Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6248/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1, Hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə 30 oktyabr 20243-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamış və bu səbəbdən də MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X6 bildirmişdir ki, Karmen MMC-nin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və zərər, məcmu gəlirlər, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi xx.xx.2023-cü il tarixdə, sərbəst auditor X5 tərəfindən aparılmışdır. Auditin bildirdiyinə görə müqavilədə VÖEN nömrəsində rəqəm səhvi etdiyinə görə, yəni texniki səhv etdiyinə görə sistemdə görünməmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Auditorlar Palatasının auditi aparılmış təsərrüfat subyektləri bölməsində yerləşdirilmişdir və sistemdə görünməkdədir. Bununla bağlı audit X10 Nazirliyi ilə əlaqə saxlamış və anlaşılmazlıq aradan qaldırılaraq məsələ öz həllini tapmışdır, bu səbəbdən də MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 MMC-nin nümayəndəsinin qeyd etdiyi xüsusatların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 oktyabr 2024-cü il tarixli, 3-23/2- 6702/2024 nömrəli bildirişindən görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 30 noyabr 2024-cü il tarixdə, saat 10:35-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İnzibati xəta haqqında 30 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli müstəqil auditorun hesabatından (rəy) görünür ki, həqiqətən də MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmış, bu barədə sərbəst auditor tərəfindən rəy verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə-vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə MMC-nin maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditinin xx.xx.2023-cü il tarixdə aparıldığını, auditin müqavilədə VÖEN nömrəsində rəqəm səhvi etdiyinə görə, yəni texniki səhv etdiyinə görə sistemdə görünmədiyini, hal-hazırda Azərbaycan Respublikasının Auditorlar Palatasının auditi aparılmış təsərrüfat subyektləri bölməsində yerləşdirildiyini və sistemdə göründüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, göstərilən bu hal hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin yaranması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 MMC-nin nümayəndəsinin qeyd etdiyi xüsusatların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə Şəxs əməlində AR İXM-nin 464-cü maddəsinin tərkibi olmadığından MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6248/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6248/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver