŞ-nin direktoru kimi vəzifəli şəxs qismində 14 mart 2024-cü il tarixli (MN №1612612) inzibati tənbeh vermə haqqında qərarı ilə cərimələmişdir. Cərimənin əsası kimi, iki nəfər işçininin (P.B.İbrahimov və A.Ə.Hüseynov) işdə xəsarət alması ilə bağlı işəgötürən olaraq vaxtında məlumat verməməyi göstərilmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 13-Q/2023 saylı Qərarı əsasında, “X18” PHŞnin və bir xeyli digər Müəssisələrin - birləşmə şəklində yenidən təşkili yolu ilə "Respublika Təcilil və X7 Mərkəzi" publik hüquqi şəxs (bundan sonra Mərkəz) yaradılmışdır. Qeyd edir ki, işçi X3 xx.xx.2024-cü il tarixdə iş vaxtı aldığı xəsarətlə bağlı məlumat - işçinin xx.xx.2024-cü il tarixdə müraciət etdiyi onların Mərkəzə aid Müəssisələrdən birinə daxil olmuş və elə həmin tarixdə də, bu barədə Müfəttişliyə məlumat verilmişdir. Onuda qeyd edir ki, işçi X11 xx.xx.2024-cü il tarixdə iş vaxtı aldığı xəsarətlə bağlı məlumat - işçinin xx.xx.2024-cü il tarixdə müraciət etdiyi onların Mərkəzə aid Müəssisələrdən birinə daxil olmuş və elə həmin tarixdə də, bu barədə Müfəttişliyə məlumat verilmişdir. Nəzərə çatdırır ki, hadisə ilə bağlı məlumat - həmin işçilərin aldığı xəsarətlə əlaqədar Mərkəzimizə aid Müəssisələrə müraciət etdikləri elə həmin gün müfəttişliyə bidirilsə də, Müfəttişlik bu faktı nəzərə almamış və İXM-nin 555.1-ci maddəsi ilə 14 mart 2024-cü il tarixdə ona 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında (MN №»1612612) qərar çıxarmışdır. Hesab edir ki, müfəttişlik işi obyektiv araşdırmamış və səthi yanaşmışdır. Belə ki, Müfəttişliyin 14 mart 2024-cü il tarixli (MN № 1612612) qərarı tamamilə əsassızdır. Buna görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq şikayətin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət verərək bildirmişdir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 13-Q/2023 saylı Qərarı əsasında, “X18” PHŞ-nin və digər Müəssisələrin, birləşmə şəklində yenidən təşkili ilə "Respublika Təcilil və X7 Mərkəzi" publik hüquqi şəxs (bundan sonra Mərkəz) yaradılmışdır. Qeyd olunan yenidən yaranma işləri ilə bağlı, həcminin iş çoxluğundan DƏMX Bakı şəhər idarəsinin (bundan sonra Müfəttişlik) xx.xx.2024-cü il tarixli (MN №1612612) inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması ilə əlaqədar vaxtında şikayət verə bilməmişdir. Odur ki, Mərkəzin yenidən yaranma işləri ilə bağlı, iş həcminin çoxluğunu nəzərə alaraq, Müfəttişliyin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması ilə əlaqədar şikayət vermə müddətini ötürməsini üzrlü sayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul etməklə, şikayətinin icraata götürülməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasında bildirdi ki, 14 mart 2024-cü il tarixdə onun barəsində hər hansı cərimə qərarının qəbul olunması qanunsuz, əsassız və məntiqsizdir. Belə ki, o , vəzifəli şəxs olaraq, yəni X8 direktoru olaraq hadisə barədə məlumatın verilməməsinə görə cərimələnmişdir. Lakin həmin tarixdə o, artıq həmin qurumun direktoru olmamış, ümumiyyətlə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 13-Q/2023 saylı Qərarı əsasında Respublika Təcilil və X7 Mərkəzi" publik hüquqi şəxs yaradılmışdır və “X18” PHŞ həmin müəssisəyə birləşmişdir. 19 iyul tarixdən həmin qurumun direktoru başqa şəxsdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X15 bildirdi ki, şikayət əsassızdır, məlumat gec verilmişdir, inzibati xəta bununla da törədilmişdir, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq nümayəndə bildirdi ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 13-Q/2023 saylı Qərarı barədə həmin vaxt məlumat təqdim edilməmiş və sistemlərində həmin şəxs disrektor vəzifəsində olmuşdur. Ona görə də məhz Y.Ş.Yaqubov cərimələnmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti üzrlü səbəbdən ötürülmüşdir. Buna görə də məhkəmə hesab edir ki, şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməlidir, şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X14, X4 xx.xx.2024cü il tarixdə və X11 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-nə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə məlumat verməməsinə görə İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi bildirir ki, qəbul olunmuş qərarda “X18” PHŞ-nin direktorunun konkret olaraq hansı pozuntunu törətməsi, bədbəxt hadisənin nədən ibarət olması, ümumiyyətlə həmin hadisənin hansı səbəbdən bədbəxt hadisə hesab olunması, bədbəxt hadisə barədə məlumatın nə üçün vaxtında verilməməsi, ən əsası hansı qanuna əsasən bədbəxt hadisə barədə məlumatın dərhal verilməsinin tələb olunması araşdırılaraq göstərilməmişdir. İş üzrə müəyyən edilir ki, işçilər xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iş yerində xəsarət almışdırlar. Həmin hadisələr barədə məlumat əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müvafiq olaraq xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə verilmişdir. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Bununla da məlumatan hadisə baş verən günü verilməməsi, hadisədən bir neçə gün sonra verilməsi ilə bağlı əməldə şəxsin qəsdinin nədən ibarət olması müəyyən edilmir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 13-Q/2023 saylı Qərarından görünür ki, “Bakı Şəhər Təcili və X7 Stansiyası” publik hüquqi şəxsi, “Təcili və X7 Stansiyası” publik hüquqi şəxsi və “X18” publik hüquqi şəxsinin birləşmə şəklində yenidən təşkili yolu ilə “Respublikası Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsi yaradılmış və onun direktoru vəzifəsinə X12 təyin edilmişdir. Göründüyü kimi, X14 cərimə barədə qərar qəbul edilən tarixdə, yəni 14 mart 2024cü il tarixdə artıq həmin müəssisəinin direktoru olmamış, ümumiyyətlə “X18” publik hüquqi şəxs olaraq mövcud olmamışdır. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X13 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İXM-nin 555.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar