Məhkəmə qərarları › İş №3(004)-6010/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6010/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6010/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ seriyalı 18134263 saylı, 19 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 19 noyabr 2023-cü il tarixli EQ seriyalı 18134263 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 19 Noyabr 2023-ci il tarixində ASANPay sistemində EQ 18134263 nömrəli elektron qərar yazılıb. Elektron qərar ilə əlaqəli 21 noyabr 2023-cü il tarixində ASANPay sistemində elektron şikayət və daha sonra 23 noyabr 2023-cü il tarixində eyni şikayətini Dyp.gov.az sistemində e-müraciət şəklində Baş X7 İdarəsinə göndərmişdir. 23 noyabr 2023-ci il tarixindən şikayəti üzərinə bugünə qədər rəsmi heç bir cavab almamışdır. Elektron qərar aldıqdan sonra bu yolda incələmə ilə görünür ki, qərar yazılan Nazim Hikmət küçəsindən A.Şərifzadə küçəsinə çıxan yolda 20 m məsafədə (50 m-dən az məsafədə) 5.8.1. məlumatverici göstərici nişan quraşdırılıb. Azərbaycan Respublikasında qüvvədə olan QOST 23457-86 standardın 2.6.9-cu bəndinə əsasən (səhifə 14, QOST 23457-86) 5.8.1 və 5.8.2. məlumatverici -göstərici nişanlar yol ayrıcından 50-150 m məsafədə quraşdırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 19 noyabr 2023-cü il tarixli EQ seriyalı 18134263 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir, Nazim Hikmət küçəsindən A.Şərifzadə küçəsinə çıxan yolda 20 m məsafədə, yəni 50 m-dən az məsafədə 5.8.1. məlumatverici göstərici nişan quraşdırılıb. Azərbaycan Respublikasında qüvvədə olan QOST 23457-86 standardın 2.6.9-cu bəndinə əsasən 5.8.1 və 5.8.2. məlumatverici - göstərici nişanlar yol ayrıcından 50-150 m məsafədə quraşdırılmalıdır. Yekun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 19 noyabr 2023-cü il tarixli EQ seriyalı 18134263 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin 19 noyabr 2023-cü il tarixli EQ seriyalı 18134263 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 19 noyabr 2023-cü il tarixdə saat 23:07-də Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət və A.Şərifzadə küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Geely Okavango” markalı **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində quraşdırılmış 5.8.1 nişanının tələblərini pozaraq həmin küçədən sola A.M.Şərifzadə küçəsi istiqamətində dönərək hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 19 noyabr 2023-cü il tarixli EQ seriyalı 18134263 nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar