Məhkəmə qərarları › İş №3(004)-2542/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2542/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2542/2025 28.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsindən daxil olmuş 10000-00040/25 nömrəli 08 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Türkiyə Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X8 San. Ve Tic.LTD.Sti” şirkətinin tapşırığı ilə İran İslam Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X10” şirkətindən ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMC- nin (əvvəlki adı “X5” MMC) ünvanına 62534631 nömrəli vaqonda idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq **********6579 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi invoys dəyəri 14520 ABŞ dolları olan “neft qazma quyularında istifadə olunan təbii barium sulfat” yükü xx.xx.2025-ci il tarixdə saat 00:04-də Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakın sözügedən yüklərin “Şirvan” gömrük postunda “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə sözügedən yüklərlə bağlı elektron formada **********0550 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilmişdir. Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində sorğu-sual olunan X3 hüquqi şəxs - Şəxs MMC-nin (əvvəlki adı “X5” MMC) baş mühasibi vəzifəsində işlədiyini, əməkdaşı olduğu cəmiyyətin neft yataqlarında mayili qazma ilə məşğul olduğunu, şirkətin fəaliyyəti ilə bağlı neft quyularının qazılması məqsədilə topmanaj sement yüklərinin idxalını həyata keçirdiklərini, bu məqsədlə müxtəlif ölkələrdə olan kontragentlərdən həmin sementin idxalını həyata keçirdiklərini, bu sahədə xarici ticarət əlaqəsində olduqları şirkətlərdən birinin də Türkiyə Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X8 San. Ve Tic.LTD.Sti” şirkəti olduğunu, cəmiyyət olaraq “X8 San. Ve Tic.LTD.Sti” şirkətinin tapşırığı ilə İran İslam Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X10” şirkətindən ümumi invoys dəyəri 14520 ABŞ dolları olan “neft qazma quyularında istifadə olunan təbii barium sulfat” yükünü sifariş verdiklərini, həmin yükün xx.xx.2025-ci il tarixdə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə 62534631 nömrəli vaqonda Azərbaycan Respublikasına gətirildiyini, lakin yükü göndərən şirkət tərəfindən sənədlər vaxtında elektron formada göndərilmədiyi üçün idxal etdikləri yüklə cəmiyyətin adından bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyini bildirmişdir. İş üzrə materiallarda olan xx.xx.2025-ci il tarixli “gömrük orqanlarının X2 Sistemində və X1 qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs MMC-nin (əvvəlki adı “X5” MMC) ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda xx.xx.2025-ci il tarixli **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar 62534631 nömrəli vaqonda xx.xx.2025-ci il tarixdə saat 00:04-də Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonda idxal olunmuş mallarla bağlı elektron formada qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Təqdim olunmuş qısa idxal bəyannaməsinin sorğu nömrəsi **********0550-dir. İş üzrə materiallarda olan xx.xx.2025-ci il tarixli “gömrük orqanlarının X2 Sistemində mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs MMC (əvvəlki adı “X5” MMC) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, cəmiyyətin hüquqi ünvanı ünvan 4 Nümayəndədur, rəhbərin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi xxxxxxx-dir, cəmiyyətin qeydiyyatda olan mobil telefon nömrəsi ***-***-**-**-dür. Bu hərəkətləri ilə hüquqi şəxs - Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postunun 3- 33-4100/2-000079/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada xx.xx.2025-ci il tarixində HİKAR LOJİSTİK GİDA SAN VƏ TİC LTD- dən hüquqi şəxs “X5” MMC-nin ünvanına **********01733 nömrəli barkodla daxil olan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postunun 02 aprel 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 00:03-də “DRİLLİNG SOLUTİONS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən HİKAR LOJİSTİK GİDA SAN VƏ TİC LTD-dən Dövlət nömrə nişanı: 62534631 olan nəqliyyat vasitəsilə idxal edilmiş TƏBİİ BARİUM SULFATİ (BARİT) (Barkodu: **********01733) dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar