Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-206/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədəm onun İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən X8 AR İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Protokolu tərtib edən 27 saylı PB-nin əməkdaşı X9 olmuşdur. Protokol İXM-nin tələblərinə əməl etmədən tərtib edilmişdir. Bu səbəblərə görə adı çəkilən protokol qanunsuzdur, ləğv olunmalıdır və inzibati icraata xitam verilməlidir. Belə ki, İXM-nin 100.1.4-cü inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Protokolu tərtib etmiş polis əməkdaşı göstərir ki, guya Miriyeva Fatma maskadan düzgün istifadə etməmişdir. Lakin polis əməkdaşı maskadan düzgün istifadə edilməməsinin hansı hərəkətdən ibarət olduğunu (misal üçün, vətəndaş maskanı çənəsinin altında saxlamışdır, yaxud burnu açıq havada qalmışdır, yaxud maska vətəndaşın əlində olmuşdur və ya vətəndaş digər üsulla sanitariya qaydalarını pozmuşdur, bunların heç birisi səlis, aydın göstərilməmişdir), başqa sözlə desək, mahiyyətini, konkret hallarını protokolda açıqlamamışdır. Polis əməkdaşı ümumi ifadədən istifadə etməklə yekunlaşmışdır. Adı çəkilən protokol tərtib edilən ərəfədə belə bir təsurat yaranmışdır ki, san ki, Alılı Xəyal nə qədər çox adam saxlayıb cərimələsə, bir o qədər də işini müvəffəqiyyətlə görmüş olacaq. Çünkü həmin vaxt həmin ərazidə yolu keçən hər kəs saxlanılırdı və sorğu suala tutulurdu. Hətta yoxlamanı gözləyən vətəndaşlardan müəyyən bir növbə də yaranmışdır. Polis əməkdaşının özü ətrafındakı vətəndaşları, o cümlədən F.Miriyevanı yoxladığı zaman, ara məsafəyə əməl etməmiş, hətta F.Miriyeva bir neçə dəfə ona ara məsafəni gözləməyi təklif etsə də, o bu təklifə məhəl qoymamışdır. Bununla da, polis əməkdaşı özü göz görə görə karantin qaydalarını pozmaqla, F.Miriyevanın əsassız yoxlanışını təşkil etmişdir. F.Miriyevanın maskadan düzgün istifadə etməməsinə gəlincə, qeyd olunmalıdır ki, Miriyevanın üstündə düzgün istifadə olunan iki maska mövcüd idi, çantasında isə 20yə yaxın maska, spirt mövcüd idi. Hətta polis əməkdaşı ilə şərti razılaşsaq ki, maskadan düzgün istifadə olunmayıb, hansı ki belə bir hal baş verməmişdir, F.Miriyeva tərəfindən bildirilmişdir ki, o gözü pis gördüyü üçün eynək taxır (-4.5), eynək daim maska səbəbindən tərləyir, maşın yolu keçən zaman tərli eynək həyat və sağlamlığa təhlükə yaradır, bu səbəbdən maskanı daim düzəltmək ehtiyacı yaranmış olur. Beləliklə, eynək tərli olduğu zaman maskanın düzəldilməsi son zərurət halını yaratmış olur, bu hal isə inzibati xətanın baş verməsini istisna edir. (İXM-nin 19.1. maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, hu, inzihati xəta hesab olunmur). Protokolun tərtib olunması zamanı qanun pozuntusundan biri də polis əməkdaşının protokolda vətəndaşın istədiyi həcmdə və vaxtda izahat yazmaq hüququnun məhdudlaşdırılması idi. Belə ki, F.Miriyeva tərəfindən izahat yazıldığı zaman polis əməkdaşının onu tələsdirdiyi, daim fikrini yayındırdığı, izahatın qısa yazılmasını tələb etməsi protokolun qərəzli olduğuna dəlalət etmiş olur. İnzibati protokol tərtib edildiyi zaman, polis əməkdaşı qarşısında vəsatət qaldırılmışdır ki, inzibati iştirakçılar arasında olan vəziyyət foto və video qaydasında əks olunsun. Alılı Xəyal bunun əleyhinə çıxdı, hətta F.Miriyevanı hədələdi ki, video çəkiliş onun icazəsi olmadan aparılarsa, o F.Miriyevanı məcburi qaydada polis bölməsinə aparacaqdır. Polis əməkdaşının vətəndaşı hədələmək qanunsuzdur. Bu həm polis əməkdaşının etik davranışını, həm də “Polis haqqında” Qanunun pozulduğunu göstərmiş olur. İXM-nin 5.1. maddəsinə əsasən “İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozuzmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu yanaşmadan çıxış etsək, polis əməkdaşı F.Miriyevaya hədə qorxu gəldiyi üçün, habelə özü ara məsafəni sağlamadığı üçün intizam və inzibati məsuliyyətə cəlb edilməlidir. F.Miriyeva tərəfindən polis əməkdaşına sübutlar, hal şahidlərinin cəlb olunması tələb edilsə də, o bu vəsatəti də dinləmədən rədd etmişdir. Görünən odur ki, X.Alılının tərtib etdiyi qərəzli və əsassız protokolundan başqa, iş üzrə başqa bir sübut yoxdur. Bu hal İXM-nin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 xx.xx.2020-ci il tarixdə saat 17:32 radələrində Ş.Mehdiyev küçəsində tibbi maskadan düzgün istifadə etmədiyinə görə İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokolda F.Miriyeva öz etirazını qeyd etmiş və izahatı kimi qeyd edilmişdir ki, tibbi maska onun üzərində olmuşdur. Lakin görmə məhdudiyyəti ilə əlaqədar geyindiyi eynək tərlədiyi üçün (görmə -4,5) maskanı əli ilə burnundan aşağı salmışdır ki, tər eynəyin şüşəsindən yox olsun. Şikayətə əlavə edilmiş iş materiallarında olan Bakı şəhər Baş səhiyyə idarəsi 34 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli arayışına əsasən F.Ə.Miriyevanın daimi eynək tamalı olması göstərilmişdir. Bununla da müəyyən edilir ki, şəxs qoruyucu vasitəni əli ilə tutması nəticəsində düzgün istifadə etməməsi, onun səhhətində yaranan problemlə bağlı olmuşdur, eynəyinin tərinin yol olması üçün qoruyucxu maskanı burundan aşağı salmışdır. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İXM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2020-ci qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-206/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-206/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver