Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1940/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3, «Bakı Dövlət Universiteti» X5 etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, «Bakı Dövlət Universiteti» X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : «Bakı Dövlət Universiteti» X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «Bakı Dövlət Universiteti» X8 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş, nəticədə «Bakı Dövlət Universiteti» X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış etmiş və əlavə olaraq məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci il tarixli 3020 nömrəli Sərəncamı ilə Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində X9 statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. “Mühasibat uçotu haqqında" Qanunun 12-1.7-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən yaradılan X9lər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər. “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8ci maddələrində qeyd edilən X9lər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər. “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli 172 №li qərarının 7.1-ci bəndində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulmuşdur. Bildirmişdir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Həmçinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılır. ŞəxsN məhkəməyə təqdim etdiyi sənəd Azərbaycan Respublikası Hesablama Palatasının Auditor hesabatıdır. Hesabatın rəy bölməsində Bakı Dövlət Unversiteti tərəfindən mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi, eləcə də dövlət satınalmalarının keçirilməsi ilə bağlı fəaliyyət istisna olmaqla qüvvədə olan hüquqi aktlara əsasən uyğundur qeydi aparılıb. Azərbaycan Respublikası Hesablama Palatası haqqında qanundanda görsənir ki, Hesablama Palatası kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. 3-cü maddəyə əsasən 3.1. Hesablama Palatası Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. 3.2. Hesablama Palatası müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və xüsusi blanklara malikdir. 6-cı maddəsinə əsasən 6.0. Hesablama Palatasının fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.0.1. qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir; 6.0.2. büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.31- 1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verir; 6.0.3. həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparır, dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir; 6.0.4. xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 5.11-ci bəndinə uyğun olaraq adıçəkilən Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, Kiçik və X4 üçün X1 Standartlarına və ya öz seçimlərindən asılı olaraq X1 Standartlarına uyğun olaraq tərtib edirlər. ŞəxsN məhkəməyə təqdim etdiyi maliyyə hesabatlarından görünür ki, maliyyə hesabatları “İctimai Sektor üçün X2 Standartlarına əsasən hazırlandığı üçün qanunvericiliyin tələbləri pozulub. 3 may 2024-cü il tarixli 3-23- 2/3-157/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X3 büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və X9lərin siyahısını təqdim etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir: - İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə Maliyyə Nazirliyinin elanı 19 aprel 2024-cu il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilmişdir; - Şəxs-nin 2023-cü il üzrə İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə inzibati xəta haqqında işə 18 mart 2025-ci il tarixdə, saat 11-00 da baxılması ilə əlaqədar Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 24 fevral 2025-ci il tarixli 3-23/2-1237/2025 nömrəli və 12 mart 2025-ci il tarixli 3-23/2-1818/2025 nömrəli bildirişlər X9Ə göndərilmişdir; - Şəxs X9 bildirişi 03 mart 2025-ci ildə qəbul etsə də təyin olunan vaxtda nümayəndəsinin Maliyyə Nazirliyinə gəlməsini təmin etməmişdir, - Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə Şəxs barədə “18” mart 2025-ci il tarixli ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir; - 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokolun surəti Maliyyə Nazirliyinin 3-23/2- 2001/2025 nömrəli məktubu ilə Şəxs-nə göndərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini nəzərə alaraq Şəxs barədə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Bakı Dövlət Universiteti» X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Bakı Dövlət Universiteti” X9 (BDU) barəsində 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən, BDU 2023-cü il üzrə illik birləşdirilmiş (konsolide edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Aşağıdakılara əsasən Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol əsassız olduğundan təmin edilməməlidir. 1) Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi inzibati məsuliyyətə səbəb olur. Başqa sözlə o halda inzibati məsuliyyət yaranır ki, İXM-də nəzərdə tutulan inzibati xəta törədilmiş olsun və bununla bağlı təqsirlilik sübuta yetirilsin. Ona görə araşdırma zamanı hər bir halda istinad olunan əməlin İXM-nin müvafiq normasının dispozisiya şərtlərinə (inzibai xəta tərkibinin əlamətlərinə) uyğun olubolmaması müəyyən edilməlidir. BDU tərəfindən pozulduğu qeyd olunan İXM-nin 462.1-ci maddəsinin tələbinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulması, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması inzibati xəta sayılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 19 mart 2025-ci il tarixli, 3-23/2-2020/2025 saylı müşayiət məktubunda qeyd olunur ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.1.1 -ci bəndinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatları (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin internet səhifəsində yerləşdirməli və ya mətbu orqanda dərc etməlidirlər. Göstərilən qanunvericilik aktlarının tələblərini nəzərə alaraq, 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə dərc etdirmədiyinə görə Bakı Dövlət Universiteti barəsində Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə sizə göndərilir. Həmçinin Protokolun ikinci səhifəsində qeyd olunur ki, “Təşkilata xx.xx.2025-ci il tarixli 3-23/2-1818/2025 nömrəli Bildiriş göndərilməsinə baxmayaraq təşkilat tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin Protokolun ikinci səhifəsində qeyd olunur ki, “Təşkilata xx.xx.2025-ci il tarixli 3- 23/2-1818/2025 nömrəli Bildiriş göndərilməsinə baxmayaraq təşkilat tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, BDU tərəfindən müvafiq maliyyə hesabatları və auditor rəyi qanunvericiliyin tələbinə uyğun olaraq BDU-nun təsisçisi olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilmiş, habelə 2023-cü ilə dair maliyyə hesabatı 30 iyul 2024-cü il tarixində, audit rəyi 14 mart 2024-cü il tarixində BDU-nun rəsmi internet səhifəsində yerləşdirilmişdir. Göründüyü kimi, protokol tərtib edilən vaxt qeyd olunan maliyyə hesabatı və auditor rəyi qanunvericiliyə uyğun olaraq təqdim və dərc edilmişdir. Başqa sözlə, protokol tərtib edilən vaxt BDU-nun əməlində qeyd edilən inzibati xəta tərkibi olmamışdır. Qeyd etmişdir ki, bununla bağlı BDU tərəfindən Maliyyə Nazirliyi ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq müvafiq məlumatlar da verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən araşdırma aparılmadan və əsaslandırılmadan əsassız olaraq BDU barəsində 18 mart 2025-ci il tarixli MN ******* nömrəli İnzabati xəta haqqında protokol tərtib edilmişdir. Digər tərəfdən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsodilə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları’nın 5.1.1-ci maddəsinə istinad edərək həmin qaydaların tələbini pozduğunu əsaslandırır. Halbuki, BDU X9 olduğu üçün o, kommersiya təşkilatı hesab olunmur və ona görə həmin Qaydalar BDU barəsində tətbiq edilə bilməz. X9lərin fəaliyyəti, o cümlədən maliyyə hesabatlarının verilməsi müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Belə ki: “X9lər haqqında” Azərbaycan Respublikası Qanunu: 2.2. X9 - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 8.1.X7 idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. 8.2.X7 təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir: 8.2.3.inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi. Qanunvericilik normalarının tələbindən göründüyü kimi, Maliyyə Nazirliyinin əsas aldığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsodilə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nm tələbinin BDU barəsində tətbiq edilməsi yolverilməzdir. BDU X10 kimi qanunvericiliyin tələbinə uyğun olaraq maliyyə hesabatlarını lazımi şəkildə və vaxtında təsisçiyə, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etmiş, habelə 30 iyul 2024-cü il tarixində maliyyə hesabatları, 14 mart 2024-cü il tarixində də audit rəyini BDU-nun rəsmi internet səhifəsində yerləşdirmişdir. Göründüyü kimi, icraat aparılan vaxt BDU-nun əməlində inzibati xəta tərkibi olmamışdır. Göründüyü kimi protokol qanunvericiliyin tələbinə uyğun tərtib edilməmiş, protokolun birinci səhifəsində inzibati xəta faktının mövcudluğunu təsdiq edən hər hansı sübuta istinad edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələr izah olunmamış və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən protokol qanunvericiliklə nəzərdə tutulmuş qaydada BDU-ya təqdim edilməmiş və bu barədə də protokolun son hissəsində göstərilən məlumatlar doldurulmamışdır. Həmçinin Protokol məhkəməyə tərtib edildiyi vaxtdan 48 saat müddətək göndərilməli olduğu halda, bu müddət ötürülməklə göndərilmişdir. Beləliklə müvafiq protokolun tərtib və təqdim edilməsi zamanı prosessual normaların tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Bakı Dövlət Universiteti” X9 (BDU) barəsində tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Bakı Dövlət Universiteti» X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 digər Nümayəndə1 ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Bakı Dövlət Universiteti” X8 (BDU) barəsində tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 24 fevral 2025-ci il tarixli, 3-23/2- 1237/2025 nömrəli bildirişindən görünür ki, “Bakı Dövlət Universiteti” X8 tərəfindən 2023cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 06 fevral 2025-ci il tarixdə, saat 11:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 12 mart 2025-ci il tarixli, 3-23/2- 1818/2025 nömrəli bildirişindən görünür ki, “Bakı Dövlət Universiteti” X8 tərəfindən 2023cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 18 mart 2025-ci il tarixdə, saat 11:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır; SX048885941AZ xəbərnamənin surətindən görünür ki, “Bakı Dövlət Universiteti” X8 tərəfindən bildiriş 03 mart 2025-ci ildə qəbul edilmişdir; İnzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, «Bakı Dövlət Universiteti» X8 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş, nəticədə «Bakı Dövlət Universiteti» X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Bakı Dövlət Universiteti” X6 ünvanladığı 12 mart 2025-ci il tarixli, 3-23/2-1818/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəssisə barəsində tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol “Bakı Dövlət Universiteti” X6 göndərilmişdir; 31 dekabr 2023-cü il tarixdə başa çatan il üzrə dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarının maliyyə hesabatlarını təqdim və dərc etməsi barədə məlumatdan çıxarışdan görünür ki, 12-ci sırada Bakı Dövlət Universitetinin adı qeyd edilmişdir; Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair auditor hesabatından görünür ki, toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmışdır. Fikrimizcə, Bakı Dövlət Universitetin tərəfindən mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi, eləcə də dövlət satınalmalarının keçirilməsi ilə bağlı fəaliyyət istisna olmaqla qüvvədə olan hüquqi aktlara əsasən uyğundur (İSSAİ 400/59, İSSAİ 4000/194, 218). Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Bakı DFövlət universiteti tərəfindən: Universitetin vəsaiti əvəzinə düzgün olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına mühafizə xidmətləri üçün ödənilmiş 46208,9 manatın sonrakı ödənişlərdə nəzərə alınması; Maliyyə hesabatlarının “X1 standartları”nın tələblərinə uyğun hazırlanması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universtitetinin Nizamnaməsi”: 4.12.4. Rektor Universitetin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təkliflər verir və sənədlər (o cümlədən, Universitetin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir. 5.11-ci bəndinə uyğun olaraq adıçəkilən Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. 7.1. Universitet “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə X9lər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir. “Bakı Dövlət Universiteti” X7 məhkəməyə təqdim etdiyi sənəd Azərbaycan Respublikası Hesablama Palatasının Auditor hesabatıdır. Hesabatın rəy bölməsində Bakı Dövlət Unversiteti tərəfindən mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi, eləcə də dövlət satınalmalarının keçirilməsi ilə bağlı fəaliyyət istisna olmaqla qüvvədə olan hüquqi aktlara əsasən uyğundur qeydi aparılıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.2-ci maddəsinə əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. 12.3-cü maddəsinə əsasən “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 12-1.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan X9lər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər. 12-1.8. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan X9lər (bu Qanunun 12- 1.2-ci maddəsində göstərilənlər istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 12-1.9. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən X9lər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər. 12-1.11.X9lərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. 9-cu maddəsinə əsasən auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «Bakı Dövlət Universiteti» X5 nümayəndəsi tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar «Bakı Dövlət Universiteti» X5 məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.9-cu maddəsinə əsasən, «Bakı Dövlət Universiteti» X9 illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etməlidir. Lakin bu qanuni tələb yerinə yetirilməmiş, heç bir auditor rəyi alınmadan və dərc edilmədən, yalnız Azərbaycan Respublikasının Hesablama Palatasının hesabatına istinad edilməklə dərc prosesi həyata keçirilmişdir. Görünür ki, Azərbaycan Respublikasının Hesablama Palatasının auditor hesabatı mövcud olduğuna görə, Azərbaycan Respublikasının Auditorlar Palatasından ayrıca rəy alınmasına və qanunla nəzərdə tutulmuş formada dərc olunmasına ehtiyac duyulmamışdır. Halbuki qanunvericiliyə əsasən, audit yoxlaması məhz Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən aparılmalı və rəsmi auditor rəyi ilə birlikdə maliyyə hesabatları müvafiq qaydada ictimaiyyətə açıqlanmalı idi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, «Bakı Dövlət Universiteti» X8 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş və bununla da, qanunvericiliyin pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «Bakı Dövlət Universiteti» X5 barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs «Bakı Dövlət Universiteti» X8 İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Bakı Dövlət Universiteti» X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-1940/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1940/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver