Məhkəmə qərarları › İş №3(004)-2285/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2285/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2285/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1803/21 nömrəli 20 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasının AO “Keramoqranit Dağıstan” zavodundan OOO “Kerranova Plus” şirkətinin tapşırığı ilə 12 sentyabr 2021-ci il tarixdə saat 18:14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52053444 nömrəli vaqonla daxil olmuş mallar **********6570 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 12 sentyabr 2021-ci il tarixdə saat 18:16da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52451820 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:17-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52095973 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52051836 nömrəli vaqonla daxil olmuş mallar **********6480 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarıan əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 İnformasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52053444 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:14də, **********6480 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52451820 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:16-da, 52095973 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:17-də, 52051836 nömrəli vaqonla 12 sentyabr 2021ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, sözügedən vaqonlarla malla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 13 sentyabr 2021-ci il tarixdə saat 18:30-da gömrük orqanına **********1794, **********1791, **********1795, **********1789 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-1803/21 nömrəli 20 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasının AO “Keramoqranit Dağıstan” zavodundan OOO “Kerranova Plus” şirkətinin tapşırığı ilə 12 sentyabr 2021-ci il tarixdə saat 18:14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52053444 nömrəli vaqonla daxil olmuş mallar **********6570 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 12 sentyabr 2021-ci il tarixdə saat 18:16da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52451820 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:17-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52095973 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52051836 nömrəli vaqonla daxil olmuş mallar **********6480 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarıan əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 İnformasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52053444 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:14də, **********6480 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52451820 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:16-da, 52095973 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:17-də, 52051836 nömrəli vaqonla 12 sentyabr 2021ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, sözügedən vaqonlarla malla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 13 sentyabr 2021-ci il tarixdə saat 18:30-da gömrük orqanına **********1794, **********1791, **********1795, **********1789 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi, gömrük xidməti polkovniki Əliyev Gündüz tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 52451820, 52095973, 52051836 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə **********5594 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün **********6480 saylı GB-nin 40-cı qrafasında qeyd edilməmişdir. “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, yükü göndərən şirkət tərəfindən mal-müşayiət sənədləri gec göndərildiyindən qısa idxal bəyannaməsi verilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasının AO “Keramoqranit Dağıstan” zavodundan OOO “Kerranova Plus” şirkətinin tapşırığı ilə 12 sentyabr 2021-ci il tarixdə saat 18:14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52053444 nömrəli vaqonla daxil olmuş mallar **********6570 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 12 sentyabr 2021-ci il tarixdə saat 18:16-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52451820 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:17-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52095973 nömrəli vaqonla, 12 sentyabr 2021-ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 52051836 nömrəli vaqonla daxil olmuş mallar **********6480 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarıan əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 İnformasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52053444 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:14-də, **********6480 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 52451820 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:16-da, 52095973 nömrəli vaqonla 12 sentyabr 2021ci il tarixdə saat 18:17-də, 52051836 nömrəli vaqonla 12 sentyabr 2021-ci il tarixdə saat 18:19-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, sözügedən vaqonlarla malla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 13 sentyabr 2021-ci il tarixdə saat 18:30-da gömrük orqanına **********1794, **********1791, **********1795, **********1789 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar