Məhkəmə qərarları › İş №3(004)-2105/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2105/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2105/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X4, Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmişxx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəliinzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki,xx xxxxxx 2020-ci il tarixdə saat 22:05 radələrində Şəxs MMC-yə məxsus Yasamal rayonu A.Şərifzadə küçəsi 86 ünvanında yerləşən “Knockout” boks klubu zalının fəaliyyət göstərməsi, yəni xüsusi karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMCbarəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi karantin rejimi dövründə fəaliyyətinin qadağan edilməsinə baxmayaraq barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məxsus “Knockout” boks klubu idman zalının günün müəyyən vaxtlarında fəaliyyət göstərməsi və müştərilərə xidmət göstərilməsi ilə bağlı Xidmətə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri X14 üzrə Baş İdarəsinin operativ vergi xidmətinin əməkdaşları X8 və X9 hadisə yerində olmuşlar. Əməkdaşlar zalda olarkən inzibati xətanın törədilməsi, yəni zalda bir neçə şəxsin idman formasında məşq etməsi faktı aşkar edilərək akt tərtib edilmişdir. Həmin vaxt iş üzrə icraata cəlb edilən Şəxs MMC-nin qanuni təmsilçisi X11 yazılı izahat verərək həmin tarixdə onun tərəfindən icarəyə götürülmüş “Knockout” boks klubu zalında müştəri olmayan 5 nəfər idman klubunun üzvləri ilə klubdakı ofisdə toplantı keçirdiklərini bildirmiş, həmçinin karantin rejimi dövründə qoyulan qaydalara riayət edəcəyini və bu qaydaları pozmayacağını vəd etmişdir. Göstərilənlərə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsi X2 Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X11 izahatında göstərmişdir ki, o, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin direktoru olmaqla onun fəaliyyətini bilavasitə idarə edir. Cəmiyyət əsasən ölkə daxili və beynəlxalq səviyyəli boks idman yarışlarını təşkil edir, bu fəaliyyət üçün onun lisenziyası vardır. Onun tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən Yasamal rayonu A.Şərifzadə küçəsi 86 ünvanında yerləşən “Knockout” boks klubu idman zalı Cəmiyyətin balansındadır. Qeyd olunan zalda mövcud olan bütün idman alətləri, o cümlədən trenajorlar əsasən boks idman növünün inkişafının təmin edilməsi üçün quraşdırılmışdır. Bəzi alətlər isə yalnız fiziki hazırlıq üçün nəzərdə tutulmuşdur. İdman zalının yerləşdiyi obyektdə həmçinin Cəmiyyətin bir otaqdan ibarət ofisi vardır. Klub 2020-ci ilin mart ayından başlayaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq öz fəaliyyətini dayandırmış və müştərilərə xidmət göstərilməmişdir. Buna baxmayaraq ofisin işçiləri müəyyən vaxtlarda işə çıxaraq Cəmiyyətin rəsmi sənədləşdirmə işləri ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə ölkədə karantin rejimi qaydaları nisbətən yüngülləşdirildiyindən, hətta ictimaiyyət arasında idman zallarında müştərilərə xidmət göstərilməsinə icazə veriləcəyi ilə bağlı şayələr yayıldığından qabaqlayıcı biznes planları qurmaq, açıq havaya daşına biləcək trenajorlarla müştərilərə xidmət etmək, gələcək üçün planlar qurmaq və bu məqsədlə zaldakı ofisdə bəzi məşqçi dostları ilə toplantı keçirmək qərarına gəlmişdir. Bunun üçün o, 5 nəfər məşqçi və həkim olan dostları ilə ofisdə toplantı keçirmişlər. Həmin baxt zal fəaliyyət göstərmədiyindən qapısı kilidlənərək bağlanmış vəziyyətdə olmuşdur. Yoxlama zaman vergi xidmətinin əməkdaşları tərəfindən qapı döyülərkən toplantıda olduqlarından səs eşitməmiş və buna görə də qapını gec açmışlar. Onlar qapını açdıqdan sonra vergi xidmətinin əməkdaşları, o cümlədən bir nəfər polis əməkdaşı içəriyə daxil olmuşlar. Tərəflərindən karatin rejimi qaydası pozulduğu iddia edilərək barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokola etiraz edərək həmin vaxt zalın fəaliyyət göstərmədiyini və toplantı üçün orada olduqlarını bildirmişdir. X11 əlavə olaraq bildirmişdir ki, dostları əsasən məşqçilər olduqlarından onların gündəlik geyim tərzləri əsasən idman üslubludur, ona görə onlar zalda idman üslublu geyimdə olmuşlar. Bundan başqa xidmətin əməkdaşları heç kimi bilavasitə məşq edən zaman aşkar etməmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X10 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, “Knockout” boks klubu qapalı məkan olsa da, lakin vergi əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilən zaman orada idmanla məşğul olma faktı mövcud olmamışdır. Qeyd olunanlara əsasən o, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, bodibildinq idman növü üzrə beynəlxalq dərəcəli peşəkar idman ustasıdır, həmçinin “Qələbə” Ağır atletika idman klubunun rəhbəridir. Şəxs MMC-nin qanuni təmsilçisi X11 ilə dostluq münasibətləri vardır. xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC-yə məxsus “Knockout” boks klubu idman zalına dostu Kamil ilə gələcək planları müzakirə etmək məqsədi ilə getmişdir. Belə ki, onlar, gələcəkdə müqavilə bağlamaq, zalda klubun üvzlərinə ümumi fiziki hazırlağın təşkili üçün təlim məşqləri keçmək niyyətində olmuşlar. Lakin o, klubun üzvü və ya Cəmiyyətin işçisi deyildir, yalnız gələcək üçün birlikdə müəyyən işlər qurmaq niyyətindədirlər. xx xxxxxx 2020-ci il tarixdə zala getməkdə məqsəd məşq etmək olmamış, yalnız oradakı ofisdə toplantı keçirmək olmuşdur. Belə ki, həmin vaxt karantin rejimi qaydalarına görə görüş üçün kafe və restoranlar fəaliyyət göstərmirdi. Bundan başqa onun məşğul olduğu idman növünə görə “Knockout” boks klubu zalında idman aləti mövcud deyil, ona görə də həmin zalda məşq etməsi mümkünsüzdür. Kamil boks idman növü üzrə beynəlxalq idman yarışları təşkil etdiyindən idmançılara ümumi fiziki hazırlıqdan təlim keçmək üçün gələcək planlar, məşqçi kimi müqavilə bağlamaq mövzusunda müzakirələr aparmışlar, əsas məqsədi dostunun təşkilatına yardım göstərməkdir. xx xxxxxx 2020-ci il tarixdə zalda vergi xidməti əməkdaşları tərəfindən yoxlama aparılarkən orada idman üslublu geyim tərzində olsa da, bu onun gündəlik geyim tərzidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Şəxs MMC-də mühasib vəzifəsində çalışır. Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 2020-ci ilin mart ayından obyekt fəaliyyət göstərməsə də, o və digər işçilər aradabir obyektə və orada yerləşən ofisə gedib Cəmiyyətin rəsmi işləri ilə məşğul olmuşlar. Cəmiyyətin rəsmi olaraq 3 nəfər işçisi var. Digər işçilər isə müqavilə əsasında fəaliyyət göstərən məşqçilərdir. Onda olan məlumata görə xx xxxxxx 2020-ci il tarixdə ofisdə Cəmiyyətin rəhbəri Kamil məşqçi dostları ilə toplaşmışlar, toplantının mövzusu barədə isə məlumatlı olmamışdır. Yoxlama zamanı zalda olmamış və yalnız vergi əməkdaşları gəldikdən sonra zala daxil olmuşdur. Zalda olduğu müddətdə kiminsə orada məşq etməsini görməmişdir. Verilmiş suallara əsasən X13 bildirmişdir ki, Şəxs MMC-yə məxsus “Knockout” boks klubu zalında X5 əvvəllər məşq keçməsini görsə də, lakin pandemiya dövründə zalda onun nə məşq keçməsinin, nədə ki, özünün idmanla məşğul olmasının şahidi olmamışdır. Bundan başqa X12 ilə Cəmiyyətin rəhbəri dost olduqlarından onlar arasında hər hansı bir müqavilə bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi X9 izahatında göstərmişdir ki, xidmət etdiyi idarəyə Yasamal rayonu A.Şərifzadə küçəsi 86 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Knockout” boks klubu zalının fəaliyyət göstərməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə yaradılmış qrup rəhbəri olan xidmətin əməkdaşı Azər Məmmədovla birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində hadisə yerinə getmişlər. Oraya yaxınlaşdıqda içəridən müəyyən səslərin gəlməsinin şahidi olmuşlar. Giriş qapısı bağlı olduğundan açılması üçün döymüşlər, lakin uzun müddət içəridə şəxslərin olmasına baxmayaraq qapını açan olmamışdır. Təxminən 40 dəqiqə müddətində çöldə gözləməli olduqdan sonra qapını açmışlar, onlar sahibin iradəsi ilə içəriyə daxil olduqda 6 nəfərə yaxın şəxslərin idman geyimində olmasının şahidi olmuşlar. Ümumi şəraitdən isə onlar məşq etmələri müşahidə edilmişdir, lakin kiminsə idman alətindən istifadə etməsinin bilavasitə görməmişlər. Daha sonra oraya bir nəfər tanımadığı polis əməkdaşı yaxınlaşmışdır. Lakin polis əməkdaşının nə səbəbə obyektə gəlməsi barədə onun məlymatı olmamışdır. Belə ki, o, xidməti vəzifəsini icra edərək aşkar edilmiş faktı aktlaşdırıb, protokol tərtib etmiş, hüquqi şəxsin nümayəndəsinin izahatını alıb hadisə yerini tərk etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçısını və şahid ifadələrini dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixli 3(004)-2105/2020 nömrəli sübutların yerində müayinə protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 86 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Knockout” boks klubunun idman zalıdır. Qeyd olunan zala baxış keçirilən zaman müəyyən edildi ki, zalda boks idman növü üçün nəzərdə tutulmuş alətlərlə yanaşı, girişdə ümumi istifadə üçün trenajor alətləri də (yürüş üçün və s) mövcuddur. Bundan başqa zalda ofis kimi istifadə edildiyi iddia edilən otağa baxış zamanı müəyyən edildi ki, orada 6 nəfərdən ibarət qrup halında karantin rejimi qaydalarına uyğun araməsafəsi saxlanılmaqla toplantı keçirmək üçün zəruri şərait mövcud deyildir, həmçinin obyektin ətrafında quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks etdirildiyi monitor həmin otaqda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanuni təmsilçisi Kamil Əliyev xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ofisdə toplantı keçirmək məqsədilə olduqlarını iddia etməsinə baxmayaraq onun həmin müşahidə kameralarının görüntüləri əks olunduğu manitordan obyektin girişində dayanaraq qapını döyən vergi xidməti əməkdaşlarını görmək imkanı olmuşdur. Lakin hazırki işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Monitorinq şöbəsinin əməkdaşları idman zalının giriş qapısında 40 dəqiqə müddətində gözləməli olmuşlar. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında Yasamal RPİ-nin 28-ci PB-nin məktubundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin növbətçi hissəsinin telefonuna özünü təqdim etməyən şəxs zəng edərək Yasamal rayonu Şərifzadə küçəsi 86 ünvanında yerləşən boks klubunun işləməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin ünvana getdikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin əməkdaşlarının həmin klubda olduqlarını görmüşlər. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraata cəlb edilən Şəxs MMC-nin qanuni təmsilçisi X4 yazılı izahatından müəyyən edilir ki, o, “Knockout” boks klubu zalında müştəri olmayan 5 nəfər idman klubunun üzvləri ilə klubdakı ofisdə toplantı keçirdiklərini bildirmiş, həmçinin karantin rejimi dövründə qoyulan qaydalara riayət edəcəyini və bu qaydaları pozmayacağını vəd etmişdir. Göründüyü kimi, ilkin izahatında o, xətanın törədilməsini qismən etiraf etmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, yoxlama zamanı Şəxs MMC-nin “Knockout” boks klubu zalında olan şəxslərin üzərlərində idman geyimləri vardır. İş materiallarından həmçinin müəyyən edilir ki, Şəxs MMC xx xxxx 2018-ci ildə dövlət qeydiyyatına alınmış (VÖEN **********), onun fəaliyyətinə idman obyektlərinin istismarı və idarə edilməsi üzrə xidmətlər daxildir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisi X4 məhkəmə baxışı iclasında izahatında göstərdiyi məlumatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə ölkə ərazində müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq idman, sağlamlıq-bərpa üzrə xidmətlərin göstərilməsi üzrə fəaliyyət qadağan edilmişdir. Eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin müddəti xx xxxxxx 2020-ci il tarixdək uzadılmışdır. Həmin Qərarla qapalı məkanda idman xidmətlərin göstərilməsi üzrə fəaliyyətə qoyulmuş qadağa aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin əvvəllər qeyd edilən inzibati xətaya görə məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yülgülləşdirici hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakteri və törədilməsi halları, o cümlədən onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar